Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Dünyanın ilk milyarderi belə varlanmışdı - FOTO

Tarix:22-02-2015, 00:46

Dünyanın ilk milyarderi belə varlanmışdı - FOTO

Onun 192 milyard dollar sərvəti var imiş.

Dünyanın ilk milyarderi sayılan Con Rokfeller 1839-cu ildə Nyu-York ştatının Riçford şəhərində anadan olub.

1870-ci ildə Standard Oil şirkətinin əsasını qoyan Rokfellerin varidatı 1937-ci ildə 1,4 milliard dollar təşkil edirdi.

Bu məbləğ 2014-cü ilin göstəricilərinə görə, inflyasiyanı nəzərə aldıqda 192 milliard dollara bərabərdir.

Dörd qızı və bir oğlu olan Rokfeller həmçinin xeyriyyəçilik əməlləri ilə məhşurdur. Onun əsasını qoyduğu fond bu günkü günə kimi fəaliyyət göstərir və ABŞ-ın ən əhəmiyyətli 10-fondundan biri hesab olunur.

Karyerasını daşınmaz əmlak və gəmi daşınmaları ilə məşğul olan Hewitt & Tuttle şirkətində başlayan Rokfeller mühasibatçı vəzifəsində çalışır və özünü əməksevər və peşəkar işçi kimi tanıtmağa nail olur.

Bu ərəfələrdə özünə şərik axtaran Con Morris adlı ingilis sahibkarı Rokfeller ilə tanış olur. Şəriklik üçün tələb olunan məbləğ 2,000 dollar idi, Rokfeller özündə çatışmayan 1200$-nı atasından illik 10 faizlə kreditə götürür. Şirkət buğda və ət kimi məhsulların satışı ilə məşğul idi. Vətəndaş müharibəsi başladığından ordunun ərzaqa olan tələbatı artır. Fürsətdən istifadə edən Rokfeller işi genişləndirmək üçün lazım olan məbləği bankdan kreditə götürməyə nail olur.

1860-cı illərdə kerosin lampaları geniş istifadə olunurdu. Neftə ehtiyac günü gündən artırdı. Rokfeller Samuel Endrus adlı kimyaçı ilə tanışlıqdan sonra bu işə başlamağa qərar verir. Standard Oil şirkəti yarandığı gündən etibarən gəlir gətirməyə başlayır, Rokfeller digər neft şirkətlərini almağa başlayır, dəmir yolu daşımmalarında daha aşağı qiymətlər əldə edir.

Bir çəllək neftin daşınmasına görə 10 sent ödədiyi halda, konkurentləri 35 sent ödəyirdilər. Qazancda yaranan bu fərq Rokfellerə öz qaydalarını diqtə etməyə köməy olurdu. Konkurentlər ya onunla birləşməli ya da məhv olub getmək məcburiyyətində qalırlar.

Artıq monopolist olan Standard Oil Amerikada neftinin 95%-ni istehsal edirdi. 10 il sonra monopolizm əleyhinə qəbul olunan Şerman qanuna görə Standard Oil şirkəti bir neçə hissəyə bölünməy məcburiyyətində qalır. Standard Oil-i 34 hissəyə bölən Rokfeller bütün şirkətlərin kontrol paketini özündə saxlayır. Demək olar ki, ABŞ-ın bütün iri neft şirkətləri Standard Oil-dən yaranıblar..Bunların arasında Mobil, Exxon, Chevron kimi neft nəhəngləri də var.

1917-ci ildə Con Rokfeller öz işini bütünlüklə böyük oğluna təhvil verir, üstündən 20 il ötdükdən sonra isə məşhur netf maqnatı vəfat edir. Amma bugünkü günə qədər fəaliyyət gösətərən və insanlara fayda verən onun adını daşıyan fond, hələ də onun yaşadığını göstərir.

Bütün bunlardan savayı Rokfeller bu gün aforizm kimi işlənən kifayət qədər müdrik kəlamları ilə yadda qalıb, bu sitatlar bu gün olduqca məşhurdur və onlara əksər biznes kitablarında rast gəlmək mümkündür. Onlardan :

"Xeyriyyəçilik yalnız o zaman faydalıdır ki, insanlara həqiqi müstəqillik əldə etməyə kömək etsin".

"Sizin rifahınız elə, sizin öz qərarlaırnızdan asılıdır".

"Biznes əsasında qurulmuş dostluq, dostluq əsasında qurulmuş biznesdən daha yaxşıdır".

"İnsanlar ilə davranmaq bacarığı bir məhsuldur, bizim dükandan ala biləcəyimiz şəkər, qəhvə və digər şeylər kimi.. mən belə bir bacarığa görə, dünyadakı hər şeydən daha çox pul ödəməyə hazıram".

"Biznesdə uğur qazanmağın ən birinci və ən başlıca şərti –səbrli olmaqdır".

Con Rokfeller lazım olan vaxtda, lazımlı yerdə olmağı bacardı və ağla gəlməz uğur əldə etdi.

Dünyanın ilk milyarderi belə varlanmışdı - FOTO
Dünyanın ilk milyarderi belə varlanmışdı - FOTO
Dünyanın ilk milyarderi belə varlanmışdı - FOTO
Dünyanın ilk milyarderi belə varlanmışdı - FOTO
Dünyanın ilk milyarderi belə varlanmışdı - FOTO

Zəngilanı Naxçıvan və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti nailiyyəti olacaqdır
Zəngilanı Naxçıvan və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti nailiyyəti olacaqdır
Zəfər missiyamız Füzuli rayonundan başlanıb
Zəfər missiyamız Füzuli rayonundan başlanıb
Xankəndi şəhərində qaldırılan üçrəngli bayrağımız əbədi dalğalanacaq
Xankəndi şəhərində qaldırılan üçrəngli bayrağımız əbədi dalğalanacaq
Azərbaycana qarşı olan sanksiyalar ikili standartlardan xəbər verir
Azərbaycana qarşı olan sanksiyalar ikili standartlardan xəbər verir
Azərbaycan öz təhlükəsizliyini,gələcək inkişafını təmin edib və edəcək
Azərbaycan öz təhlükəsizliyini,gələcək  inkişafını təmin edib və edəcək
Cəbrayıllılar doğma yurdlarına qayıdırlar
Cəbrayıllılar doğma yurdlarına qayıdırlar
Ümummilli Lider Heydər Əliyev Azərbaycanda yeni inkişaf dövrünün əsasını qoymuşdur
Ümummilli Lider Heydər Əliyev Azərbaycanda yeni inkişaf dövrünün əsasını qoymuşdur
Aşıq sənətinə dövlət qayğısının bariz nümunəsi
Aşıq sənətinə dövlət qayğısının bariz nümunəsi
Azərbaycan həm güclü iqtisadiyyata, həm də güclü siyasətə malik bir dövlətdir
Azərbaycan həm güclü iqtisadiyyata, həm də güclü siyasətə malik bir dövlətdir
Bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu
Bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu
Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir
Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir
Qarabağ Universitetinin yaradılması tarixi hadisədir
Qarabağ Universitetinin yaradılması tarixi hadisədir
Azərbaycan bir gün ərzində öz suverenliyini bərpa etdi
Azərbaycan bir gün ərzində öz suverenliyini bərpa etdi
Erkən nikahların və qohum evliliklərinin qarşısı belə alınacaq
Erkən nikahların və qohum evliliklərinin qarşısı belə alınacaq
İtaliyada Avropanın Azərbaycana qarşı ikili standartına vurulan ölümcül zərbə...
İtaliyada Avropanın Azərbaycana qarşı ikili standartına vurulan ölümcül zərbə...
Heydər Əliyev Naxçıvanda Azərbaycanın müstəqilliyinin təməlini qoydu
Heydər Əliyev Naxçıvanda Azərbaycanın müstəqilliyinin təməlini qoydu
Qardaş Özbəkistanla yolumuz, amalımız birdir
Qardaş Özbəkistanla yolumuz, amalımız birdir
Laçın rayonu cənnətə çevrilir
Laçın rayonu cənnətə çevrilir
Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır
Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır