Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Ömrünü xalqına həsr edən Dahi Lider

Tarix:11-12-2025, 14:37

Ömrünü xalqına həsr edən Dahi Lider
[center]

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 22 il keçir. Azərbaycan dövlətçiliyinin ən şanlı və taleyüklü mərhələləri Ulu Öndərin adı ilə sıx bağlıdır. Onun 1969-cu ildən başlayan və onillikləri əhatə edən siyasi fəaliyyəti ölkəmizin milli dirçəliş və inkişaf salnaməsinin əsasını təşkil edir.

Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəlişi respublikanın həyatında dönüş nöqtəsi oldu. Ölkədə genişmiqyaslı quruculuq işləri aparıldı, iqtisadiyyatın, sənayenin və mədəniyyətin inkişafında böyük nailiyyətlər əldə edildi. Ulu Öndər hələ sağlığında nadir dövlət xadimi kimi dünyada böyük nüfuz qazanmış, tarixin gedişinə təsir edən liderlər sırasında xüsusi yer tutmuşdur. 1970–1980-ci illər Azərbaycan tarixində milli şüurun formalaşması, müstəqil dövlət ideyasının güclənməsi üçün möhkəm təməl yaratdı.

Dövlətçilik maraqlarını hər şeydən uca tutan Heydər Əliyev həm sovet dövründə, həm də müstəqillik illərində Azərbaycan üçün misilsiz xidmətlər göstərib. SSRİ rəhbərliyində tutduğu yüksək vəzifələr ona ölkəmiz üçün mühüm qərarların qəbul edilməsinə şərait yaratmışdı. Onun yorulmaz fəaliyyəti, prinsipiallığı, fitri təşkilatçılıq qabiliyyəti nüfuzunu artırdıqca, müəyyən dairələrdə qısqanclıq və təzyiqlər də güclənirdi. Xüsusilə Mixail Qorbaçovun ermənipərəst siyasəti nəticəsində Heydər Əliyevə qarşı çirkin kampaniyalar genişləndirildi, bu isə sonrakı illərdə Azərbaycan üçün ağır nəticələr doğurdu.

Heydər Əliyevin rəhbərlikdən uzaqlaşdırılmasından sonra erməni separatizmi baş qaldırdı, ölkə xaosa sürükləndi, 1990-cı ilin Qara Yanvar faciəsi baş verdi. O dövrün ictimai-siyasi vəziyyəti bir daha göstərdi ki, əgər Ulu Öndər hakimiyyətdə qalsaydı, nə Qarabağ problemi belə dərinləşərdi, nə də ölkə faciələrlə üz-üzə qalardı.

1990-cı illərin əvvəllərində ölkənin ağır durumuna biganə qalmayan Heydər Əliyev Vətənə qayıtdı və o vaxt Bakıya girişinə maneə yaradıldığı üçün Naxçıvana üz tutdu. Onun Naxçıvana rəhbərliyi nəticəsində muxtar respublika erməni təcavüzündən qorundu, üçrəngli Azərbaycan Bayrağı ilk dəfə orada ucaldıldı, Yeni Azərbaycan Partiyası isə məhz həmin dövrdə yaradıldı. Bu qərarlar Azərbaycanın gələcək taleyinə həlledici təsir göstərdi.

1993-cü ildə ölkədə vəziyyət kritik həddə çatanda xalqın təkidli tələbi ilə Heydər Əliyev Bakıya dəvət edildi. O, böyük siyasi məsuliyyəti öz üzərinə götürərək ölkəni vətəndaş müharibəsi təhlükəsindən xilas etdi. Ulu Öndərin rəhbərliyi ilə Azərbaycanda ictimai-siyasi sabitlik bərpa olundu, iqtisadiyyatın inkişafına, modern dövlət quruculuğuna əsas yaradıldı. Eyni zamanda nizami ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı. Heydər Əliyevin cəbhə bölgələrinə səfərləri, əsgərlərlə görüşləri ordunun mənəvi ruhunu yüksəltdi və düşmənin yeni işğal planlarının qarşısını aldı.

1994-cü il sentyabrın 20-də imzalanmış və sonradan “Əsrin müqaviləsi” kimi tarixə düşmüş neft kontraktları Azərbaycanın taleyini dəyişən strateji qərarlardan biri oldu. Ulu Öndər dünyanın ən böyük enerji şirkətlərini Azərbaycana investisiya qoymağa inandıra bildi və bunun nəticəsində ölkəmiz qlobal enerji xəritəsində mühüm mərkəzə çevrildi. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kəmərləri, Bakı-Tbilisi-Qars dəmiryolu, Cənub Qaz Dəhlizi kimi nəhəng layihələr Azərbaycanın beynəlxalq nüfuzunu artırdı və ölkəni regionun aparıcı aktoruna çevirdi.

Heydər Əliyevin ideyaları bu gün də Azərbaycanın inkişaf yolunu müəyyən edir. Prezident İlham Əliyev Ulu Öndərin siyasi xəttini müasir dövrün çağırışlarına uyğun şəkildə davam etdirir və Azərbaycanı yeni yüksəliş mərhələsinə aparır. Xalqın öz Liderinə güclü inamı və dəstəyi 44 günlük Vətən müharibəsində, habelə lokal antiterror tədbirləri nəticəsində əldə olunan tarixi Qələbədə öz qabarıq ifadəsini tapdı. Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmənin 30 il işğalda saxladığı torpaqları 44 günə azad etdi və ölkənin ərazi bütövlüyünü tam bərpa etdi.

Bu gün Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, “ağıllı şəhər” və “ağıllı kənd” konseptləri əsasında yeni yaşayış məntəqələri salınır, yüzlərlə ailə doğma yurduna qayıdır. Azad edilmiş ərazilərdə infrastrukturun bərpası, mədəniyyət, təhsil və sosial layihələrin həyata keçirilməsi Böyük Qayıdışın yeni mərhələsindən xəbər verir. Şuşa, Xankəndi, Xocalı və digər bölgələrdə keçirilən beynəlxalq tədbirlər, Qarabağ Universitetinin yaradılması Azərbaycanın bu torpaqlara qəti və əbədi dönüşünün göstəricisidir.

Ulu Öndər Heydər Əliyevin xalqımıza miras qoyduğu müstəqil Azərbaycan dövləti bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə regionun ən güclü və nüfuzlu ölkələrindən birinə çevrilib. Azərbaycanın beynəlxalq nüfuzu artıb, dövlətimizin siyasi, iqtisadi və hərbi gücü daha da möhkəmlənib. Bu gün Qarabağda üçrəngli Bayrağımızın dalğalanması Heydər Əliyev ideyalarının təntənəsi, müstəqil Azərbaycan dövlətinin sarsılmazlığının rəmzidir.

Faiq Xosrovlu
Mehdiabad qəsəbə 5 nömrəli tam orta ümumtəhsil məktəbinin dirketoru

Yeni dünya reallıqları və Azərbaycanın strateji mövqeyi
Yeni dünya reallıqları və Azərbaycanın strateji mövqeyi
Davosdan verilən mesajlar Azərbaycanın strateji xəttini ortaya qoydu
Davosdan verilən mesajlar Azərbaycanın strateji xəttini ortaya qoydu
20 Yanvar faciəsi - öz şəhadətləri ilə xalqına azadlıq, müstəqillik gətirən şəhidlərimiz mübarizliyin, zülmə etirazın sinvoluna çevrildilər...
20 Yanvar faciəsi - öz şəhadətləri ilə xalqına azadlıq, müstəqillik gətirən şəhidlərimiz mübarizliyin, zülmə etirazın sinvoluna çevrildilər...
Yeni Dövlət Proqramı Xırdalanın su təhlükəsizliyini strateji səviyyədə təmin edəcək
Yeni Dövlət Proqramı Xırdalanın su təhlükəsizliyini strateji səviyyədə təmin edəcək
Bu layihə bizə imkan verəcək ki, ...
Bu layihə bizə imkan verəcək ki, ...
Abşeron Ağsaqqalları dövlətçilik və vətənpərvərlik dəyərlərinin təbliğini davam etdirir
Abşeron Ağsaqqalları dövlətçilik və vətənpərvərlik dəyərlərinin təbliğini davam etdirir
Azərbaycana qoyulan sərmayə mənfəət gətirəcək...
Azərbaycana qoyulan sərmayə mənfəət gətirəcək...
Sülh, inkişaf və güc balansı Prezidentin geniş müsahibəsində
Sülh, inkişaf və güc balansı Prezidentin geniş müsahibəsində
Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı müəyyən etdiyi siyasi-strateji hədəf artıq real nəticələrlə müşayiət olunur
Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı müəyyən etdiyi siyasi-strateji hədəf artıq real nəticələrlə müşayiət olunur
Milli həmrəylik Azərbaycan xalqının ən böyük gücüdür
Milli həmrəylik Azərbaycan xalqının ən böyük gücüdür
Qalib xalqın qalib idmançıları
Qalib xalqın qalib idmançıları
Azərbaycan şəhərləri yeni inkişaf mərhələsinə qədəm qoyur
Azərbaycan şəhərləri yeni inkişaf mərhələsinə qədəm qoyur
İlham Əliyevin liderliyi ilə Azərbaycanın yeni dövrü
İlham Əliyevin liderliyi ilə Azərbaycanın yeni dövrü
“Konstitusiya və Suverenlik ili”ndə Dövlət Başçısından humanist addım
“Konstitusiya və Suverenlik ili”ndə Dövlət Başçısından humanist addım
Ulu Öndər Heydər Əliyev və müasir Azərbaycanın formalaşması
Ulu Öndər Heydər Əliyev və müasir Azərbaycanın formalaşması
12 dekabr – Ulu Öndər Heydər Əliyevin anım günü: Azərbaycan xalqının dərin ehtiramını ifadə edən gün
12 dekabr – Ulu Öndər Heydər Əliyevin anım günü: Azərbaycan xalqının dərin ehtiramını ifadə edən gün
Heydər Əliyev Azərbaycanın xilaskarıdır
Heydər Əliyev Azərbaycanın xilaskarıdır
Ömrünü xalqına həsr edən Dahi Lider
Ömrünü xalqına həsr edən Dahi Lider
Azərbaycan-Slovakiya strateji tərəfdaşlığı uğurla inkişaf edir
Azərbaycan-Slovakiya strateji tərəfdaşlığı uğurla inkişaf edir