Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Regionda sülh sahəsində əldə olunmuş nəticələr gücləndirilir

Tarix:11-02-2026, 20:00

Regionda sülh sahəsində əldə olunmuş nəticələr gücləndirilir

Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Cey. Di. Vensin Azərbaycana səfəri son illərdə Azərbaycana keçirilən ən yüksək səviyyəli səfər olmaqla, ABŞ - Azərbaycan münasibətlərinin möhkəmliyini nümayiş etdirir.

Cey. Di. Vensin Azərbaycana səfəri tarixi bir səfərdir. Azərbaycanın dünyanın ən güclü ölkəsi ilə strateji tərəfdaşlıq xartiyasının imzalanması Azərbaycanın iqtisadiyyatının inkişafı, texnoloji inkişafı, süni intellekt üzrə əməkdaşlıqda inkişafı, müdafiə və təhlükəsizlik nöqteyi-nəzərindən Azərbaycanın müəyyən mənada qlobal səviyyədə bir təhlükəsizliyidir.

Azərbaycan Prezidenti cənab İlham Əliyev mətbuata verdiyi bəyanatda Strateji Tərəfdaşlıq haqqında Xartiyanın bu gün imzalanması mərasiminin heyyətlərin altı ay ərzində gördüyü şox gərgin işin təzahürü olduğunu söylədi. Qeyd etdi ki, altı ay əvvəl Prezident Trampla Vaşinqtonda tarixi görüş və strateji tərəfdaşlıq haqqında Xartiyanın tərtib edilməsi üçün işçi qrupunun yaradılması haqqında sənədin imzalanması ikitərəfli əməkdaşlıq üçün yeni imkanlar yaratmışdır: “Bizim üçün dünyanın ən qüdrətli ölkəsi - Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaş olmaq böyük şərəfdir. Biz həmçinin Prezident Trampa, Vitse - prezident Vensə və onların heyətinə Qafqazda sülhə verdikləri höhfəyə görə çox minnətdarıq.

Ötən avqustda Ermənistan və Azərbaycan Ağ Evdə Prezident Trampın iştirakı ilə sülh sazişini parafladılar və biz Prezident Trampın, həmçinin şahid kimi imzaladığı Sülh haqqında Birgə Bəyannaməni imzaladıq. Artıq altı aydır ki, biz sülh şəraitində yaşayırıq. Biz sülh içində yaşamağı öyrənirik.”
Azərbaycan bəlkə də yeganə ölkədir ki, ABŞ-ın özünə rəqib saydığı Cinlə strateji tərəfdaşlıq sənədi imzaladı, eyni zamanda Çinin rəqibi olan Amerika ilə strateji xartiya imzalayır. Bu Azərbaycanın müstəqil, siyasi iradəsini göstərir. Azərbaycan bir dövlətlə münasibəti digər dövlətlərlə münasibətdən asılı vəziyyətdə qoymur. Amerika Birləşmiş Ştatları Azərbaycanın suverenliyini, azadlığını, müstəqilliyini, prinsipiallığını görür və eyni zamanda qiymətləndirir. Bu sənədin imzalanması Azərbaycana bir təhlükəsizlik, inkişaf gətirməklə bərabər Azərbaycanın regionda yeganə sabitləşdirici güc olduğunu təsdiq edir.

Onu da qeyd edək ki, Azərbaycan bu gün Şərqlə Qərbi, o cümlədən Şimalla Cənubu birləşdirən yeganə körpüdür.

Bu gün Birləşmiş Ştatlarla Azərbaycan arasında münasibətlər tamamilə yeni mərhələyə qədəm qoyur. Tramp-Vens administrasiyasının regionumuzdakı səylərinin mühüm nəticələrindən biri də Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu - TRIPP layihəsidir.

Bu müddətdə Azərbaycan vasitəsilə Ermənistana gedən yüklərin tranzitinə nəinki bütün məhdudiyyətlər qaldırılıb, o cümlədən Azərbaycan Ermənistana neft məhsullarının təchizatına başlayıb. Beləliklə, ticarətin və əməkdaşlığın başlanğıcı reallaşır. Tramp - Vens administrasiyasının regionumuzdakı səylərinin mühüm nəticələrindən biri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu - TRIPP layihəsidir ki, o, nəinki Azərbaycanın iki hissəsini birləşdirəcək, o cümlədən Azərbaycan, Ermənistan və digər qonşuların ərazisi vasitəsilə Asiya ilə Avropanı birləşdirəcək çox etibarlı, təhlükəsiz və böyükmiqyaslı daşımalar dəhlizidir. Beləliklə, regionda sülh sahəsində əldə olunmuş nəticələr gücləndirilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Vitse-prezident Vensin bugünkü səfəri imzalanmış Strateji Xartiya, danışıqların mahiyyəti baxımından tarixidir.

Əziz qonaqla imzaladığımız Xartiyada əməkdaşlığımızın müxtəlif istiqamətləri əks olunur. Biz təhlükəsizlik və antiterror əməliyyatları məsələləri üzərində işimizi davam etdirəcəyik. Bu gün Azərbaycan öz təbii qazı ilə 16 ölkənin enerji təhlükəsizliyini təmin edir. Onların 11-i NATO-nun üzvü, ABŞ-ın müttəfiqidir.

Bağlantılara gəldikdə, artıq qeyd etdiyim kimi, TRIPP layihəsi regionda sülhün inkişafına və əməkdaşlığa növbəti töhfə olacaq. Biz müdafiə məhsullarının satışı sahəsində yeni səhifə açırıq və bu, həmçinin perspektivlidir. Əlbəttə ki, süni intellekt mərkəzlərinin yaradılması bu gün ikitərəfli gündəliyimizin bir hissəsidir və Amerikanın aparıcı şirkətləri ilə işbirliyi quraraq artıq ilkin nəticələrimiz var. Başqa sözlə, Vitse-prezident Vensin bugünkü səfəri imzalanmış Strateji Xartiya, danışıqların mahiyyəti, dostumuz və qonağımızın qəbulu baxımından tarixidir.”

Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları Trans-Xəzər Nəqliyyat Dəhlizini (Orta Dəhliz) əsas götürərək quru, dəniz və hava nəqliyyatı infrastrukturunun inkişafı; enerji və data bağlantısı; ticarət və tranzitin asanlaşdırılması; gömrük nəzarəti və sərhəd keçidi; beynəlxalq multimodal logistika; və digər əlaqəli sahələrdə əməkdaşlıq yolu ilə regional bağlantıları təşviq etmək üçün birgə işləmək niyyətindədirlər. Onlar 8 avqust 2025-ci il tarixli Vaşinqton Sülh Zirvə Görüşünün Bəyannaməsinə uyğun olaraq iştirakçı ölkələrə beynəlxalq və ölkədaxili bağlantı üçün qarşılıqlı faydaları təmin etməklə, Azərbaycan Respublikasının əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını təmin edəcək və regionun beynəlxalq ticarət və tranzit potensialını reallaşdıracaq multimodal bağlantı layihəsi kimi Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) əhəmiyyətini qəbul edirlər.

Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları “Əsrin müqaviləsi”, Cənub Qaz Dəhlizi kimi layihələrin həyata keçirilməsi ilə nəticələnmiş və sıx əməkdaşlıq sayəsində hər iki tərəfə və daha geniş regiona fayda vermiş Azərbaycan-ABŞ münasibətlərinin məhsuldar tarixinə əsaslanaraq, ikitərəfli iqtisadi əlaqələri təşviq etmək məqsədilə biznes mühitinin, ticarət və sərmayə axınlarının inkişaf etdirilməsi istiqamətində çalışmaq niyyətindədirlər.

Şəhla Ağbulud
“Abşeron” qəzetinin baş redaktoru

Konstitusiyadan suverenliyə uzanan Azərbaycanın dövlətçilik yolu
Konstitusiyadan suverenliyə uzanan Azərbaycanın dövlətçilik yolu
Konstitusiyamız milli dövlətçilik ənənələrimizin və demokratik dəyərlərimizin təcəssümüdür
Konstitusiyamız milli dövlətçilik ənənələrimizin və demokratik dəyərlərimizin təcəssümüdür
Azərbaycan bayrağı xalqımızın birliyi və şəhidlərimizin əbədi yadigarıdır
Azərbaycan bayrağı xalqımızın birliyi və şəhidlərimizin əbədi yadigarıdır
9 Noyabr Dövlət Bayrağı Günü milli qürurumuzun və dövlətçilik iradəmizin rəmzidir
9 Noyabr Dövlət Bayrağı Günü milli qürurumuzun və dövlətçilik iradəmizin rəmzidir
Zəfərdən Böyük Qayıdışa uzanan tarixi yol
Zəfərdən Böyük Qayıdışa uzanan tarixi yol
Qələbəyə aparan yol və Böyük Qayıdış
Qələbəyə aparan yol və Böyük Qayıdış
Şuşa Zəfərdən sonra yeni inkişaf və quruculuq dövrünü yaşayır
Şuşa Zəfərdən sonra yeni inkişaf və quruculuq dövrünü yaşayır
Şuşa - Qarabağın tacı, Zəfərin zirvəsi
Şuşa - Qarabağın tacı, Zəfərin zirvəsi
Dialoqdan ədalətə və sülhə gedən Azərbaycan yolu
Dialoqdan ədalətə və sülhə gedən Azərbaycan yolu
Azərbaycan əsrlərdir Şərqlə Qərb arasında mədəniyyət körpüsü rolunu oynayır
Azərbaycan əsrlərdir Şərqlə Qərb arasında mədəniyyət körpüsü rolunu oynayır
Qubadlıya gedən Yol
Qubadlıya gedən Yol
Qubadlı Zəfərdən Böyük Qayıdışa doğru
Qubadlı Zəfərdən Böyük Qayıdışa doğru
Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa
Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa
Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası
Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası
Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir
Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir
Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda
Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda
Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası
Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası
Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır
Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır
Orta Dəhlizdə Azərbaycanın artan rolu...
Orta Dəhlizdə Azərbaycanın artan rolu...