Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Bakı beşinci dəfə Beynəlxalq Muğam Festivalına ev sahibliyi edəcək

Tarix:2-03-2018, 17:19

Bakı beşinci dəfə Beynəlxalq Muğam Festivalına ev sahibliyi edəcək


“Muğam aləmi” V Beynəlxalq Muğam Festivalında 15-dən çox ölkə iştirak edəcək.
Bakıda Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Bəstəkarlar İttifaqı və Azərbaycan Milli Konservatoriyası tərəfindən
martın 7-dən 14-dək “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı keçiriləcək. Festivalın bədii rəhbəri Xalq Artisti, UNESCO-nun “Sülh artisti”, Bəstəkarlar İttifaqının
sədri, professor Firəngiz Əlizadədir.

Mədəniyyət və Turizm Nazirliyindən festival çərçivəsində Bakı və Gəncə şəhərlərində Azərbaycan və xarici musiqiçilərin iştirakı ilə konsertlər təşkil olunacaq, beynəlxalq
elmi simpozium və muğam müsabiqəsinin keçirilməsi nəzərdə tutulub.

Tədbirlərdə iştirak etmək üçün Türkiyə, Moldova, Polşa, İran, İraq, Özbəkistan, İordaniya, Misir, Suriya, Tacikistan, Qazaxıstan, Mərakeş, Gürcüstan, Hindistan, İsrail
və digər ölkələrdən musiqiçi və münsiflər heyəti dəvət olunub.

Festivalın açılış mərasimi martın 7-də Heydər Əliyev Sarayında reallaşacaq. Tədbirdə tanınmış kollektivlər - Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri
(dirijor Fəxrəddin Kərimov), Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər Gülbacı İmanova), Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının rəqs qrupu (baletmeyster
Cəmilə Bayramova), Bakı Xoreoqrafiya Akademiyasının tələbələri və solistlər - Gülyaz Məmmədova, İlkin Əhmədov, Afaq Abbasova, Anton Fernştat, Sahib Paşazadə,
Toğrul Əsədullayev və başqaları iştirak edəcəklər.

Azərbaycan Milli Elmlər Akademiyasında martın 7-10-da “Muğam ənənəsi elm və incəsənət qovşağında” mövzusunda beynəlxalq simpozium keçiriləcək. Simpoziumda
Fransa, Kanada, Hollandiya, Türkiyə, İran, Macarıstan, Özbəkistan və Serbiyadan dəvət olunmuş xarici qonaqlar iştirak edəcəklər.

Azərbaycan Milli Konservatoriyasında mart 10-13-də beynəlxalq muğam müsabiqəsi təşkil olunacaq. Müsabiqə iştirakçılarını Azərbaycandan münsiflər heyətinin sədri,
Xalq Artisti, professor Siyavuş Kərimi, Polşadan Piotr Pucylo, Türkiyədən Mehmet Bitmez, İrandan Fərhad Fəxrəddini və Tacikistandan Abduvali Abduraşidov kimi
musiqi mədəniyyətinin görkəmli nümayəndələri qiymətləndirəcəklər. Müsabiqə instrumental və vokal bölmələri üzrə aparılacaq. Konservatoriyada, həmçinin musiqi
gecələrinin keçirilməsi də nəzərdə tutulub. Konsertlərdə “Qarabağ” muğam qrupu və “Qaytağı” instrumental ansamblı görkəmli sənətçi və tanınmış musiqiçilər -
Mənsum İbrahimov, Ənvər Sadıqov, Elçin Həşimov, Elnur Əhmədov, Təyyar Bayramov, Aytən Məhərrəmova, Kamran Kərimov, İdris Hüseynov və Kamran Novruzov ilə
birgə çıxış edəcəklər.

Beynəlxalq Muğam Mərkəzində keçiriləcək konsertlərdə “Rast”, “Şur”, “Segah”, “Çahargah”, “Bayatı-şiraz”, “Şüştər” və “Hümayun” muğamları istedadlı ifaçılar - Elnur
Zeynalov, Qoçaq Əsgərov, Arzu Əliyeva, Babək Niftəliyev, Nisbət Sədrayeva, Məmməd Nəcəfov, Abgül Mirzəliyev və başqaları tərəfindən tamaşaçılara təqdim olunacaq.

Festival günlərində Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik, Dövlət Xalq Çalğı Alətləri, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrlərinin, eləcə
də Azərbaycan Dövlət Rəqs Ansamblının, Dövlət Xor Kapellasının, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının, “Cəngi” etno-caz qrupunun çıxışları da nəzərdə
tutulub.
Martın 12-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Firəngiz Əlizadənin “Nəsimiyə ithaf” vokal-xoreoqrafik tamaşası təqdim olunacaq. Tamaşa ilk dəfə
2017-ci il mayın 18-də Fransada, UNESCO-nun mənzil-qərargahında, Azərbaycan şairi Nəsiminin edamının 600 illiyinə həsr edilmiş tədbirdə nümayiş edilib.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Üzeyir Hacıbəylinin “Koroğlu” operası, Qara Qarayevin “Yeddi gözəl” baleti, Müslüm Maqomayevin
“Şah İsmayıl” operası, Dövlət Musiqili Teatrında “O olmasın, bu olsun” musiqili komediyası, Marionet Teatrında Üzeyir Hacıbəylinin eyniadlı əsəri əsasında “Leyli və
Məcnun” marionet tamaşası festival günlərində qonaqlar üçün təqdim olunacaq.

Gəncə şəhərində martın 8-13-də Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası kollektivlərinin iştirakı ilə silsilə konsertlər keçiriləcək.

Festivalın təntənəli bağlanış mərasimi isə martın 14-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında təşkil olunacaq. Gecədə Ağaverdi Paşayevin bədii rəhbərliyi ilə
Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri, Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və muğam müsabiqəsi qalibləri çıxış edəcəklər.
Bakı beşinci dəfə Beynəlxalq Muğam Festivalına ev sahibliyi edəcək

Zəngilanı Naxçıvan və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti nailiyyəti olacaqdır
Zəngilanı Naxçıvan və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti nailiyyəti olacaqdır
Zəfər missiyamız Füzuli rayonundan başlanıb
Zəfər missiyamız Füzuli rayonundan başlanıb
Xankəndi şəhərində qaldırılan üçrəngli bayrağımız əbədi dalğalanacaq
Xankəndi şəhərində qaldırılan üçrəngli bayrağımız əbədi dalğalanacaq
Azərbaycana qarşı olan sanksiyalar ikili standartlardan xəbər verir
Azərbaycana qarşı olan sanksiyalar ikili standartlardan xəbər verir
Azərbaycan öz təhlükəsizliyini,gələcək inkişafını təmin edib və edəcək
Azərbaycan öz təhlükəsizliyini,gələcək  inkişafını təmin edib və edəcək
Cəbrayıllılar doğma yurdlarına qayıdırlar
Cəbrayıllılar doğma yurdlarına qayıdırlar
Ümummilli Lider Heydər Əliyev Azərbaycanda yeni inkişaf dövrünün əsasını qoymuşdur
Ümummilli Lider Heydər Əliyev Azərbaycanda yeni inkişaf dövrünün əsasını qoymuşdur
Aşıq sənətinə dövlət qayğısının bariz nümunəsi
Aşıq sənətinə dövlət qayğısının bariz nümunəsi
Azərbaycan həm güclü iqtisadiyyata, həm də güclü siyasətə malik bir dövlətdir
Azərbaycan həm güclü iqtisadiyyata, həm də güclü siyasətə malik bir dövlətdir
Bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu
Bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu
Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir
Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir
Qarabağ Universitetinin yaradılması tarixi hadisədir
Qarabağ Universitetinin yaradılması tarixi hadisədir
Azərbaycan bir gün ərzində öz suverenliyini bərpa etdi
Azərbaycan bir gün ərzində öz suverenliyini bərpa etdi
Erkən nikahların və qohum evliliklərinin qarşısı belə alınacaq
Erkən nikahların və qohum evliliklərinin qarşısı belə alınacaq
İtaliyada Avropanın Azərbaycana qarşı ikili standartına vurulan ölümcül zərbə...
İtaliyada Avropanın Azərbaycana qarşı ikili standartına vurulan ölümcül zərbə...
Heydər Əliyev Naxçıvanda Azərbaycanın müstəqilliyinin təməlini qoydu
Heydər Əliyev Naxçıvanda Azərbaycanın müstəqilliyinin təməlini qoydu
Qardaş Özbəkistanla yolumuz, amalımız birdir
Qardaş Özbəkistanla yolumuz, amalımız birdir
Laçın rayonu cənnətə çevrilir
Laçın rayonu cənnətə çevrilir
Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır
Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır