Absheron Media
Haqqımızda Bizimlə əlaqə

"Təxribat törətmək nəyə lazım idi?" - İlham Əliyev

Tarix:2-12-2014, 06:11

"Təxribat törətmək nəyə lazım idi?" - İlham Əliyev
"Təəssüf ki, biz Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlarda uğurdan danışa bilmirik. Səbəb olduqca sadədir, Ermənistan sülh istəmir. Onlar mövcud vəziyyətin saxlanmasını, necə var elə də qalmasını istəyirlər”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu "Rossiya24" kanalına müsahibəsində Azərbaycan prezidenti İlham Əliyev bildirib.

Prezident bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədr olduğu ölkələrin prezidentləri dəfələrlə status-kovonun qəbul edilməz olduğunu bəyan ediblər: "Status-kovo dəyişilməlidir. Status-kvonun dəyişilməsi Azərbaycanın torpaqlarının işğaldan azad edilməsi deməkdir, hansı ki, bu, nizamlanma prosesinin əsas şərtidir".

Azərbaycan prezidenti münaqişənin postsovet məkanında olan digər münaqişələrdən fərqli olduğunu söyləyib: "Bu fərq ondan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı BMT-nin qətnaməsi mövcuddur. Bir deyil, 4 qətnamə var. Hansı ki, bu qətnamələrdə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından dərhal və şərtsiz çıxmasının tələb edildiyi yazılıb. Lakin bu qətnamələrə 20 ildən çoxdur ki, əməl olunmur. Təəssüflər olsun ki, bu qətnamələrin həyata keçirilməsini təmin edən mexanizm də yoxdur. Ermənistan sadəcə olaraq bunu rədd edir. Bu qətnamələr münaqişənin nizamlanmasının əsasını təşkil etməlidir. Ona görə ki, başqa cür ola bilməz".

İlham Əliyevi bu il danışıqlar prosesində keçən illərlə müqayisədə daha da intensivlik müşahidə olunduğunu söyləyib: "Həmsədr ölkələr, prezidentlər səviyyəsində danışıqlar prosesində aktiv iştirak ediblər. İndiyənə kimi heç vaxt belə olmamışdı. Avqust ayında Vladimir Putinlə birlikdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirildi. Sentyabr ayında ABŞ dövlət katibi Con Kerri bizimlə analoji görüş keçirdi. Oktyabrın sonunda isə Fransa prezidenti Fransua Olland Azərbaycan və Ermənistan prezidentlərini Parisə dəvət elədi və bizimlə ikitərəfli və üçtərəfli müzakirə aparıldı. Münaqişənin nizamlanması ilə bağlı danışqlar prosesində mövzulardan biri də inam mühitinin möhkəmləndirilməsinə aid idi, hansı ki, qoşunların təmas xəttində itkilər azalsın və tərəflər bir-birinə daha çox inansınlar. Həm Azərbaycan, həm də Ermənistan tərəfi Parisdə keçirilən görüşü müsbət qiymətləndirdilər. Düz iki həftə sonra isə Ermənistan Azərbaycanın işğal altında olan ərazilərində hərbi təlimlər keçirməyə başladı. Hansı ki, bu təlimləri Ermənistanda deyil, hətta Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisində də deyil, məhz Azərbaycanın Ağdam rayonunun ərazisində, qoşunların təmas xəttində keçirdilər. Həmin təlimlərdə 47 mindən artıq hərbçi və mindən çox hərbi texnika itirak edib. Soruşuram, Parisdə keçirilən müsbət görüşlərdən sonra təxribat törətmək nəyə lazım idi?"

Azərbaycan prezidenti beynəlxalq təşkilatların fəaliyyətindən də danışıb: "Bu gün dünyada baş verənlər beynəlxalq institutların öhdələrinə düşən vəzifələri yerinə yetirməyi bacarmadıqlarını və onlara olan ümidləri doğrultmadıqlarını nümayiş etdirir. Bu bizimlə bağlı olan vəziyyətə də aiddir. 20 ildir ki, ATƏT Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik edir. Bundan başqa, məsələ BMT-nin kompitensiyasına aiddir. Prinsipcə, dünyada beynəlxalq institutların deformasiyası gedir. Bu çox təhlükəli və narahatedici vəziyyətdir. Hesab edirəm ki, dünyanın aparıcı ölkələri bu barədə öz sözlərini aydın bildirməlidirlər. Özü də tək bəyanatlarla deyil, qəbul edilən qərarlara hörmət edərək də”.


Zəngilanı Naxçıvan və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti nailiyyəti olacaqdır
Zəngilanı Naxçıvan və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti nailiyyəti olacaqdır
Zəfər missiyamız Füzuli rayonundan başlanıb
Zəfər missiyamız Füzuli rayonundan başlanıb
Xankəndi şəhərində qaldırılan üçrəngli bayrağımız əbədi dalğalanacaq
Xankəndi şəhərində qaldırılan üçrəngli bayrağımız əbədi dalğalanacaq
Azərbaycana qarşı olan sanksiyalar ikili standartlardan xəbər verir
Azərbaycana qarşı olan sanksiyalar ikili standartlardan xəbər verir
Azərbaycan öz təhlükəsizliyini,gələcək inkişafını təmin edib və edəcək
Azərbaycan öz təhlükəsizliyini,gələcək  inkişafını təmin edib və edəcək
Cəbrayıllılar doğma yurdlarına qayıdırlar
Cəbrayıllılar doğma yurdlarına qayıdırlar
Ümummilli Lider Heydər Əliyev Azərbaycanda yeni inkişaf dövrünün əsasını qoymuşdur
Ümummilli Lider Heydər Əliyev Azərbaycanda yeni inkişaf dövrünün əsasını qoymuşdur
Aşıq sənətinə dövlət qayğısının bariz nümunəsi
Aşıq sənətinə dövlət qayğısının bariz nümunəsi
Azərbaycan həm güclü iqtisadiyyata, həm də güclü siyasətə malik bir dövlətdir
Azərbaycan həm güclü iqtisadiyyata, həm də güclü siyasətə malik bir dövlətdir
Bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu
Bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu
Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir
Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir
Qarabağ Universitetinin yaradılması tarixi hadisədir
Qarabağ Universitetinin yaradılması tarixi hadisədir
Azərbaycan bir gün ərzində öz suverenliyini bərpa etdi
Azərbaycan bir gün ərzində öz suverenliyini bərpa etdi
Erkən nikahların və qohum evliliklərinin qarşısı belə alınacaq
Erkən nikahların və qohum evliliklərinin qarşısı belə alınacaq
İtaliyada Avropanın Azərbaycana qarşı ikili standartına vurulan ölümcül zərbə...
İtaliyada Avropanın Azərbaycana qarşı ikili standartına vurulan ölümcül zərbə...
Heydər Əliyev Naxçıvanda Azərbaycanın müstəqilliyinin təməlini qoydu
Heydər Əliyev Naxçıvanda Azərbaycanın müstəqilliyinin təməlini qoydu
Qardaş Özbəkistanla yolumuz, amalımız birdir
Qardaş Özbəkistanla yolumuz, amalımız birdir
Laçın rayonu cənnətə çevrilir
Laçın rayonu cənnətə çevrilir
Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır
Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır