Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbində Yel çərşənbəsi ilə əlaqədar tədbir keçirilib. Tədbirdə şagirdlər "Novruz” atributları haqqında məlumatlar verib, bayatılar, haqıştalar söyləyiblər.
Bayram tədbirində nağaraçalanlar və aşıqlar ansamblının çıxışı, xalq çalğı alətləri ansamblının ifasında musiqi nömrələri və xanəndələrin çıxışı dinləyicilər tərəfindən maraqla qarşılanıb.
Sonda məktəbin direktoru İkram Manafov müəllim və şagird kollektivini təbrik edərək xoş arzularını çatdırıb.
Şamo Əliyev