Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Ərdoğanın Putinə etirazı

Tarix:2-12-2014, 05:10

 

 

 

Rusiya prezidenti Vladimir Putin Ankara səfəri çərçivəsində türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Suriya problemini müzakirə ediblər.

Hər iki ölkə liderinin keçirdiyi birgə mətbuat konfransında Suriya ilə bağlı sualları cavablandıran prezidentlər aralarında Bəşər Əsəd məsələsində fikir ayrılıqlarının olduğunu bir daha nümayiş etdiriblər.

Putin bildirib ki, Suriyada sülhün və təhlükəsizliyin təmin olunması üçün Türkiyə ilə Rusiya əməkdaşlıq edəcək: "Məsələ budur ki, Suriyada yaşayan bütün insanlar necə özünü etibarda hiss edə bilər və rəhbərlik mövzusunda da necə bərabər hüquqlar əldə edə bilərlər? Bu mövzuda əməkdaşlıq etməliyik və bir-birimizi təmin edən qərarlar verməliyik. Bu qərarlar əvvəlcə Suriya xalqı və bütün siyasi gücləri üçün uyğun olmalıdır. Bunun üçün də biz bu prosesin bütün tərəfləri ilə təmas vəziyyətində olacağıq. O cümlədən də Türkiyədəki dostlarımızla da təmaslarımız davam edəcək.

Bəzi texniki problemlərimiz var. Suriya rəhbərliyi ilə müəyyən səbəblərdən əlaqələrimiz məhduddur. Oradakı proseslərə birbaşa təsir edə bilmirik”.

Ərdoğan isə Bəşər Əsəd rejimini terrorçu adlandırıb və Suriyada yaşananların birbaşa Əsəd rejimi tərəfindən qaynaqlandığını deyib. Onun sözlərinə görə, Suriyada Bəşər Əsəd rejimi getməlidir və xalqı azad seçkilərə hazırlamaq üçün bir platforma hazırlanmalıdır.

Putinin Əsədin son prezident seçkisində yüksək səs almasına diqqəti yönəldərək əhalinin rəsmi Dəməşq hakimiyyətini dəstəklədiyini bildirməsinə cavab olaraq Ərdoğan deyib ki, bütün çevriliş edənlər və bu tip rejimlər seçkilərdə 90 və ya 95 fazi səs toplayırlar: "Biz bunu Türkiyədə baş verən çevrilişlərdə də görmüşük. Eyni zamanda Misirdə və Suriyada da gördük. Məsələ budur ki, bu seçkilərdə xalqın azad seçim imkanları olmur”.

Dünya Birliyinin Suriya məsələsində tutduğu mövqeyi, daha doğrusu suriyalı qaçqınlara edilən yardımları tənqid edən Ərdoğan Türkiyənin indiyə kimi bu məqsədlə 5 milyard dollar xərclədiyini bildirib: "BMT-nin bizə etdiyi yardımlar 200 milyon dollardır. Suriyada baş verənlərinin ağrısını bizim ölkə də çəkir…”.


 

 


 

 

Zəngilanı Naxçıvan və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti nailiyyəti olacaqdır
Zəngilanı Naxçıvan və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti nailiyyəti olacaqdır
Zəfər missiyamız Füzuli rayonundan başlanıb
Zəfər missiyamız Füzuli rayonundan başlanıb
Xankəndi şəhərində qaldırılan üçrəngli bayrağımız əbədi dalğalanacaq
Xankəndi şəhərində qaldırılan üçrəngli bayrağımız əbədi dalğalanacaq
Azərbaycana qarşı olan sanksiyalar ikili standartlardan xəbər verir
Azərbaycana qarşı olan sanksiyalar ikili standartlardan xəbər verir
Azərbaycan öz təhlükəsizliyini,gələcək inkişafını təmin edib və edəcək
Azərbaycan öz təhlükəsizliyini,gələcək  inkişafını təmin edib və edəcək
Cəbrayıllılar doğma yurdlarına qayıdırlar
Cəbrayıllılar doğma yurdlarına qayıdırlar
Ümummilli Lider Heydər Əliyev Azərbaycanda yeni inkişaf dövrünün əsasını qoymuşdur
Ümummilli Lider Heydər Əliyev Azərbaycanda yeni inkişaf dövrünün əsasını qoymuşdur
Aşıq sənətinə dövlət qayğısının bariz nümunəsi
Aşıq sənətinə dövlət qayğısının bariz nümunəsi
Azərbaycan həm güclü iqtisadiyyata, həm də güclü siyasətə malik bir dövlətdir
Azərbaycan həm güclü iqtisadiyyata, həm də güclü siyasətə malik bir dövlətdir
Bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu
Bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu
Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir
Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir
Qarabağ Universitetinin yaradılması tarixi hadisədir
Qarabağ Universitetinin yaradılması tarixi hadisədir
Azərbaycan bir gün ərzində öz suverenliyini bərpa etdi
Azərbaycan bir gün ərzində öz suverenliyini bərpa etdi
Erkən nikahların və qohum evliliklərinin qarşısı belə alınacaq
Erkən nikahların və qohum evliliklərinin qarşısı belə alınacaq
İtaliyada Avropanın Azərbaycana qarşı ikili standartına vurulan ölümcül zərbə...
İtaliyada Avropanın Azərbaycana qarşı ikili standartına vurulan ölümcül zərbə...
Heydər Əliyev Naxçıvanda Azərbaycanın müstəqilliyinin təməlini qoydu
Heydər Əliyev Naxçıvanda Azərbaycanın müstəqilliyinin təməlini qoydu
Qardaş Özbəkistanla yolumuz, amalımız birdir
Qardaş Özbəkistanla yolumuz, amalımız birdir
Laçın rayonu cənnətə çevrilir
Laçın rayonu cənnətə çevrilir
Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır
Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır