Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Gənclərə etimad göstərən dövlət modeli

Tarix:2-02-2026, 10:19

Gənclərə etimad göstərən dövlət modeli


Müasir dövrdə hər bir dövlətin real gücü onun iqtisadi resursları ilə yanaşı, insan potensialı ilə ölçülür. Bu baxımdan gənclər hər bir ölkənin əsas strateji kapitalıdır. Azərbaycanda gənclərin inkişafı, cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsi və dövlət idarəçiliyində fəal iştirak etməsi məqsədyönlü və ardıcıl dövlət siyasəti nəticəsində mümkün olmuşdur. Bu siyasətin ideoloji əsasını Ulu Öndər Heydər Əliyev qoymuş, Prezident İlham Əliyev isə həmin xətti müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirmişdir.

Ulu Öndər Heydər Əliyev gəncləri hər zaman Azərbaycanın gələcəyinin təminatçısı kimi qiymətləndirir, onların dövlətçilik ideologiyası ruhunda yetişməsini əsas prioritet sayırdı. Onun “Bizim xalqımızın gələcəyi gənclərdir” fikri bu siyasətin fundamental prinsipi kimi bu gün də aktuallığını qoruyur. Məhz bu baxışın nəticəsi olaraq gənclər siyasəti dövlət səviyyəsində formalaşdırılmış, gənclərin sosial, intellektual və mənəvi inkişafı üçün sistemli mexanizmlər yaradılmışdır.

Bu ideoloji xətt Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələyə qədəm qoymuşdur. Prezidentin həyata keçirdiyi gənclər strategiyası sadəcə sosial layihələr toplusu deyil, uzunmüddətli milli inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Dövlət başçısının gənclərlə bağlı siyasətində əsas prinsip onlara imkan yaratmaq, etimad göstərmək və məsuliyyət verməkdir. Bu yanaşma gənclərin passiv müşahidəçi deyil, aktiv qərarverici qüvvə kimi formalaşmasına şərait yaradır.

Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti isə gənclər siyasətinə humanist və sosial dəyər qatır. Mehriban Əliyeva gənclərin təhsili, sağlamlığı, mədəni inkişafı və sosial rifahı məsələlərini daim diqqət mərkəzində saxlayır. Onun təşəbbüsü ilə həyata keçirilən layihələr gənclərin yalnız bilikli deyil, eyni zamanda mənəvi baxımdan zəngin, milli-mədəni dəyərlərə bağlı şəxsiyyət kimi yetişməsinə xidmət edir. Xüsusilə təhsil, mədəniyyət və sosial inklüzivlik sahəsində görülən işlər gənclər üçün sağlam mühitin formalaşmasına mühüm töhfə verir.

Son illər həyata keçirilən islahatlar göstərir ki, gənclər artıq yalnız gələcəyin deyil, bu günün də əsas iştirakçılarıdır. Gənclər Fondunun fəaliyyəti, Gənclərin İnkişaf və Karyera Mərkəzləri, könüllülük proqramları, liderlik və idarəetmə layihələri minlərlə gəncin cəmiyyətə aktiv inteqrasiyasına imkan yaradıb. Xüsusilə “Yüksəliş” müsabiqəsi gənclərin dövlət idarəçiliyində yeni nəfəs kimi çıxış etməsinə real platforma formalaşdırıb.

Prezident İlham Əliyevin gənclər siyasətində təhsilə xüsusi yer ayrılır. Xaricdə təhsil proqramları, Prezident təqaüdləri, beynəlxalq layihələr gənclərin dünyagörüşünün genişlənməsinə, müasir bilik və bacarıqlar qazanmasına şərait yaradıb. Bu gün həmin gənclər ölkənin intellektual potensialını formalaşdıran əsas kadr ehtiyatına çevrilmişdir.

Vətən müharibəsi Azərbaycan gəncliyinin formalaşmasında tarixi dönüş nöqtəsi oldu. Döyüş meydanında göstərilən şücaət, arxa cəbhədə nümayiş etdirilən birlik və informasiya məkanında aparılan mübarizə gənclərin milli şüurunun nə qədər yüksək səviyyədə olduğunu sübut etdi. Bu nəsil artıq yalnız sözlə deyil, əməli fəaliyyətlə dövlətə sədaqətini göstərdi.

Müasir gənclər siyasətinin mühüm istiqamətlərindən biri də gənclərin innovasiya və texnologiya sahələrinə yönləndirilməsidir. Startap ekosistemi, rəqəmsal layihələr və sahibkarlıq proqramları gənclərin iqtisadi fəallığını artırır və onları yeni inkişaf modelinin əsas iştirakçılarına çevirir.

Təhsil sahəsində çalışan bir rəhbər kimi müşahidə edirəm ki, bugünkü şagirdlər daha sərbəst düşünür, daha çox təşəbbüs göstərir və öz gələcəklərinə daha şüurlu yanaşırlar. Bu isə Ulu Öndərin ideoloji xəttinin, Prezident İlham Əliyevin strateji yanaşmasının və Mehriban Əliyevanın humanist missiyasının real nəticəsidir.

Prezident İlham Əliyevin gənclər strategiyası əslində gələcəyə qoyulan ən düzgün sərmayədir. Bu strategiya Azərbaycanın yalnız bugünkü inkişafını deyil, uzunmüddətli milli gücünü təmin edir. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi yol, Prezident İlham Əliyevin liderliyi və Birinci vitse-prezident Mehriban Əliyevanın sosial-humanist dəstəyi ilə formalaşan Azərbaycan gəncliyi dövlətimizin sabahının ən etibarlı təminatıdır.

Gülnaz Kərimova
Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin direktoru

Azərbaycan və İtaliya münasibətləri yeni mərhələyə qədəm qoyur
Azərbaycan və İtaliya münasibətləri yeni mərhələyə qədəm qoyur
Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub
Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub
Abşeronda xalçaçılıq ənənəsi yaşadılır: Qobulu ustaların sənət yolu
Abşeronda xalçaçılıq ənənəsi yaşadılır: Qobulu ustaların sənət yolu
Prezident Azərbaycan güləşçilərinin tarixi uğurunu yüksək qiymətləndirdi
Prezident Azərbaycan güləşçilərinin tarixi uğurunu yüksək qiymətləndirdi
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır
Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir
Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir
Şəhərsalma ili ölkədə davamlı inkişaf modelini gücləndirir
Şəhərsalma ili ölkədə davamlı inkişaf modelini gücləndirir
Azərbaycan-Latviya əlaqələrində yeni siyasi xətt
Azərbaycan-Latviya əlaqələrində yeni siyasi xətt
Müasir məktəblər gələcəyin güclü cəmiyyətini formalaşdırır
Müasir məktəblər gələcəyin güclü cəmiyyətini formalaşdırır
Şəhərsalma və memarlıq ili təhsildə yeni mərhələnin başlanğıcıdır
Şəhərsalma və memarlıq ili təhsildə yeni mərhələnin başlanğıcıdır
Zərifə Əliyeva Azərbaycan tibb tarixində silinməz iz qoyub
Zərifə Əliyeva Azərbaycan tibb tarixində silinməz iz qoyub
Azərbaycan-Gürcüstan münasibətləri çoxşaxəli və dayanıqlı xarakter daşıyır
Azərbaycan-Gürcüstan münasibətləri çoxşaxəli və dayanıqlı xarakter daşıyır
Tarixin qanlı səhifələri yaddaşlarda yaşayır
Tarixin qanlı səhifələri yaddaşlarda yaşayır
Bakıdan dünyaya təhlükəsizlik və əməkdaşlıq mesajı
Bakıdan dünyaya təhlükəsizlik və əməkdaşlıq mesajı
Azərbaycan və Avropa İttifaqı münasibətlərində yeni mərhələ
Azərbaycan və Avropa İttifaqı münasibətlərində yeni mərhələ
Azərbaycan qadını cəmiyyətin inkişafının aparıcı qüvvəsidir
Azərbaycan qadını cəmiyyətin inkişafının aparıcı qüvvəsidir
Qadınların ictimai və sosial həyatda rolu getdikcə artır
Qadınların ictimai və sosial həyatda rolu getdikcə artır
Azərbaycan qadınlarının fədakarlığı və uğurları ölkənin inkişafına töhfə verir
Azərbaycan qadınlarının fədakarlığı və uğurları ölkənin inkişafına töhfə verir
Azərbaycan Avropa enerji bazarında mövqeyini gücləndirir
Azərbaycan Avropa enerji bazarında mövqeyini gücləndirir