FIFA-nın prezidenti Canni İnfantino "Qarabağ"ı Azərbaycan Premyer Liqasının qalibi olması münasibətilə təbrik edib.
FIFA prezidenti Canni İnfantino Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayevə ünvanladığı məktubla dünya futbol ictimaiyyəti adından "Qarabağ" klubunu Premyer Liqanın 2017/2018-ci il mövsümünün qalibi olması, ardıcıl 5-ci dəfə bu titula yiyələnməsi münasibətilə təbrik edib.