Absheron Media
Haqqımızda Bizimlə əlaqə

23 saatlıq antiterror əməliyyatı suverenliyimizi tam bərqərar etdi

Tarix:17-09-2025, 10:56

23 saatlıq antiterror əməliyyatı suverenliyimizi tam bərqərar etdi


2023-cü ilin mart ayında Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri Şuşa istiqamətində təxribatlar törətdi, aprel və may ayında isə şərti dövlət sərhədi istiqamətində Azərbaycan Ordusunun mövqeləri atəşə tutuldu. 2023-cü ilin sentyabrın 19-da Ermənistan silahlı birləşmələrinin Qarabağda törətdikləri terror aktı Azərbaycana qarşı aparılan məqsədyönlü və planlı terror siyasətinin davamı idi. Ermənistan ordusunun Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi
sıradan çıxmış, mülki şəxslər və hərbi qulluqçularımız həlak olmuşlar.

İmzalanmış kapitulyasiya aktından sonra bildiyimiz kimi Azərbaycanın Qarabağ bölgəsində 10 mindən artıq Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələri mövcud idi, halbuki, üçtərəfli bəyanata əsasən, Qarabağ ərazisindəki erməni yaraqlıları 3 il əvvəl tərksilah edilməli idilər. Azərbaycan bütün bunlara baxmayaraq demək olar ki, sülhün bərqərar olması üçün 3 il müddətində əlindən gələni etdi. Bütün bunları danışıqlar yolu ilə həll etməyə çalışdı. Təəssüf ki, ermənilər bunu anlamaq istəmədilər və bu müddət ərzində silahlı qüvvələrinin sayını artırmaq, xaricdən silah almaq, təxribatlar törətməklə məşğul idilər. Azərbaycan Dövləti əleyhinə bəyanatlar verirdilər. O vaxt Azərbaycan ərazisində qanunsuz olaraq Ermənistan ordusuna məxsus yüzdən çox tank və zirehli nəqliyyat vasitələri, zirehli texnika, iki yüzdən çox top və artilleriya qurğuları, hava hücumuna qarşı qurğular yerləşdirilmişdir. Azərbaycana qarşı terror aktları törətmək üçün eyni zamanda 2021-ci ildə Ermənistanda istehsal edilmiş minalardan istifadə edilmişdir. Laçın sərhəd-buraxılış məntəqəsi qurulmayana qədər İkinci Qarabağ müharibəsindən sonra Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz olaraq minalar gətirilmiş və müxtəlif yerlərdə basdırılmışdır.

İkinci Qarabağ müharibəsindən sonra haqlı olaraq Azərbaycan Dövləti narahatlığını ifadə edərək dəfələrlə Ermənistan rəhbərliyinə, onların xaricdəki havadarlarına və digər tərəflərə müraciət edərək bildirmişdir ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində qalması qanunsuzdur və buna son qoyulmalıdır.

Müharibədən sonra ən qanlı toqquşma isə 2022-ci ilin sentyabrında sərhəddə baş vermişdir. 2023-cü ilin mart ayında Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni silahlı dəstələri Şuşa istiqamətində təxribatlar törətmiş, aprel və may ayında isə şərti Dövlət sərhədi istiqamətində Azərbaycan Ordusunun mövqeləri atəşə tutmuşdur.

Bütün bu təxribatların qarşısının alınması, Üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Azərbaycan Resdpublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlandı.

Cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldular. Ağır relyef, düşmən tərəfindən uzun illər böyük mühəndislik istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq hərbçilərimiz qəhrəmanlıq göstərdilər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə edildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 2023-cü il sentyabrın 20-də Azərbaycanın bütün ərazisində qanunun aliliyinin təmin olunduğunu və Azərbaycan Respublikasının dövlət suverenliyinin bərpa edildiyini nəzərə alaraq, hər il sentyabrın iyirmisinin Azərbaycan Respublikasında Dövlət Suverenliyi günü və Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhər günləri kimi qeyd edilməsini qərara alıb.

“2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlanmışdır. Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirmişdir. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilmişdir. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.”

“Azərbaycan Rüspublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamından çıxarış (19.09.2024)

Malik Qarayev
Abşeron rayon sakini, Antiterror şəhidi Qarazadə Nicatın atası

Son illər ərzində aparılmış işlər nəticəsində bölgələrin canlanmasını hər bir Azərbaycan vətəndaşı əyani şəkildə görür
Son illər ərzində aparılmış işlər nəticəsində bölgələrin canlanmasını hər bir Azərbaycan vətəndaşı əyani şəkildə görür
Xalqımızın tarixlər boyu unutmayacaq o fəxarətli cümlə: “Şuşa, sən azadsan. Biz qayıtmışıq”
Xalqımızın tarixlər boyu unutmayacaq o fəxarətli cümlə: “Şuşa, sən azadsan. Biz qayıtmışıq”
Abşeronlu idmançılar VI İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edəcəklər
Abşeronlu idmançılar VI İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edəcəklər
Heydər Əliyevin dövlətçilik irsi və müasir Azərbaycan Konstitusiyası
Heydər Əliyevin dövlətçilik irsi və müasir Azərbaycan Konstitusiyası
12 Noyabr - Müstəqil Azərbaycanın ədalət, hüquq və dövlətçilik bayramı
12 Noyabr - Müstəqil Azərbaycanın ədalət, hüquq və dövlətçilik bayramı
Xırdalan məktəbində Zəfər və Bayraq Günü qeyd olundu
Xırdalan məktəbində Zəfər və Bayraq Günü qeyd olundu
Qələbə sevinci, bayraq qüruru
Qələbə sevinci, bayraq qüruru
Üçrəngli bayrağımız – azadlığımızın, suverenliyimizin və milli qürurumuzun əbədi simvolu
Üçrəngli bayrağımız – azadlığımızın, suverenliyimizin və milli qürurumuzun əbədi simvolu
Azərbaycan Bayrağı dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir
Azərbaycan Bayrağı dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir
Zəfərin mübarək, Azərbaycan
Zəfərin mübarək, Azərbaycan
Qələbədən Böyük Qayıdışa
Qələbədən Böyük Qayıdışa
Azərbaycan xalqı Zəfər Gününü böyük qürur və coşqu ilə qeyd edir
Azərbaycan xalqı Zəfər Gününü böyük qürur və coşqu ilə qeyd edir
Azərbaycan alimləri bundan sonra da ölkəmizin uğurlu inkişafına öz töhfələrini verəcəklər
Azərbaycan alimləri bundan sonra da ölkəmizin uğurlu inkişafına öz töhfələrini verəcəklər
Qalib Xalqın Qürur Günü: 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümü
Qalib Xalqın Qürur Günü: 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümü
Abşeronda vətəndaşlara ödənişsiz hüquqi yardım göstərildi
Abşeronda vətəndaşlara ödənişsiz hüquqi yardım göstərildi
Mehdiabad məktəbində 8 Noyabr – Zəfər Günü qürurla qeyd olundu
Mehdiabad məktəbində 8 Noyabr – Zəfər Günü qürurla qeyd olundu
Abşeronda məktəbəqədər təhsilin inkişafı diqqət mərkəzindədir
Abşeronda məktəbəqədər təhsilin inkişafı diqqət mərkəzindədir
Xırdalanda “Qərbi Azərbaycan həqiqətləri” mövzusunda bilik yarışı keçirilib
Xırdalanda “Qərbi Azərbaycan həqiqətləri” mövzusunda bilik yarışı keçirilib
Prezident İlham Əliyevin uğurlu təhsil siyasəti
Prezident İlham Əliyevin uğurlu təhsil siyasəti