Gənc boksçular arasında keçirilən Azərbaycan birinciliyi başa çatıb.
Bakı və respublikanın müxtəlif bölgələrini təmsil edən 31 komandanın qatıldığı yarışda 140 idmançı mükafatlar uğrunda mübarizə aparıb. 4 gün davam edən birincilikdə 10 çəki dərəcəsində çempion və medalçılar bəlli olub.
Abşeron komandasını təmsil edən Maqsud Xasmətov Azərbaycan birinciliyində uğurla çıxış edib. Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin şagirdi keçirdiyi bütün döyüşlərdə qalib gəlib.
Birinciliyin qalibi adını qazanan Maqsud Xasmətov (49 kq), eyni zamanda yarışın ən texnikalı boksçusu seçilib.