Prezident Könül Xasıyeva ilə bağlı sərəncam imzaladı. Prezident İlham Əliyev Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə Könül Kazım qızı Xasıyevaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi ilə bağlı sərəncam imzalayıb. Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.