"Neftçi" azarkeşlərə sürpriz edib.
Mövsümün ən vacib ev oyununa - Azərbaycan kubokunun yarımfinal mərhələsinin "Neftçi" - "Qəbələ" qarşılaşmasına giriş sərbəst olacaq.
Aprelin 18-i saat 20:00-da "Bakcell Arena"da başlayacaq görüşü azarkeşlərimiz biletsiz izləyə biləcəklər.