Absheron Media
Haqqımızda Bizimlə əlaqə

BMT-də ermənilərin girov götürdüyü Şahbaz Quliyev və Dilqəm Əsgərovla bağlı məsələ qaldırılıb

Tarix:2-02-2015, 01:05

BMT-də ermənilərin girov götürdüyü Şahbaz Quliyev və Dilqəm Əsgərovla bağlı məsələ qaldırılıb
Diplomat insan hüquqlarının müdafiəsi üzrə bütün beynəlxalq təşkilatları bu məsələyə müdaxilə etməyə, bu şəxslər sağkən onların həbsdən azad olunmasına kömək etməyə çağırıb

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev qurumun Təhlükəsizlik Şurasının silahlı münaqişələrdə dinc vətəndaşların müdafiəsi məsələsinin müzakirəsinə həsr edilmiş iclasında çıxış edib.

Y.Əliyev qeyd edib ki, Azərbaycan silahlı münaqişə qurbanları ilə bağlı vəziyyətin yaxşılaşdırılması üçün beynəlxalq humanitar hüquqa uyğunluğun təmin edilməsi mövqeyini dəstəkləyir.

Diplomat beynəlxalq hüquq normalarını və münaqişə aparan tərəflərin öhdəliklərinə toxunaraq bildirib ki, əsas problem təkcə öhdəliklərə tez-tez riayət edilməməsi deyil, cəzasızlıq şəraitinin olmasıdır.

Y. Əliyev münaqişələr nəticəsində öz doğma yurdundan qovulmuş mülki əhalinin müdafiəsinə xüsusi diqqət yetirilməsinin zəruriliyini vurğulayıb: “Azərbaycan məcburi köçkünlərin problemləri və onların öz evlərinə qayıtmaq hüquqları barədə məlumatın artırılmasına yönəlmiş səyləri dəstəkləyir”.

O qeyd edib ki, dinc vətəndaşların hərbi qulluqçu kateqoriyasına aid olmadıqlarını göstərən kifayət qədər fakt olmasına baxmayaraq, onların statusunun şübhə altına alınması faktı da mülki əhalinin hüquqlarının pozulmasında təşviş doğuran məqamdır.

Y.Əliyev vurğulayıb ki, insanların girov götürülməsi, qanunsuz tutulub saxlanması və təqib edilməsi beynəlxalq humanitar hüququn ciddi pozuntularıdır.

Diplomat ermənilərin girov götürdükləri Azərbaycan vətəndaşları Həsən Həsənov, Şahbaz Quliyev və Dilqəm Əsgərovla bu hüququn normalarına uyğun olmayan rəftar etdiklərini, bunun ermənilərin beynəlxalq humanitar hüququ pozmalarına aid ən son nümunə olduğunu deyib.

Y. Əliyev daha sonra iclas iştirakçılarına azərbaycanlı girovların işi və onların hüquqlarının erməni işğalçı qüvvələri tərəfindən pozulması ilə bağlı faktları təqdim edib. Diplomat Həsən Həsənovun erməni hərbi qulluqçuları tərəfindən 2014-cü il iyulun 11-də öldürüldüyünü, onun cəsədinin isə Azərbaycan tərəfinə yalnız 2014-cü il oktyabrın 2-də Beynəlxalq Qırmızı Xalq Komitəsinin köməyi ilə təhvil verildiyini qeyd edib: “Digər iki girov – Şahbaz Quliyev və Dilqəm Əsgərov uydurma təxribatlarda ittiham edilərək, Azərbaycanın işğal olunmuş ərazilərindəki həbsxanaya salınıb”.

Y.Əliyev bu mülki şəxslərin Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində girov götürüldüyünü də xatırladıb: “Azərbaycan Respublikasının qanunlarından başqa heç kəs və heç nə Azərbaycan vətəndaşlarının öz ərazisində sərbəst yerdəyişməsini məhdudlaşdıra və ya qadağan edə bilməz”.

O vurğulayıb ki, Ş.Quliyev və D.Əsgərovun üzərində qondarma məhkəmə prosesi və çıxarılan hökm qanunsuzdur.

Diplomat insan hüquqlarının müdafiəsi üzrə bütün beynəlxalq təşkilatları bu məsələyə müdaxilə etməyə, bu şəxslər sağkən onların həbsdən azad olunmasına kömək etməyə çağırıb.

Zəngilanı Naxçıvan və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti nailiyyəti olacaqdır
Zəngilanı Naxçıvan və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti nailiyyəti olacaqdır
Zəfər missiyamız Füzuli rayonundan başlanıb
Zəfər missiyamız Füzuli rayonundan başlanıb
Xankəndi şəhərində qaldırılan üçrəngli bayrağımız əbədi dalğalanacaq
Xankəndi şəhərində qaldırılan üçrəngli bayrağımız əbədi dalğalanacaq
Azərbaycana qarşı olan sanksiyalar ikili standartlardan xəbər verir
Azərbaycana qarşı olan sanksiyalar ikili standartlardan xəbər verir
Azərbaycan öz təhlükəsizliyini,gələcək inkişafını təmin edib və edəcək
Azərbaycan öz təhlükəsizliyini,gələcək  inkişafını təmin edib və edəcək
Cəbrayıllılar doğma yurdlarına qayıdırlar
Cəbrayıllılar doğma yurdlarına qayıdırlar
Ümummilli Lider Heydər Əliyev Azərbaycanda yeni inkişaf dövrünün əsasını qoymuşdur
Ümummilli Lider Heydər Əliyev Azərbaycanda yeni inkişaf dövrünün əsasını qoymuşdur
Aşıq sənətinə dövlət qayğısının bariz nümunəsi
Aşıq sənətinə dövlət qayğısının bariz nümunəsi
Azərbaycan həm güclü iqtisadiyyata, həm də güclü siyasətə malik bir dövlətdir
Azərbaycan həm güclü iqtisadiyyata, həm də güclü siyasətə malik bir dövlətdir
Bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu
Bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu
Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir
Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir
Qarabağ Universitetinin yaradılması tarixi hadisədir
Qarabağ Universitetinin yaradılması tarixi hadisədir
Azərbaycan bir gün ərzində öz suverenliyini bərpa etdi
Azərbaycan bir gün ərzində öz suverenliyini bərpa etdi
Erkən nikahların və qohum evliliklərinin qarşısı belə alınacaq
Erkən nikahların və qohum evliliklərinin qarşısı belə alınacaq
İtaliyada Avropanın Azərbaycana qarşı ikili standartına vurulan ölümcül zərbə...
İtaliyada Avropanın Azərbaycana qarşı ikili standartına vurulan ölümcül zərbə...
Heydər Əliyev Naxçıvanda Azərbaycanın müstəqilliyinin təməlini qoydu
Heydər Əliyev Naxçıvanda Azərbaycanın müstəqilliyinin təməlini qoydu
Qardaş Özbəkistanla yolumuz, amalımız birdir
Qardaş Özbəkistanla yolumuz, amalımız birdir
Laçın rayonu cənnətə çevrilir
Laçın rayonu cənnətə çevrilir
Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır
Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır