Xəbər lentİ

Abşeronda 2498 nəfər pulsuz tibbi USM müayinəsindən keçirilib.

19:16, 05.04.18
Oxunub: 1 632
SƏHİYYƏ
Abşeronda 2498 nəfər pulsuz tibbi USM müayinəsindən keçirilib.


Ötən illərdə olduğu kimi bu il də Abşeron rayon əhalisi kütləvi surətdə poliklinikaya dəvət olunur, tibbi müayinələrdən keçirilir. Dispanserizasiya ayı müddətində Abşeron rayon Poliklinikasında 1908 nəfər USM müayinəsindən keçmişdir. Aşkarlanan xəstəliklər sırasında ən çox rast gəlinən öd kisəsinin iltihabi xəstəliyi (Xroniki xolesistit), öd daşı xəstəliyi (Xolestaz), böyrək daşı xəstəliyi (Nefrolitiaz), qalxanvari vəzin xəstəlikləri, uşaqlığın fibroadenoması, yumurtalıqların iltihabi, yumurtalıqların Polikistozu xəstəliyidir.

Abşeron rayon Uşaq Poliklinikasında isə 590 nəfər uşaq USM müayinəsindən keçmişdir. Belə ki, 2 yaşa qədər uşaqlarda ən çox aşkarlanan xəstəliklər kriptorxizm, hidrosele, məktəbəqədər uşaqlarda boyun limfa düyünlərinin limfadeniti, bütün yaş qruplarında isə böyrək və sidik yollarının infeksiyası ilə bağlı xəstəliklərdir.
Tibb aləmində ən böyük texnologiya XX əsrin əvvələrində Rentgen müayinəsi idisə XX əsrin sonlarında ultrasonoqrafiya oldu. USM-müasir tibbi görüntülənmə metodlarından biridir. Praktiki cəhətdən ağrısız və zərərsiz olan bu müayinə metodu çox geniş istifadə olunur.

USM ultradalğalı şüaların köməyi ilə həyata keçirilən tibbi müayinə növüdür. Rentgen şüaları kimi ultradalğalı şüalar da toxumaların arasından keçir və sonra da əks olunur. Əks olunduqda bu şüalar monitorda müəyyən təsvirlər yaradır. Bu təsvirlərə əsaslanaraq həkim pasientin orqanlarının və toxumalarının vəziyyətini qiymətləndirir.

USM vasitəsilə bu kimi orqan və sistemləri müayinə etmək mümkündür:

-qalxanvari vəzi, qaraciyər, öd və öd yolları, mədəaltı vəzi, böyrəklər və böyrəküstü vəzilər, sidik kisəsi, ürək, limfatik düyünlər, süd vəziləri, prostat vəzi, uşaqlıq, yumurtalıqlar, hamiləliyin monitorinqi. USM ilə orqanların quruluşu, yerləşməsi, kənarların hamar və ya nahamar olması, ölçülərinin normadan böyük və ya kiçik olması, eyni zamanda orqanların exostrukturu və exointensivliyi haqqında da ətraflı məlumat əldə etmək mümkündür. Hər bir insan öz orqanizmindən xəbərdar olmalıdır.

Hər bir insan öz orqanizmindən xəbərdar olmalı, sağlamlığı ilə bağlı hər hansı bir narahatçılıq hiss edərsə, mütləq həkimə müraciət etməlidir. Bundan əlavə hər bir vətəndaşın profilaktik olaraq il ərzində ən azı bir dəfə tibbi müayinədən keçməyi məsləhət görülür.

Hər kəsə sağlam həyat arzulayırıq!

Abşeron rayon Poliklinikasının şüa diaqnostikası üzrə həkimi Cahidzadə Şükufə


Abşeronda 2498 nəfər pulsuz tibbi USM müayinəsindən keçirilib.
Abşeronda 2498 nəfər pulsuz tibbi USM müayinəsindən keçirilib.
Abşeronda 2498 nəfər pulsuz tibbi USM müayinəsindən keçirilib.
Abşeronda 2498 nəfər pulsuz tibbi USM müayinəsindən keçirilib.
Abşeronda 2498 nəfər pulsuz tibbi USM müayinəsindən keçirilib.
Abşeronda 2498 nəfər pulsuz tibbi USM müayinəsindən keçirilib.
Abşeronda 2498 nəfər pulsuz tibbi USM müayinəsindən keçirilib.
Abşeronda 2498 nəfər pulsuz tibbi USM müayinəsindən keçirilib.

Fikirlər

 Oxşar xəbərlər: