Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Ulu Öndər Heydər Əliyev və müasir Azərbaycanın formalaşması

Tarix:12-12-2025, 16:57

Ulu Öndər Heydər Əliyev və müasir Azərbaycanın formalaşması


Müasir dövlətçilik tariximizin taleyüklü məqamları və ən böyük uğurları dahi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan xalqının milli yaddaşında müstəsna yer tutan bu böyük şəxsiyyətin həyat və fəaliyyəti ölkəmizin müstəqilliyinin qorunması, möhkəmləndirilməsi və davamlı inkişafının təmin olunmasına xidmət edib. Heydər Əliyev bütün siyasi fəaliyyətini milli maraqların müdafiəsinə, dövlətçilik ənənələrinin yaşadılmasına, xalqın rifahının yüksəldilməsinə həsr edib və Azərbaycanın bugünkü güclü, nüfuzlu dövlətə çevrilməsinin əsasını qoyub.

Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bu gün də Azərbaycan xalqı tərəfindən dərin ehtiram və böyük minnətdarlıq hissi ilə yad edilir. Çünki o, ömrünü bütövlükdə Azərbaycan naminə yaşayan, xalqına sədaqətlə xidmət edən nadir tarixi şəxsiyyətlərdən biri olub. Dövlətimiz və xalqımız qarşısındakı misilsiz xidmətlərinə görə hər bir azərbaycanlının qəlbində Heydər Əliyev əbədiyaşar bir abidə ucaldıb. Onun zəngin siyasi irsi, əslində, müasir Azərbaycan dövlətçiliyinin canlı salnaməsidir.

Heydər Əliyevin siyasi fəaliyyəti iki fərqli tarixi mərhələni – sovet dövrünü və müstəqillik illərini əhatə etməklə Azərbaycanın milli inkişaf yolunu müəyyənləşdirib. O, hər iki dövrdə respublikaya uğurla rəhbərlik edərək iqtisadi tərəqqiyə, mədəni intibaha və siyasi yüksəlişə nail olub. Məhz bu dövrlərdə görülən ardıcıl və məqsədyönlü işlər Azərbaycanın siyasi simasını, milli kimliyini və gələcək inkişaf strategiyasını formalaşdırıb.

1969-cu il iyulun 14-də Azərbaycanda siyasi rəhbərliyə gələn Heydər Əliyev qısa müddətdə respublikanı dərin tənəzzüldən çıxararaq inkişaf yoluna yönəldib. Onun həyata keçirdiyi islahatlar nəticəsində Azərbaycan aqrar ölkədən sənaye ölkəsinə çevrilib, güclü iqtisadi baza yaradılıb, milli kadr potensialı formalaşdırılıb. 1969–1982-ci illər Ulu Öndərin rəhbərliyi ilə Azərbaycanın tarixində mühüm dönüş mərhələsi kimi yadda qalıb və bu dövrdə əldə olunan nailiyyətlər müstəqillik illərində ölkənin inkişafı üçün möhkəm zəmin yaradıb.

Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi fəaliyyəti isə müasir dövlətçilik tariximizdə xüsusi yer tutur. Onun təşəbbüsü ilə Naxçıvanda ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı qaldırılıb, Naxçıvan MSSR adından “Sovet Sosialist” ifadəsi çıxarılıb, 1990-cı il 20 Yanvar faciəsinə siyasi qiymət verilib, Naxçıvan əhalisinin SSRİ-nin saxlanılmasına dair referendumda iştirak etməməsi barədə tarixi qərar qəbul olunub, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilib. Bu addımlar Azərbaycanın müstəqilliyə gedən yolunda siyasi və ideoloji əsasların möhkəmləndirilməsində mühüm rol oynayıb.

1993–2003-cü illər isə Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqil dövlət quruculuğu, sosial-iqtisadi inkişaf və siyasi sabitlik dövrü kimi tarixə düşüb. Məhz bu illərdə ölkəmizdə dövlət institutları möhkəmləndirilib, iqtisadi islahatlar həyata keçirilib, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu istiqamətində mühüm addımlar atılıb. Azərbaycanın gələcək tarixi uğurlarının, o cümlədən möhtəşəm Zəfərin təməli də məhz həmin dövrdə qoyulub.

Bu gün Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının elə bir sahəsi yoxdur ki, onun inkişafı Heydər Əliyevin adı ilə bağlı olmasın. Müstəqilliyin əbədi və dönməz xarakter alması, azərbaycançılıq ideyasının formalaşması, milli-mənəvi dəyərlərin qorunması və gələcək inkişaf üçün güclü təməlin yaradılması Ulu Öndərin uzaqgörən siyasətinin nəticəsidir. Onun zəngin təcrübəsi, yüksək idarəçilik bacarığı və qətiyyətli liderliyi Azərbaycan dövlətçiliyini yeni mərhələyə yüksəldib.

Heydər Əliyev bütün həyatı boyu xalqa arxalanıb, ən çətin məqamlarda xalqın iradəsinə güvənib. Azərbaycan xalqı da öz növbəsində ona daim dəstək olub. Ulu Öndər müdrikliyi, qətiyyəti və siyasi uzaqgörənliyi ilə xalqın dərin etimadını qazanıb. Ən ağır dövrlərdə insanlar əmin idi ki, Heydər Əliyev dövlətin və xalqın maraqlarını qoruyacaq, ölkənin gələcəyi naminə ən doğru qərarları verəcək.

Ulu Öndərin ən böyük arzusu Azərbaycanın ərazi bütövlüyünün təmin olunması idi. Şuşanı Azərbaycanın rəmzi adlandıran Heydər Əliyev daim inanırdı ki, xalqımız doğma torpaqlarına qayıdacaq. Onun bu inamı cəmiyyətdə böyük ümid və ruh yüksəkliyi yaradırdı. Məhz bu müqəddəs amal Ulu Öndərin layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildi. Heydər Əliyev irsini müasir çağırışlara uyğun şəkildə davam etdirən Prezident İlham Əliyev uzaqgörən və məqsədyönlü siyasəti ilə Azərbaycanı tarixi Zəfərə qovuşdurdu.

2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı möhtəşəm Qələbə, işğal altında olan torpaqlarımızın azad edilməsi və ölkəmizin suverenliyinin tam bərpası Heydər Əliyevin arzularının reallaşması oldu. 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi ilə Ulu Öndərin “Biz Şuşaya mütləq qayıdacağıq” fikri tarixi gerçəkliyə çevrildi.

Bu gün Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji hədəflər ardıcıl şəkildə həyata keçirilir, Azərbaycanın beynəlxalq mövqeyi daha da möhkəmlənir, Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq işləri aparılır, Böyük Qayıdış prosesi uğurla davam edir. Bütün bu nailiyyətlərin təməlində Heydər Əliyevin uzaqgörən siyasəti və əbədiyaşar ideyaları dayanır. Azərbaycan xalqı əmindir ki, Ulu Öndərin işıqlı ideyaları bundan sonra da dövlətimizin inkişaf yolunu işıqlandıracaq.

Həsən İsmayılov
Abşeron RİH başçısının
Xırdalan şəhər İƏD üzrə nümayəndəsinin müavini

Konstitusiyadan suverenliyə uzanan Azərbaycanın dövlətçilik yolu
Konstitusiyadan suverenliyə uzanan Azərbaycanın dövlətçilik yolu
Konstitusiyamız milli dövlətçilik ənənələrimizin və demokratik dəyərlərimizin təcəssümüdür
Konstitusiyamız milli dövlətçilik ənənələrimizin və demokratik dəyərlərimizin təcəssümüdür
Azərbaycan bayrağı xalqımızın birliyi və şəhidlərimizin əbədi yadigarıdır
Azərbaycan bayrağı xalqımızın birliyi və şəhidlərimizin əbədi yadigarıdır
9 Noyabr Dövlət Bayrağı Günü milli qürurumuzun və dövlətçilik iradəmizin rəmzidir
9 Noyabr Dövlət Bayrağı Günü milli qürurumuzun və dövlətçilik iradəmizin rəmzidir
Zəfərdən Böyük Qayıdışa uzanan tarixi yol
Zəfərdən Böyük Qayıdışa uzanan tarixi yol
Qələbəyə aparan yol və Böyük Qayıdış
Qələbəyə aparan yol və Böyük Qayıdış
Şuşa Zəfərdən sonra yeni inkişaf və quruculuq dövrünü yaşayır
Şuşa Zəfərdən sonra yeni inkişaf və quruculuq dövrünü yaşayır
Şuşa - Qarabağın tacı, Zəfərin zirvəsi
Şuşa - Qarabağın tacı, Zəfərin zirvəsi
Dialoqdan ədalətə və sülhə gedən Azərbaycan yolu
Dialoqdan ədalətə və sülhə gedən Azərbaycan yolu
Azərbaycan əsrlərdir Şərqlə Qərb arasında mədəniyyət körpüsü rolunu oynayır
Azərbaycan əsrlərdir Şərqlə Qərb arasında mədəniyyət körpüsü rolunu oynayır
Qubadlıya gedən Yol
Qubadlıya gedən Yol
Qubadlı Zəfərdən Böyük Qayıdışa doğru
Qubadlı Zəfərdən Böyük Qayıdışa doğru
Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa
Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa
Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası
Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası
Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir
Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir
Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda
Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda
Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası
Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası
Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır
Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır
Orta Dəhlizdə Azərbaycanın artan rolu...
Orta Dəhlizdə Azərbaycanın artan rolu...