Absheron Media
Haqqımızda Bizimlə əlaqə

12 dekabr – Ulu Öndər Heydər Əliyevin anım günü: Azərbaycan xalqının dərin ehtiramını ifadə edən gün

Tarix:12-12-2025, 13:14

12 dekabr – Ulu Öndər Heydər Əliyevin anım günü: Azərbaycan xalqının dərin ehtiramını ifadə edən gün


Bu gün – 12 dekabr, Azərbaycan xalqı üçün sadəcə təqvim tarixi deyil, milli yaddaşın ən həssas və ehtiram dolu səhifəsidir. Xalqımız Ümummilli Lider Heydər Əliyevin anım gününü böyük el məhəbbəti, minnətdarlıq hissi və dövlətçilik təfəkkürü ilə qeyd edir. Tarixə öz adını əbədi həkk etmiş dahi şəxsiyyətin həyatı, siyasi irsi və fəaliyyəti bu gün də hər bir Azərbaycan vətəndaşı üçün qürur, güvən və nümunədir.

Dahi liderin xalqı ilə bağlılığı

Hər bir xalqın tarixi onun yetişdirdiyi böyük şəxsiyyətlərlə yadda qalır. Azərbaycan üçün bu şəxsiyyətlərin zirvəsində Heydər Əliyev dayanır. O, çətin və taleyüklü məqamlarda millətinə dayaq olmuş, xalqını arxasınca aparmış, dövlətçiliyimizin yenidən qurulması və möhkəmləndirilməsi yolunda misilsiz xidmətlər göstərmişdir.

Heydər Əliyevin Azərbaycan tarixində rolu yalnız siyasi idarəçiliklə məhdudlaşmır – onun fəaliyyəti milli oyanış, intibah, dirçəliş dövrünün təməl daşıdır. Ulu Öndərin rəhbərliyi illəri Azərbaycan üçün təhlükəsizlik, inkişaf, sabitlik və tərəqqi mərhələsi kimi yadda qalıb.

Dövlətçilik məktəbi və tarixi missiya

Ulu Öndərin dərin düşüncə tərzi, uzaqgörən qərarları, milli maraqlara əsaslanan siyasəti bu gün də dövlət idarəçiliyi üçün örnək sayılır. Onun imzaladığı mühüm fərmanlar, həyata keçirdiyi islahatlar, dövlətin müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində atdığı addımlar Azərbaycan dövlətçiliyinin əsas sütunlarını formalaşdırdı.

Heydər Əliyev milli sərhəd siyasətinin, təhlükəsizlik konsepsiyasının yaradılmasında mühüm xidmətlər göstərib. Zərgər dəqiqliyi ilə işlənmiş bu siyasət sonrakı illərdə ölkəmizin milli maraqlarının qorunmasına möhkəm zəmin hazırladı.

Siyasi xəttin davamı və Zəfərə aparan yol

Bu gün həmin siyasət Ulu Öndərin layiqli davamçısı – Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz Heydər Əliyevin yaratdığı güclü dövlət institutları, formalaşdırdığı siyasi kurs 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbənin ideoloji və strateji əsasını təşkil edib.

Prezident İlham Əliyevin müdrikliyi, qətiyyəti və sərkərdəlik məharəti sayəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, tarixdə misilsiz Zəfərə imza atdı. O, döyüş meydanında müzəffər lider, diplomatiyada böyük strateq, informasiya cəbhəsində Azərbaycanın haqq səsini dünyaya çatdıran qətiyyətli dövlət başçısı kimi çıxış etdi.

Birinci vitse-prezident Mehriban Əliyevanın humanitar sahədə gördüyü genişmiqyaslı işlər, milli-mənəvi dəyərlərin qorunması və sosial layihələrin icrasında oynadığı mühüm rol Heydər Əliyev ideyalarının bu gün də ölkənin inkişafına xidmət etdiyini təsdiqləyir.

Milli ehtiram günü

Ulu Öndər Heydər Əliyev uzunmüddətli müalicə aldığı ABŞ-ın Klivlend klinikasında 2003-cü il dekabrın 12-də dünyasını dəyişib. Həmin gündən etibarən bu tarix xalqımızın ümummilli ehtiram günü kimi qeyd olunur.

Hər il olduğu kimi, bu gün də ölkənin hər yerində anım mərasimləri keçirilir, Fəxri Xiyabana ziyarətlər təşkil olunur. Dövlət qurumları, ictimaiyyət nümayəndələri, gənclər və minlərlə vətəndaş Ulu Öndərin məzarı önünə gələrək onun xatirəsinə dərin hörmətlərini bildirirlər.

Əbədiyaşar lider

Heydər Əliyev Azərbaycan xalqının qəlbində yalnız siyasi lider kimi yox, eyni zamanda dövlətçiliyin memarı, müasir Azərbaycanın qurucusu, birlik və güc rəmzi kimi yaşayır. Onun ideyaları, prinsipləri, milli maraqları hər şeydən üstün tutan siyasi xətti bu gün də ölkəmizin inkişafına, güclənməsinə və beynəlxalq nüfuzunun artmasına xidmət edir.

Allah rəhmət eləsin! Ulu Öndərin xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq.

Afət Camalova,
Mehdiabad qəsəbə 3 nömrəli tam orta məktəbin direktoru

Suverenliyimizin tam bərpa olunduğu tarixi gün
Suverenliyimizin tam bərpa olunduğu tarixi gün
20 sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür
20 sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür
Türk dünyasında əməkdaşlığın yeni hədəfləri
Türk dünyasında əməkdaşlığın yeni hədəfləri
Prezidentdən İslam dünyasına mühüm birlik mesajı
Prezidentdən İslam dünyasına mühüm birlik mesajı
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərini erməni revanşist qüvvələr həzm edə bilmirlər
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərini erməni revanşist qüvvələr həzm edə bilmirlər
Sülhə gedən yol tarixi həqiqətdən keçir
Sülhə gedən yol tarixi həqiqətdən keçir
Azərbaycan və Özbəkistan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur
Azərbaycan və Özbəkistan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur
İşğaldan Zəfərə və Zəfərdən quruculuğa uzanan Laçın yolu
İşğaldan Zəfərə və Zəfərdən quruculuğa uzanan Laçın yolu
Qardaşlıqdan müttəfiqliyə uzanan yol
Qardaşlıqdan müttəfiqliyə uzanan yol
Prezident İlham Əliyevin Naxçıvan səfərindən mühüm mesajlar
Prezident İlham Əliyevin Naxçıvan səfərindən mühüm mesajlar
Azərbaycan–Qırğızıstan münasibətlərində yeni mərhələ başlayır
Azərbaycan–Qırğızıstan münasibətlərində yeni mərhələ başlayır
Azərbaycan dili milli irsimizin əbədi daşıyıcısıdır
Azərbaycan dili milli irsimizin əbədi daşıyıcısıdır
Qarabağ və Şərqi Zəngəzurda quruculuq salnaməsi
Qarabağ və Şərqi Zəngəzurda quruculuq salnaməsi
Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi
Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi
Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir
Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir
Milli Ordumuzun şərəfli inkişaf yolu
Milli Ordumuzun şərəfli inkişaf yolu
Azərbaycan və Türkmənistan münasibətlərində yeni inkişaf mərhələsi başlayır
Azərbaycan və Türkmənistan münasibətlərində yeni inkişaf mərhələsi başlayır
Bir imza ilə başlayan yeni strateji dövr
Bir imza ilə başlayan yeni strateji dövr
Müstəqillik tariximizin ən şanlı səhifəsi
Müstəqillik tariximizin ən şanlı səhifəsi