“Sumqayıt” klubu Peşəkar Futbol Liqasına (PFL) rəsmi müraciət edib.
Klub Topaz Premyer Liqasının XXIV turunda “Sumqayıt” – “Qarabağ” görüşünün nəzərdə tutulan vaxtdan 1 gün sonra – 22 aprel tarixdə keçirilməsini xahiş edib.
“Sumqayıt” klubunun müraciətini və “Qarabağ”ın razılıq məktubunu alan PFL oyunun
22 aprel tarixində keçirilməsinə qərar verib. Matçın başlanma vaxtı saat 19:00 təyin edilib.