Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Heydər Əliyev Azərbaycanın xilaskarıdır

Tarix:11-12-2025, 16:34

Heydər Əliyev Azərbaycanın xilaskarıdır


Bu gün Azərbaycan xalqı müasir dövlətçiliyimizin memarı, Ümummilli Lider Heydər Əliyevin vəfatının ildönümünü dərin ehtiramla yad edir. Ölkənin ən yeni tarixində əldə olunmuş fundamental nailiyyətlər, dayanıqlı inkişafın təməlləri və müstəqilliyin möhkəmləndirilməsi onun adı ilə sıx bağlıdır. Heydər Əliyev xalqın yaddaşında təkcə böyük siyasi lider deyil, həm də müasir Azərbaycanın qurucusu kimi yaşayır.

1969-cu ildə Azərbaycan rəhbərliyinə gəlişi ilə ölkənin ictimai-siyasi və iqtisadi həyatında dönüş yaradan Heydər Əliyev qısa müddətdə iqtisadi geriliyin qarşısını aldı, idarəetməni gücləndirdi və insanların öz gələcəyinə inamını artırdı. Sovet dövrünün sərt ideoloji çərçivələrinə baxmayaraq, Azərbaycanın inkişafını prioritetə çevirən Ulu Öndər respublikanı ittifaq miqyasında söz sahibi etdi. 1982-ci ildə SSRİ rəhbərliyində yüksək vəzifəyə təyin olunması isə onun dövlət idarəçiliyindəki nüfuzunu bir daha təsdiqlədi.

1990-cı illərdə Azərbaycanın müstəqillik yolu dərin sınaqlarla üzləşərkən Heydər Əliyevin Bakıya qayıdışı ölkənin taleyində həlledici mərhələ oldu. 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider ölkəni parçalanma təhlükəsindən xilas etdi, vətəndaş qarşıdurmasına son qoydu, sabitliyi bərpa etdi və sarsılmış dövlət idarəçiliyini yenidən qurdu. Onun rəhbərliyi altında hüquqi-siyasi sistem formalaşdırıldı, milli ordu yarandı və Azərbaycanın beynəlxalq aləmdə mövqeləri möhkəmləndi.

1994-cü ildə imzalanan “Əsrin Müqaviləsi” ölkənin enerji strategiyasını köklü şəkildə dəyişdi, Azərbaycanı regionun ən mühüm iqtisadi mərkəzlərindən birinə çevirdi. 1995-ci ildə yeni Konstitusiyanın qəbulu, ardıcıl islahatlar, demokratik institutların təşəkkülü və iqtisadiyyatın şaxələndirilməsi Heydər Əliyevin uzaqgörən siyasətinin mühüm nəticələri oldu. Bu dövr Azərbaycanın müstəqil və dayanıqlı dövlət kimi formalaşmasının əsas mərhələsi kimi tarixə düşdü.
Heydər Əliyevin dövlətçilik irsi yalnız bir dövrün çətinliklərinin aradan qaldırılması ilə məhdudlaşmır, həm də gələcək nəsillərə güclü dövlət mirası qoymaq missiyasını özündə ehtiva edir. Müstəqillik ideyasına sadiqlik, Azərbaycançılıq fəlsəfəsinin formalaşdırılması, milli birliyin möhkəmləndirilməsi və dövlətçilik prinsiplərinin təkmilləşdirilməsi onun siyasi xəttinin əsasını təşkil edir.

Ümummilli Liderin yaratdığı Yeni Azərbaycan Partiyası bu gün də ölkənin siyasi sistemində sabitlik və davamlılığın təmin olunmasında mühüm rol oynayır. Heydər Əliyevin 2003-cü ildə öz siyasi varisi kimi Prezident İlham Əliyevə göstərdiyi etimad, sonrakı illərin inkişaf dinamikası ilə bir daha təsdiqləndi. Son illərdə Azərbaycan əldə etdiyi uğurlarla Ulu Öndərin müəyyənləşdirdiyi inkişaf strategiyasının ardıcıl şəkildə davam etdirildiyini nümayiş etdirir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar, Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilməsi, dövlətin regional güc kimi mövqeyinin möhkəmlənməsi Heydər Əliyevin ideallarının gerçəkləşdiyini göstərir. Bu gün Azərbaycan Ulu Öndərin qurduğu sağlam təməllər üzərində daha güclü, suveren və inkişaf edən bir dövlət kimi irəliləyir.
Heydər Əliyevin irsi Azərbaycan xalqının nəsillər boyu qoruyacağı milli sərvətdir. Onun xalqa və dövlətə xidmətlə dolu mənalı ömrü bu gün də hər bir vətəndaş üçün örnəkdir və müasir Azərbaycanın inkişaf yoluna işıq salır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru

Konstitusiyadan suverenliyə uzanan Azərbaycanın dövlətçilik yolu
Konstitusiyadan suverenliyə uzanan Azərbaycanın dövlətçilik yolu
Konstitusiyamız milli dövlətçilik ənənələrimizin və demokratik dəyərlərimizin təcəssümüdür
Konstitusiyamız milli dövlətçilik ənənələrimizin və demokratik dəyərlərimizin təcəssümüdür
Azərbaycan bayrağı xalqımızın birliyi və şəhidlərimizin əbədi yadigarıdır
Azərbaycan bayrağı xalqımızın birliyi və şəhidlərimizin əbədi yadigarıdır
9 Noyabr Dövlət Bayrağı Günü milli qürurumuzun və dövlətçilik iradəmizin rəmzidir
9 Noyabr Dövlət Bayrağı Günü milli qürurumuzun və dövlətçilik iradəmizin rəmzidir
Zəfərdən Böyük Qayıdışa uzanan tarixi yol
Zəfərdən Böyük Qayıdışa uzanan tarixi yol
Qələbəyə aparan yol və Böyük Qayıdış
Qələbəyə aparan yol və Böyük Qayıdış
Şuşa Zəfərdən sonra yeni inkişaf və quruculuq dövrünü yaşayır
Şuşa Zəfərdən sonra yeni inkişaf və quruculuq dövrünü yaşayır
Şuşa - Qarabağın tacı, Zəfərin zirvəsi
Şuşa - Qarabağın tacı, Zəfərin zirvəsi
Dialoqdan ədalətə və sülhə gedən Azərbaycan yolu
Dialoqdan ədalətə və sülhə gedən Azərbaycan yolu
Azərbaycan əsrlərdir Şərqlə Qərb arasında mədəniyyət körpüsü rolunu oynayır
Azərbaycan əsrlərdir Şərqlə Qərb arasında mədəniyyət körpüsü rolunu oynayır
Qubadlıya gedən Yol
Qubadlıya gedən Yol
Qubadlı Zəfərdən Böyük Qayıdışa doğru
Qubadlı Zəfərdən Böyük Qayıdışa doğru
Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa
Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa
Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası
Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası
Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir
Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir
Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda
Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda
Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası
Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası
Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır
Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır
Orta Dəhlizdə Azərbaycanın artan rolu...
Orta Dəhlizdə Azərbaycanın artan rolu...