Bu gün Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlının 60 illik yubileyi qeyd edilib. Xırdalanda yerləşən Mədəniyyət Evində abşeronlularla görüşə gələn Ş.Əlizamanlının həyat və yaradıcılığına toxunulub. Tədbirdə Abşeron RİH başçısının müavini Fuad Cəbrayılov, millət vəkilləri, zabitlər, Qarabağ qaziləri, KİV nümayəndələri və rayon ictimaiyyəti iştirak edib.
Əvvəlcə Ş.Əlizamanlının həyat və yaradıcılığından bəhs edən “Dövrün səsi” filmi nümayiş olunub.
Daha sonra şıxış edənlər yubiley haqda xoş xatirələrini bölüşüb, onun fəaliyyətini yüksək qiymətləndiriblər.
Sonda Ş.Əlizamanlı bir neçə mahnı ifa edib.