Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Ölkəmizdə uşaqlar yüksək dövlət qayğısı ilə əhatə olunublar

Tarix:29-10-2023, 20:13

Ölkəmizdə uşaqlar yüksək dövlət qayğısı ilə əhatə olunublar


Azərbaycan dövləti insan hüquq və azadlıqlarının, xüsusən də uşaq hüquqlarının qorunması üçün müvafiq addımlar atır, avropa standartlarına cavab verən mütərəqqi qanunlar qəbul olunur.Uşaqların hüquq və azadlıqlarının müdafiəsi, rifah halının yüksəldilməsi, onların hərtərəfli inkişafına göstərilən dövlət dəstəyi ölkəmizdə uşaq siyasətinin uğurla həyata keçirilməsinin göstəricisidir. Azərbaycanda dövlət uşaq siyasətinin formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. “Uşaqlar bizim gələcəyimizdir” deyən Ulu Öndər tərəfindən bu sahədə mühüm qanunvericilik və institusional tədbirlər görülüb, həmçinin respublikamız bir çox konvensiyalara, o cümlədən BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasına qoşulub.
Uşaqlarla aparılan məqsədyönlü işlər Prezident İlham Əliyevin rəhbərliyi ilə davamlı olaraq həyata keçirilərək, 2009-cu il Azərbaycanda “Uşaq ili” elan olunub, müvafiq normativ hüquqi baza təkmilləşdirilib, dövlət proqramları, “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası” təsdiq edilib, uşaqların hərtərəfli inkişafı üçün hər cür şərait yaradılıb.

Daim dövlət qayğısı ilə əhatə olunan uşaqların sağlam və firavan mühitdə böyüməsi, şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması ilə bağlı çoxşaxəli təşəbbüslərin uğurla reallaşdırılmasında respublikamızın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəcib və xeyirxah əməlləri xüsusi qeyd olunmalıdır.
Ölkədə müvafiq islahatlar ilk öncə “yuvenal ədliyyə” sahəsindən başlanılmışdır. “Yuvenal ədliyyə” ifadəsi geniş məfhum kimi özündə yetkinlik yaşına çatmayanlarla bağlı cinayət, mülki, boşanma və övladlığa götürmə kimi bütün prosesləri ifadə edir. Yuvenal ədliyyə sisteminin təhlili BMT-nin Uşaq Hüquqları Komitəsinə hesabatın verilməsi zamanı Azərbaycanda 2006-cı ildə, Azərbaycan qanunvericiliyinin BMT-nin Uşaq Hüquqları Konvensiyası və BMT-nin yuvenal ədliyyə sahəsində olan digər aidiyyəti norma və standartları da daxil olmaqla müvafiq aidiyyəti beynəlxalq standartlara nə dərəcədə uyğun olması məqsədi ilə həyata keçirilmişdir.

Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarətinin təşkili və həyata keçirilməsini tənzimləmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 8 may 2012-ci il tarixli Fərmanı ilə “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti qaydası” təsdiq edilmişdir. Dövlət nəzarətinin məqsədi uşaq hüquqlarının təmin edilməsi üçün əlverişli mühitin yaradılması, uşaq hüquqlarının pozulmasına səbəb olan halların aradan qaldırılmasıdır. Bundan əlavə, uşaqların internet təhlükəsizliyinin təmin edilməsi, onların zərərli informasiyadan qorunması məqsədilə Dövlət Komitəsinin təşəbbüsü ilə “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanun layihəsi hazırlanmış və 2020-ci ildə qüvvəyə minmişdir. Həmçinin “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən Dövlət Komitəsi tərəfindən “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası” və “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı” hazırlanmış və ölkə Prezidentinin sərəncamları ilə təsdiq edilmişdir. Bu sənədlər uşaq siyasətinin və uşaq hüquqlarının müdafiəsinin təmin edilməsi sahəsində dövlətin gələcəyə yönəlik strategiyasını müəyyənləşdirir.
Uşaqların hüquqlarının ailə tərəfindən pozulması faktlarından biri də qeyri-rəsmi nikahdan doğulan uşaqlara evdə, məktəbdə, müəssisələrdə fiziki, psixoloyi və cinsi təzyiqlərə məruz qalmalarıdır. Son illər nikahdankənar uşaqların sayının artması da buna əyani sübutdur.Təbii ki, belə hallarda uşaqların günahı yoxdur. Qanunvericiliyə əsasən, qeyri-rəsmi nikahdan doğulan uşaqların hüquqları ilə rəsmi nikahdan doğulan uşaqların hüquqları bərabərdir. Yəni, qanunda rəsmi nikahdan doğulan uşaq üçün nəzərdə tutulan hüquqlar qeyri-rəsmi nikahdan doğulan uşağa da şamil olunur. Sadəcə təcrübədə bu hüquqların reallaşmasında müəyyən çətinliklərin yaşandığı müşahidə olunur. Çünki rəsmi nikahda ata və ana dəqiq bilinir və gələcəkdə uşağa qarşı hansısa qanun pozuntusu olarsa, qanun qarşısında məsuliyyət daşıyırlar. Qeyri-rəsmi nikahda isə atanın adı ananın razılığı ilə yazılır. Ona görə də həqiqətən də uşağın atası olmayan şəxsin adını yazdıra bilər.

“Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi barədə” dövlətimizin başçısının imzaladığı Fərmanından irəli gələrək kənd və qəsəbələrdə fəaliyyət göstərən yerli icra nümayəndəlikləri nazirliyin informasiya sistemlərinə qoşularaq qeydiyyatın həmin sistem vasitəsilə həyata keçirilməsi təmin edirlər.

Doğumun qeydə alınması üçün uşağın doğulduğu gündən ən geci 1 ay ərzində, uşaq ölü doğulduqda isə ən geci doğum vaxtından ötən 3 gün müddətində müraciət edilməlidir. Valideynlər üzrlü səbəbdən müraciət edə bilmədikdə, doğumun qeydə alınması üçün ərizə təqdim edilməli və həmin ərizədə bunun səbəbi göstərilməlidir. Doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat yazılır. Doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri, şəxsiyyət vəsiqəsinin nömrəsi və verilmə tarixi) TƏBİB-in tabeliyindəki tibb müəssisəsi tərəfindən dərhal İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə, digər tibb müəssisəsi tərəfindən isə Səhiyyə Nazirliyinə ötürülür. Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən həmin məlumat EHİS (Elektron hökumət informasiya sistemi) vasitəsilə Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ananın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə ötürülür. Ev şəraitində doğulan uşaqların müəyyənləşdirilməsi və qeydiyyatı sahəsində də bir sıra işlər görülür, maarifləndirmə işləri aparılır, vətəndaşlara hüquqi yardım göstərilir.

Uşağın qayğısına qalmaq və onu müdafiə etmək həm dövlətin, həm də valideynlərin öhdəliyidir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsində hər iki tərəfin öhdəliyinin hansı şəraitdə önə çıxdığı məqamlar tənzimlənir. Dövlətimizin diqqət və qayğısı, ardıcıl sosial paketlərin hazırlanması ilə vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması nəticəsində uşaqlar da ailələrində özlərini xoşbəxt hiss edirlər. İstər təhsil, istər mədəniyyət, istərsə də səhiyyənin inkişafı uşaqlarımızın sağlam və hərtərəfli gələcəyi üçündür.

Ölkəmizin sabahı olan uşaqları qayğısız, problemsiz və xoşbəxt görmək istəyiriksə, onları qorumaq və onların hüquqlarını müdafiə etmək hər birimizin borcudur.

Pərvin Əliyeva
5 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin rəisi, I dərəcəli ədliyyə qulluqçusu

Gənclərə etimad göstərən dövlət modeli
Gənclərə etimad göstərən dövlət modeli
Gənclik amili Azərbaycanın milli inkişaf modelinin əsas sütunudur
Gənclik amili Azərbaycanın milli inkişaf modelinin əsas sütunudur
Prezident İlham Əliyevin gənclər strategiyası uğurlu gələcəyə aparır
Prezident İlham Əliyevin gənclər strategiyası uğurlu gələcəyə aparır
Yeni dünya reallıqları və Azərbaycanın strateji mövqeyi
Yeni dünya reallıqları və Azərbaycanın strateji mövqeyi
Davosdan verilən mesajlar Azərbaycanın strateji xəttini ortaya qoydu
Davosdan verilən mesajlar Azərbaycanın strateji xəttini ortaya qoydu
20 Yanvar faciəsi - öz şəhadətləri ilə xalqına azadlıq, müstəqillik gətirən şəhidlərimiz mübarizliyin, zülmə etirazın sinvoluna çevrildilər...
20 Yanvar faciəsi - öz şəhadətləri ilə xalqına azadlıq, müstəqillik gətirən şəhidlərimiz mübarizliyin, zülmə etirazın sinvoluna çevrildilər...
Yeni Dövlət Proqramı Xırdalanın su təhlükəsizliyini strateji səviyyədə təmin edəcək
Yeni Dövlət Proqramı Xırdalanın su təhlükəsizliyini strateji səviyyədə təmin edəcək
Bu layihə bizə imkan verəcək ki, ...
Bu layihə bizə imkan verəcək ki, ...
Abşeron Ağsaqqalları dövlətçilik və vətənpərvərlik dəyərlərinin təbliğini davam etdirir
Abşeron Ağsaqqalları dövlətçilik və vətənpərvərlik dəyərlərinin təbliğini davam etdirir
Azərbaycana qoyulan sərmayə mənfəət gətirəcək...
Azərbaycana qoyulan sərmayə mənfəət gətirəcək...
Sülh, inkişaf və güc balansı Prezidentin geniş müsahibəsində
Sülh, inkişaf və güc balansı Prezidentin geniş müsahibəsində
Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı müəyyən etdiyi siyasi-strateji hədəf artıq real nəticələrlə müşayiət olunur
Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı müəyyən etdiyi siyasi-strateji hədəf artıq real nəticələrlə müşayiət olunur
Milli həmrəylik Azərbaycan xalqının ən böyük gücüdür
Milli həmrəylik Azərbaycan xalqının ən böyük gücüdür
Qalib xalqın qalib idmançıları
Qalib xalqın qalib idmançıları
Azərbaycan şəhərləri yeni inkişaf mərhələsinə qədəm qoyur
Azərbaycan şəhərləri yeni inkişaf mərhələsinə qədəm qoyur
İlham Əliyevin liderliyi ilə Azərbaycanın yeni dövrü
İlham Əliyevin liderliyi ilə Azərbaycanın yeni dövrü
“Konstitusiya və Suverenlik ili”ndə Dövlət Başçısından humanist addım
“Konstitusiya və Suverenlik ili”ndə Dövlət Başçısından humanist addım
Ulu Öndər Heydər Əliyev və müasir Azərbaycanın formalaşması
Ulu Öndər Heydər Əliyev və müasir Azərbaycanın formalaşması
12 dekabr – Ulu Öndər Heydər Əliyevin anım günü: Azərbaycan xalqının dərin ehtiramını ifadə edən gün
12 dekabr – Ulu Öndər Heydər Əliyevin anım günü: Azərbaycan xalqının dərin ehtiramını ifadə edən gün