ABŞERON RAYON TELEKOMMUNİKASİYA QOVŞAĞININ RƏİSİ TOFİQ CALALOV «RABİTƏ USTASI» ADINA LAYİQ GÖRÜLÜB.
Azərbaycan Respublikası Prezidentinin 1 dekabr 2016-cı il tarixli Sərəncamı ilə rabitə və yüksək texnologiyalarının inkişafı sahəsində xidmətlərinə görə bir qrup rabitəçi orden və medallarla, fəxri adlarla təltif olunmuş, bir neçə nəfər rabitəçiyə isə Prezidentin fərdi təqaüdü verilmişdir və bu ümumilikdə rabitə və informasiya texnologiyaları sahəsində çalışanların əməyinə verilən yüksək qiymətdir.
Bütün bunlarla yanaşı peşə bayramı gününün qeyd edilməsi ilə əlaqədar respublikada rabitə və yüksək texnologiyalarının inkişafında böyük əməyi olan işçilərin zəhmətinin qiymətləndirilməsi məqsədilə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyaları naziri Ramin Quluzadənin əmri əsasında bir qrup rabitəçi “Rabitə Ustası” fəxri adına layiq görülüb.
Fəxri ada layiq görülən rabitəçilər sırasında uzun müddət rabitə sahəsində çalışan, öz peşəsini yüksək məsuliyyət hissi ilə həyata keçirən Abşeron Telekommunikasiya Qovşağının rəisi Tofiq Ələs oğlu Calalovda var.
Biz də öz növbəmizdə əməkdaşlarımızın və oxucularımızın adından Tofiq Calalovu fəxri ad alması münasibətilə ürəkdən təbrik edir, ona bundan sonra da uğurlarını davam etdirməsini arzulayırıq.
Şamo Əliyev