Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Belarus televiziyası Azərbaycan mətbəxi haqqında veriliş hazırlayıb

Tarix:9-04-2018, 16:09

Belarus televiziyası Azərbaycan mətbəxi haqqında veriliş hazırlayıb

Belarus Azərbaycan İcmaları Konqresinin təşəbbüsü ilə Belarusun Milli Dövlət Teleradio Kompaniyasının (Belteleradiokompaniya) yüksəkreytinqli verilişlərindən biri olan “Kulinariya diplomatiyası”nın növbəti buraxılışı Azərbaycan mətbəxinə həsr olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, proqramda Belarus Azərbaycan İcmaları Konqresinin İdarə Heyətinin üzvü Gülnarə İmanova və təşkilatın fəal üzvlərindən biri Olesya Kosokina Azərbaycanın zəngin milli mətbəxi haqqında Belarus tamaşaçılarına məlumat veriblər. Bildirilib ki, 2000-ə yaxın xörək növü olan Azərbaycan milli mətbəxi dünyanın ən qədim, zəngin və dadlı mətbəxlərindən biridir. Azərbaycan ərazisində olan doqquz iqlim qurşağının, flora və faunasının zənginliyinin, eyni zamanda mətbəxin də rəngarəngliyinə təsir etdiyi diqqətə çatdırılıb. Azərbaycan kulinariyasının öz tarixinə və özünəməxsusluğuna görə digər qonşu xalqların mətbəxindən xeyli fərqləndiyi vurğulanıb, dolma, plov, piti və digər Azərbaycan xörəkləri haqqında geniş danışılıb.

Verilişdə, eyni zamanda Belarus Azərbaycan İcmaları Konqresinin Azərbaycan mədəniyyətinin tərkib hissəsi kimi milli mətbəxin təbliğinə xüsusi önəm verdiyi vurğulanıb. Bu məqsədlə təşkilat vaxtaşırı beynəlxalq kulinariya festivallarında Azərbaycanın təmsilçiliyini dəstəkləyir, Azərbaycan milli mətbəxinə həsr olunmuş verilişlərin yayımını təşkil edir və digər fəaliyyətlər həyata keçirir.

Zəngilanı Naxçıvan və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti nailiyyəti olacaqdır

Zəfər missiyamız Füzuli rayonundan başlanıb

Xankəndi şəhərində qaldırılan üçrəngli bayrağımız əbədi dalğalanacaq

Azərbaycana qarşı olan sanksiyalar ikili standartlardan xəbər verir

Azərbaycan öz təhlükəsizliyini,gələcək inkişafını təmin edib və edəcək

Cəbrayıllılar doğma yurdlarına qayıdırlar

Ümummilli Lider Heydər Əliyev Azərbaycanda yeni inkişaf dövrünün əsasını qoymuşdur

Aşıq sənətinə dövlət qayğısının bariz nümunəsi

Azərbaycan həm güclü iqtisadiyyata, həm də güclü siyasətə malik bir dövlətdir

Bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu

Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir

Qarabağ Universitetinin yaradılması tarixi hadisədir

Azərbaycan bir gün ərzində öz suverenliyini bərpa etdi

Erkən nikahların və qohum evliliklərinin qarşısı belə alınacaq

İtaliyada Avropanın Azərbaycana qarşı ikili standartına vurulan ölümcül zərbə...

Heydər Əliyev Naxçıvanda Azərbaycanın müstəqilliyinin təməlini qoydu

Qardaş Özbəkistanla yolumuz, amalımız birdir

Laçın rayonu cənnətə çevrilir
Laçın rayonu cənnətə çevrilir
Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır