Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Azərbaycan tibb elminə ağır itki üz verib.

Tarix:4-04-2018, 15:10

Azərbaycan tibb elminə ağır itki üz verib.


Azərbaycan tibb elminə ağır itki üz verib.

Azərbaycanın görkəmli alimi, cərrah, tibb xadimi, pedaqoq, Azərbaycan Tibb Universitetinin 2-ci cərrahi xəstəliklər kafedrasının müdiri, M.Topçubaşov adına Elmi Cərrahiyə İnstitutunun direktoru, akademik Böyükkişi Ağa oğlu Ağayev aprelin 4-də 90 yaşında vəfat edib.

Böyükkişi Ağayev Azərbaycan tibb elmini, səhiyyə və təhsilini yorulmaz nəzəri və praktiki fəaliyyəti ilə daim zənginləşdirən, onların tətbiq sahələrini genişləndirməyə çalışan məhsuldar elm adamı, bacarıqlı səhiyyə təşkilatçısı idi. O, 1928-ci ildə Azərbaycanın Sabirabad rayonunda anadan olmuşdu. 1944-cü ildə orta məktəbi fərqlənmə diplomu ilə bitirən alim hələ uşaq yaşlarından tibb elminə böyük maraq göstərmişdi. Azərbaycan Tibb İnstitutunun (hazırkı Azərbaycan Tibb Universiteti) Müalicə fakültəsinə daxil olmuş, tələbəlik illərində gecələr təcili cərrahlıq xidməti üzrə çalışmışdı.

1949-cu ildə institutu başa vuran B.Ağayev Səhiyyə Nazirliyinin sərəncamı ilə Sabirabad rayon xəstəxanasına cərrah-həkim təyin edilmişdi. O, 1954-cü ildə müsabiqə yolu ilə 2-ci Moskva Tibb İnstitutunun cərrahiyə üzrə klinik aspiranturasına qəbul olmuş,1958-ci ildə Həştərxan Tibb İnstitutunun cərrahiyə kafedrasında assisent vəzifəsinə təyin olunmuşdu.

Alim “Süni qış yuxusu-hibernasiyanın əməliyyat və travmatik şokun profilaktikasında və müalicəsində tətbiqi” mövzusunda namizədlik, “Xərçəng şişinin inkişaf mərhələsindən asılı olaraq böyrəküstü vəzin funksional vəziyyəti və cərrahi müalicəsində nəzərə alınmasının əhəmiyyəti” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmiş,1967-ci ildə professor elmi adına layiq görülmüşdü.1980-ci ildə tibb üzrə AMEA-nın müxbir üzvü, 1989-cu ildə isə AMEA-nın həqiqi üzvü seçilmişdi.

B.Ağayev elmi fəaliyyətlə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olmuşdu. O, 1959-60-cı illərdə Azərbaycan Tibb İnstitutunun 5-ci kurs tələbələrinə hərbi-tibb cərrahlığı üzrə mühazirələr oxumuşdur. 1960-cı ildə B.Ağayev Azərbaycan Elmi Tədqiqat Onkoloji Institutunda baş elmi isçi vəzifəsinə təyin olunmuş, onkoloji xəstəliklərin inkişafı zamanı su-duz və hormonal mübadilədə baş verən dəyişikliklərin öyrənilməsi və müalicə üsullarının təkmilləşdirilməsi sahəsində tədqiqatlar aparmışdır. Alim Tibb İnstitutunun tələbələri üçün cərrahlıq fənnindən dərsliklərin yazılmasında da müstəsna xidmətlər göstərmişdir. Ana dilindəki dərsliklərin çatışmazlığını nəzərə alaraq o, 1980-ci ildə Azərbaycan dilində "Klinik cərrahiyədən mühazirələr" dərsliyinin birinci hissəsini,1982-ci ildə ikinci hissəsini yazıb çap etdirmişdir. 1989-cu ildə isə "Cərrahi xəstəliklər" dərsliyinin 1-2-ci hissələrini nəşrə hazırlamışdı.

B.Ağayev 400-dən çox elmi və publisistik əsərin, o cümlədən 9 ixtira və 25-dən çox səmərələşdirici təkliflərin müəllifi idi. Onun elmi əsərlərinin 200-ə yaxın xaricdə çap olunmuşdu.

Görkəmli alimin rəhbərliyi ilə tibb üzrə 62 fəlsəfə doktoru, 11 elmlər doktoru müdafiə etmişdir.

Akademik B.Ağayev 1973-cü ildən bu günə kimi Azərbaycan Tibb Universitetinin 2-ci cərrahi xəstəliklər kafedrasına rəhbərlik edirdi. Onun elmi fəaliyyətinin əsas istiqamətini mədə qanaxmalarının müalicəsində iynəsiz inyektorun tətbiqi, qaraciyər, öd yolları və mədəaltı vəzin ağır xəstəliklərinin cərrahi müalicəsində intero corporal lazer aşağı tezlikli maqnit metodu, böyük həcmli cərrahi əməliyyatlarda orqanizmin daxili sabitliyinin saxlanılmasında su-duz mübadilsənin, böyrəküstü vəzinin funksiyasının tənzimlənməsinin rolu və s. təşkil etmişdir.

B.Ağayev tibb üzrə bir sıra cəmiyyətlərin və elmi şuraların üzvü idi. Elmi-pedaqoji fəaliyyəti, tibb sahəsində göstərdiyi müstəsna xidmətlər nəzərə alınaraq o, 1998-ci ildə “Şərəf” ordeni ilə təltif olunmuşdu. Həmçinin Akademik M.A.Qasımov adına mükafata, Akademik M.A.Topçubaşov adına mükafata və Nizami Gəncəvi adına Qızıl medalına layiq görülmüşdü.

Görkəmli alimlə vida mərasimi bu gün saat 13:00-dan 15:00-a qədər AMEA-nın Əsas binasında keçiriləcək.

Zəngilanı Naxçıvan və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti nailiyyəti olacaqdır
Zəngilanı Naxçıvan və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti nailiyyəti olacaqdır
Zəfər missiyamız Füzuli rayonundan başlanıb
Zəfər missiyamız Füzuli rayonundan başlanıb
Xankəndi şəhərində qaldırılan üçrəngli bayrağımız əbədi dalğalanacaq
Xankəndi şəhərində qaldırılan üçrəngli bayrağımız əbədi dalğalanacaq
Azərbaycana qarşı olan sanksiyalar ikili standartlardan xəbər verir
Azərbaycana qarşı olan sanksiyalar ikili standartlardan xəbər verir
Azərbaycan öz təhlükəsizliyini,gələcək inkişafını təmin edib və edəcək
Azərbaycan öz təhlükəsizliyini,gələcək  inkişafını təmin edib və edəcək
Cəbrayıllılar doğma yurdlarına qayıdırlar
Cəbrayıllılar doğma yurdlarına qayıdırlar
Ümummilli Lider Heydər Əliyev Azərbaycanda yeni inkişaf dövrünün əsasını qoymuşdur
Ümummilli Lider Heydər Əliyev Azərbaycanda yeni inkişaf dövrünün əsasını qoymuşdur
Aşıq sənətinə dövlət qayğısının bariz nümunəsi
Aşıq sənətinə dövlət qayğısının bariz nümunəsi
Azərbaycan həm güclü iqtisadiyyata, həm də güclü siyasətə malik bir dövlətdir
Azərbaycan həm güclü iqtisadiyyata, həm də güclü siyasətə malik bir dövlətdir
Bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu
Bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu
Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir
Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir
Qarabağ Universitetinin yaradılması tarixi hadisədir
Qarabağ Universitetinin yaradılması tarixi hadisədir
Azərbaycan bir gün ərzində öz suverenliyini bərpa etdi
Azərbaycan bir gün ərzində öz suverenliyini bərpa etdi
Erkən nikahların və qohum evliliklərinin qarşısı belə alınacaq
Erkən nikahların və qohum evliliklərinin qarşısı belə alınacaq
İtaliyada Avropanın Azərbaycana qarşı ikili standartına vurulan ölümcül zərbə...
İtaliyada Avropanın Azərbaycana qarşı ikili standartına vurulan ölümcül zərbə...
Heydər Əliyev Naxçıvanda Azərbaycanın müstəqilliyinin təməlini qoydu
Heydər Əliyev Naxçıvanda Azərbaycanın müstəqilliyinin təməlini qoydu
Qardaş Özbəkistanla yolumuz, amalımız birdir
Qardaş Özbəkistanla yolumuz, amalımız birdir
Laçın rayonu cənnətə çevrilir
Laçın rayonu cənnətə çevrilir
Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır
Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır