Martın 6-da Xəzər dənizində 3,2 bal gücündə zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən yeraltı təkanlar yerli vaxtla saat 12:16:15-də qeydə alınıb.
Ocağı 57 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.