Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Bu gün Novruzun ilk çərşənbəsi - Su çərşənbəsidir

Tarix:27-02-2018, 13:07

Bu gün Novruzun ilk çərşənbəsi - Su çərşənbəsidir

Yurdumuza əsrlərin sınağından çıxmış mənəvi dəyərləri, adət-ənənələri özündə yaşadan, bayramlarımızın şahı sayılan Novruz gəlir. Ta qədimdən Novruz təbiətin
canlanmasının, torpağın oyanışının, ruhun təzələnməsinin simvolu hesab olunub. Novruz təzə ili, baharın ilk gününü qarşılamaq, gecə ilə gündüzün bərabərləşməsi
deməkdir. Xalqımız yeni gün olan Novruz ərəfəsində çərşənbələri xüsusi coşqu ilə bayram edir.

Fevralın 27-si Novruz bayramının əsas atributlarından olan çərşənbələrin ilki - Su çərşənbəsidir.

“Rəvayətə görə, Tanrı ilk insanı - Adəmi yaradarkən torpağa su qatıb, palçıqdan insan düzəldib, sonra ona nəfəs verib, baharda çiçəkləri, otları, ağacları oyadan yellərə
əmr edib ki, onu canlandırsın. İnsan da bu dörd ünsürdən yarandığı üçün tarix boyu onları müqəddəsləşdirərək, hərəsinə bir gün ayırıb. Beləcə, yazın - Novruzun
müjdəçiləri olan Su, Od, Yel və Torpaq çərşənbələri yaranıb”.

Bu il Azərbaycanda baharın müjdəçisi olan ilk çərşənbə - Su çərşənbəsi fevralın 27-də, Od çərşənbəsi martın 6-də, Yel çərşənbəsi martın 13-də, İlaxır çərşənbə - Torpaq
çərşənbəsi isə martın 20-i qeyd ediləcək. El arasında bunlara “boz ayın çərşənbələri” də deyilir.

Su çərşənbəsi xalq arasında “əvvəl çərşənbə”, “gözəl çərşənbə”, “sular Novruzu”, “gül çərşənbə” kimi də tanınır. Bu çərşənbə həm də suya
tapınma inamı ilə bağlıdır. İlk çərşənbə ərəfəsində evlər sahmana salınır, bağ-bağçalarda ağacların, gül kollarının dibi bellənir.

Aygün Əliyeva

Zəngilanı Naxçıvan və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti nailiyyəti olacaqdır

Zəfər missiyamız Füzuli rayonundan başlanıb

Xankəndi şəhərində qaldırılan üçrəngli bayrağımız əbədi dalğalanacaq

Azərbaycana qarşı olan sanksiyalar ikili standartlardan xəbər verir

Azərbaycan öz təhlükəsizliyini,gələcək inkişafını təmin edib və edəcək

Cəbrayıllılar doğma yurdlarına qayıdırlar

Ümummilli Lider Heydər Əliyev Azərbaycanda yeni inkişaf dövrünün əsasını qoymuşdur

Aşıq sənətinə dövlət qayğısının bariz nümunəsi

Azərbaycan həm güclü iqtisadiyyata, həm də güclü siyasətə malik bir dövlətdir

Bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu

Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir

Qarabağ Universitetinin yaradılması tarixi hadisədir

Azərbaycan bir gün ərzində öz suverenliyini bərpa etdi

Erkən nikahların və qohum evliliklərinin qarşısı belə alınacaq

İtaliyada Avropanın Azərbaycana qarşı ikili standartına vurulan ölümcül zərbə...

Heydər Əliyev Naxçıvanda Azərbaycanın müstəqilliyinin təməlini qoydu

Qardaş Özbəkistanla yolumuz, amalımız birdir

Laçın rayonu cənnətə çevrilir
Laçın rayonu cənnətə çevrilir
Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır