Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Azərbaycan-Serbiya münasibətləri yeni strateji mərhələdə

Tarix:17-02-2026, 09:06

Azərbaycan-Serbiya münasibətləri yeni strateji mərhələdə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 15-də Serbiya Respublikasına rəsmi səfəri zamanı verdiyi bəyanat iki ölkə arasında mövcud olan strateji tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğunu bir daha nümayiş etdirdi. Dövlət başçısının çıxışında səsləndirilən fikirlər Azərbaycan-Serbiya münasibətlərinin təkcə diplomatik çərçivə ilə məhdudlaşmadığını, eyni zamanda real iqtisadi, energetika və investisiya imkanları üzərində qurulduğunu açıq şəkildə göstərdi. Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandr Vuçiç haqqında səsləndirdiyi yüksək qiymətləndirmələr qarşılıqlı etimadın və səmimi dostluğun bariz nümunəsi kimi diqqət çəkir. Hər iki liderin dövlət maraqlarını hər şeydən üstün tutması bu münasibətlərin əsas dayaq nöqtəsi kimi çıxış edir.

Prezidentin vurğuladığı kimi, Serbiya təbii sərvətləri olmayan ölkə olmasına baxmayaraq, müstəqil iqtisadi siyasət yürüdərək öz gücünə arxalanan və heç bir kənar yardımdan asılı olmayan inkişaf modelini formalaşdırıb. Bu isə həm Avropa məkanında, həm də beynəlxalq miqyasda Serbiyanın nüfuzunun artmasına səbəb olub. Azərbaycan tərəfinin bu uğurları yüksək qiymətləndirməsi iki ölkə arasında həm siyasi, həm də mənəvi yaxınlığın göstəricisidir.

Səfər çərçivəsində keçirilən Serbiya-Azərbaycan Strateji Şurasının ilk iclası isə münasibətlərin gələcək perspektivlərini daha da aydınlaşdırdı. Müzakirələr zamanı siyasi dialoqun möhkəmləndirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi, beynəlxalq platformalarda qarşılıqlı dəstəyin davam etdirilməsi və birgə sərmayə layihələrinin həyata keçirilməsi kimi mühüm məsələlər gündəmə gətirildi.
Prezident İlham Əliyevin Azərbaycanın Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazır olduğunu bəyan etməsi bu əməkdaşlığın konkret nəticələrə yönəldiyini göstərir. Birgə inşa ediləcək elektrik stansiyası layihəsi həm Serbiyanın enerji təhlükəsizliyinin möhkəmlənməsinə, həm də regionda enerji balansının qorunmasına xidmət edəcək. Azərbaycan artıq Serbiyaya təbii qaz ixracına başlayıb və yaxın dövrdə bu həcmlərin artırılması planlaşdırılır. Bu qazın elektrik enerjisinə çevrilməsi isə Serbiya üçün yeni iqtisadi üstünlüklər yaradacaq.

Azərbaycanın 2032-ci ilə qədər əlavə 8 giqavat enerji gücü əldə etməyi planlaşdırması və bunun böyük hissəsinin ixraca yönəldilməsi ölkəmizin Avropa enerji bazarında strateji rolunu daha da gücləndirir. Bu baxımdan Serbiya ilə əməkdaşlıq yalnız ikitərəfli deyil, həm də regional əhəmiyyət daşıyan bir model kimi qiymətləndirilə bilər.

Səfərin yekununda səsləndirilən “Yaşasın Serbiya! Yaşasın Azərbaycan! Yaşasın Serbiya-Azərbaycan dostluğu!” çağırışı isə sadəcə diplomatik jest deyil, iki xalq arasında dərin tarixi, siyasi və insani bağların rəmzidir. Bu münasibətlər göstərir ki, dövlətlər arasında qurulan səmimi tərəfdaşlıq xalqların rifahına, regionun sabitliyinə və gələcək nəsillərin daha təhlükəsiz dünyada yaşamasına xidmət edir.

Sevil Əliyeva
Güzdək qəsəbə tam orta ümumtəhsil məktəbinin direktoru

Qarabağ və Şərqi Zəngəzurda quruculuq salnaməsi
Qarabağ və Şərqi Zəngəzurda quruculuq salnaməsi
Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi
Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi
Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir
Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir
Milli Ordumuzun şərəfli inkişaf yolu
Milli Ordumuzun şərəfli inkişaf yolu
Azərbaycan və Türkmənistan münasibətlərində yeni inkişaf mərhələsi başlayır
Azərbaycan və Türkmənistan münasibətlərində yeni inkişaf mərhələsi başlayır
Bir imza ilə başlayan yeni strateji dövr
Bir imza ilə başlayan yeni strateji dövr
Müstəqillik tariximizin ən şanlı səhifəsi
Müstəqillik tariximizin ən şanlı səhifəsi
Qurtuluşdan Zəfərə uzanan yolun başlanğıcı
Qurtuluşdan Zəfərə uzanan yolun başlanğıcı
Azərbaycan qlobal enerji bazarında mövqeyini gücləndirir
Azərbaycan qlobal enerji bazarında mövqeyini gücləndirir
Saray məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib
Saray məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib
Uşaqlara göstərilən qayğı sağlam gələcəyin təminatıdır
Uşaqlara göstərilən qayğı sağlam gələcəyin təminatıdır
Kənd təsərrüfatında yeni inkişaf modeli tətbiq olunacaq
Kənd təsərrüfatında yeni inkişaf modeli tətbiq olunacaq
Üçrəngli bayraqdan Zəfərə uzanan müstəqillik yolu
Üçrəngli bayraqdan Zəfərə uzanan müstəqillik yolu
Azərbaycan şəhərsalma sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir
Azərbaycan şəhərsalma sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir
Azərbaycan və İtaliya münasibətləri yeni mərhələyə qədəm qoyur
Azərbaycan və İtaliya münasibətləri yeni mərhələyə qədəm qoyur
Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub
Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub
Abşeronda xalçaçılıq ənənəsi yaşadılır: Qobulu ustaların sənət yolu
Abşeronda xalçaçılıq ənənəsi yaşadılır: Qobulu ustaların sənət yolu
Prezident Azərbaycan güləşçilərinin tarixi uğurunu yüksək qiymətləndirdi
Prezident Azərbaycan güləşçilərinin tarixi uğurunu yüksək qiymətləndirdi
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır