AZTV-Abşeron rayonunun Saray qəsəbə xəstəxanasında əhali tibbi müayinədən uğurla keçirilir.
21:03, 01.04.18
Oxunub: 1 225
SƏHİYYƏ
Abşeron rayonunun səhiyyə ocaqlarında əhalinin tibbi-profilaktik müayinədən keçirilməsi üçün lazımi şərait yaradılıb. Akademik Vəli Axundov adına Saray qəsəbə Xəstəxanasında profilaktik tibbi müayinələr üçün müraciət edən hər bir vətəndaş həkimlərin ilkin müayinəsindən keçirilir, tibbi göstəriş olduqda köməkçi-instrumental müayinələr aparılır. Zərurət yarandıqda şəhərin baş mütəxəssisləri ilə konsultasiya olunurlar. Xəstəxana rəsmi qeydiyyatda olan 20 min 293 qəsəbə sakininə xidmət göstərir. Bu günə qədər xəstəxanada 8564 sakin tibbi müayinədən keçib.