Absheron Media
Haqqımızda Bizimlə əlaqə

YAP Abşeron rayon təşkilatında görüş

Tarix:9-06-2022, 10:24

YAP Abşeron rayon təşkilatında görüş

Bu gün Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatında ərazi partiya təşkilatları ilə görüş keçirilib.

Görüşdə YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, BMU-nun Tərbiyə işləri üzrə prorektoru, ərazi partiya təşkilatının sədri Bayram Hüseynzadə, Abşeron rayon İcra Hakimiyyətinin şöbə müdiri,ərazi partiya təşkilatının sədri İlkin Əsədov iştirak edib.

Əvvəlcə görüş iştirakçıları Yeni Azərbaycan Partiyasının yaradıcısı Ümumilli lider Heydər Əliyevin və 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad etdilər.

Çıxış edən YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev Azərbaycan dövlətçiliyinin inkişafında partiyanın xidmətlərindən,YAP-ın VII Qurultayından sonra partiyanın yeni Proqram və Nizamnaməsi tələblərinə uyğun olaraq yerli və ərazi partiya təşkilatlarının qarşısına qoyulan vəzifələrdən və bu vəzifələrin həyata keçirilməsində hər bir partiya üzvünün məsuliyyətinin artırılmasının vacibliyindən danışmışdır. Son illərdə partiyada aparılan struktur dəyişikliklərini nəzərə çatdıran Abbas Əliyev hər bir partiya üzvünü, eyni zamanda partiya Nizamnaməsi tələblərinə uyğun olaraq üzvlük haqlarının vaxtlı-vaxtında ödənilməsinə ciddi fikir verilməsinin ərazi partiya təşkilatlarının əsas vəzifələrindən biri olduğunu qeyd etmişdir.

Daha sonra rayon təşkilatının sədri ərazi partiya təşkilatlarının üzərinə düşən vəzifələrdən, onların fəaliyyətindən bəhs edib.Ərazi partiya təşkilatlarının tərkibi, uçot-dəqiqləşdirmə, təbliğat-təşviqat işlərinin aparılması və s. istiqamətində işlərin bundan sonra da uğurla və səmərəli şəkildə davam etdirilməsini tövsiyyə edib.

Abbas Əliyev bildirib ki, hər bir partiya üzvü partiyamızın yürütdüyü siyasət, ölkəmizdə əldə onun nailiyyətlər, Möhtərəm Prezident cənab İlham Əliyevin Fərman və Sərəncamlarının, nitqlərinin əhali arasında geniş təbliğ olunmasında insanlarımızın baş verənlər haqda maarifləndirilməsində daha fəal olmalıdırlar.

Sonra çıxış edən, Abşeron rayon İcra Hakimiyyətinin şöbə müdiri,ərazi partiya təşkilatının sədri İlkin Əsədov qeyd edib ki, Yeni Azərbaycan Partiyası öz fəaliyyəti ilə sübuta yetirib ki, o, məhz yeni müstəqil Azərbaycanı qurmağa, onu zirvələrə, parlaq gələcəyə daşımağa qadir partiyadır. Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük gücə çevrilib və bundan sonra da parlaq gələcəyə doğru daha inamla irəliləyəcək.

Daha sonra çıxış edən, BMU-nun Tərbiyə işləri üzrə prorektoru, ərazi partiya təşkilatının sədri Bayram Hüseynzadə Yeni Azərbaycan Partiyasının bu gün daha böyük hədəflərlə öz fəaliyyətini genişləndirdiyini bildirərək hakim partiyanın yeni dövrün tələblərinə uyğun fəaliyyətindən danışıb və siyasi təşkilatda gedən yeniliklərin bütövlükdə cəmiyyət tərəfindən müsbət qiymətləndirildiyini ifadə edib.

Tədbir zamanı Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatı Aparatının əməkdaşları yerli təşkilatın partiya üzvlərinə təqdim olunub.

Tədbirin sonunda Abşeron rayon təşkilatının sədri Abbas Əliyev ərazi partiya təşkilatlarına tövsiyələr verərək onları görüləcək işlərdə, keçiriləcək aksiya və tədbirlərdə fəal olmağa, yeni layihələrlə çıxış etməyə çağırıb.

YAP Abşeron rayon təşkilatında görüş
YAP Abşeron rayon təşkilatında görüş
YAP Abşeron rayon təşkilatında görüş
YAP Abşeron rayon təşkilatında görüş
YAP Abşeron rayon təşkilatında görüş

Konstitusiyadan suverenliyə uzanan Azərbaycanın dövlətçilik yolu
Konstitusiyadan suverenliyə uzanan Azərbaycanın dövlətçilik yolu
Konstitusiyamız milli dövlətçilik ənənələrimizin və demokratik dəyərlərimizin təcəssümüdür
Konstitusiyamız milli dövlətçilik ənənələrimizin və demokratik dəyərlərimizin təcəssümüdür
Azərbaycan bayrağı xalqımızın birliyi və şəhidlərimizin əbədi yadigarıdır
Azərbaycan bayrağı xalqımızın birliyi və şəhidlərimizin əbədi yadigarıdır
9 Noyabr Dövlət Bayrağı Günü milli qürurumuzun və dövlətçilik iradəmizin rəmzidir
9 Noyabr Dövlət Bayrağı Günü milli qürurumuzun və dövlətçilik iradəmizin rəmzidir
Zəfərdən Böyük Qayıdışa uzanan tarixi yol
Zəfərdən Böyük Qayıdışa uzanan tarixi yol
Qələbəyə aparan yol və Böyük Qayıdış
Qələbəyə aparan yol və Böyük Qayıdış
Şuşa Zəfərdən sonra yeni inkişaf və quruculuq dövrünü yaşayır
Şuşa Zəfərdən sonra yeni inkişaf və quruculuq dövrünü yaşayır
Şuşa - Qarabağın tacı, Zəfərin zirvəsi
Şuşa - Qarabağın tacı, Zəfərin zirvəsi
Dialoqdan ədalətə və sülhə gedən Azərbaycan yolu
Dialoqdan ədalətə və sülhə gedən Azərbaycan yolu
Azərbaycan əsrlərdir Şərqlə Qərb arasında mədəniyyət körpüsü rolunu oynayır
Azərbaycan əsrlərdir Şərqlə Qərb arasında mədəniyyət körpüsü rolunu oynayır
Qubadlıya gedən Yol
Qubadlıya gedən Yol
Qubadlı Zəfərdən Böyük Qayıdışa doğru
Qubadlı Zəfərdən Böyük Qayıdışa doğru
Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa
Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa
Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası
Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası
Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir
Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir
Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda
Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda
Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası
Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası
Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır
Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır
Orta Dəhlizdə Azərbaycanın artan rolu...
Orta Dəhlizdə Azərbaycanın artan rolu...