Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində böyük tingçilik təsərrüfatı yaradılacaq

Tarix:5-02-2020, 08:49

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində böyük tingçilik təsərrüfatı yaradılacaq


Ötən ilin yaz və payız ağacəkmə mövsümlərində ölkənin meşə və qeyri-meşə sahələrində, ümumilikdə 2 milyona yaxın ağac əkilib. Bu il isə daha çox ağac əkməyi planlaşdırırıq.

Bunu müsahibəsində Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

Nazirliyin yaşıllaşdırma işlərinin aparılmasında ictimaiyyətin dəstəyinə maraqlı olduğunu bildirən nazir müavini deyib: “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sosial şəbəkələrdəki səhifələrində “Hansı əraziləri yaşıllaşdırmaq istəyirsiniz” sualı altında sorğu keçiriləcək. Vətəndaşlar yaşıllaşdırmaq istədikləri ərazilərin adlarını bu sorğularda açıqlaya, biz də həmin əraziləri vətəndaşların öz iştirakı ilə yaşıllaşdıra bilərik.

Təbiəti hər bir vətəndaş qorumalıdır. Bütün Azərbaycan vətəndaşları, yəni uşaqdan tutmuş böyüyədək hər kəs təbiətin könüllüləridir. Hər kəs təbiətə olan sevgisini söz ilə deyil, əməli ilə göstərməlidir”.

F.Əliyev bildirib ki, ötən il Azərbaycanın bütün regionlarında, o cümlədən Abşeron yarımadasında da yaşıllaşdırma işləri görülüb: “Suraxanı rayonundakı keçmiş yod-brom zavodunun ərazisini sağlamlaşdırdıq, damcılı suvarma sistemi quraşdırdıq və yerli şəraitə uyğun 55 minə yaxın ağac əkdik. Əkilən ağacların bitiş faizi 95 faizdir. Onların suvarılması üçün damcılı suvarma sisteminin quraşdırılması həm suya qənaətdir, həm də ağacların yüksək bitişinə zəmin yaradır”.

O qeyd edib ki, bu il Suraxanı rayonunda daha 200 hektara yaxın ərazidə yaşıllaşdırma işlərinin görülməsi nəzərdə tutulub.

“Bu il BMT-nin Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının (FAO) maliyyə dəstəyi hesabına Abşeron rayonunun Ceyranbatan qəsəbəsində müasir standartlara cavab verən böyük tingçilik təsərrüfatı yaradılacaq və orada il ərzində 1,2 milyon yüksəkkeyfiyyətli ting tədarük olunacaq. Burada yetişdirilən tinglər ölkəmizin yaşıllaşdırılmasında istifadə olunacaq. Artıq tingçilik təsərrüfatının yaradılması istiqamətində işlərə başlanılıb. Payız mövsümündə onun istifadəyə verilməsi nəzərdə tutulur”, - deyə nazirliyin rəsmisi diqqətə çatdırıb.

O, həmçinin deyib: “Bildiyimiz kimi Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə bu il “Könüllülər ili” elan olunub. Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyində “Könüllülər qərargahı” yaradılıb. “Könüllülər ili” çərçivəsində görüləcək işlər artıq planlaşdırılıb.

Düşünürəm ki, könüllülər hərəkatının geniş vüsət alması ekologiya və ətraf mühit məsələlərinə də töhfə verəcək. Bu il könüllülərin iştirakı ilə ekologiyanın sağlamlaşdırılması istiqamətində bir çox işlər görüləcək”.

Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etməkdir
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
İnsanlara nur bəxş edən böyük alim - Zərifə xanım Əliyeva
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
Neokolonializmə qarşı mübarizə məsələləri ölkəmizin xarici siyasətində xüsusi önəm daşıyır
"Şahin" hərbi-idman oyununun Abşeron rayonu üzrə qalibləri məlum olub
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Abşeronlu məzun: Yüksək bal toplayacağıma əmin idim
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı yeni mərhələyə qədəm qoyur
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeron rayonunda iftar süfrəsi açılıb
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeronla qardaşlaşan Bursaya yeni bələdiyyə sədri seçildi
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeron RİH-in əməkdaşları sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinin sakinləri ilə görüş keçirib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeronda “Üz-çənə və baş-boyun patologiyalarına müasir yanaşma” mövzusunda elmi-nəzəri konfrans keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Abşeron rayonunda 31 Mart Azərbaycanlıların soyqırımına həsr olunmuş tədbir keçirilib
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Ermənilər məskunlaşdığı Azərbaycan torpaqlarında daima xalqımıza qarşı soyqırımlar törədiblər
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam etdirilir
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
Abşeronda narkomaniya ilə mübarizə sahəsində silsilə tədbirlər keçirilib
"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib