Xəbər lentİ

Tibb Universitetində ödənişsiz pediatrik müayinələr aparılacaq.

16:40, 09.04.18
Oxunub: 1 283
SƏHİYYƏ
Tibb Universitetində ödənişsiz pediatrik müayinələr aparılacaq.


Aprelin 14, 21 və 28-də Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında ödənişsiz pediatrik aksiya keçiriləcək.

Klinikadan bildiriblər ki, aksiya zamanı pasiyentlər klinikanın həkimləri-pediatr-kardioloq, professor İbrahim İsayev, ATU-nun terapevtik və pediatrik propedevtika kafedrasının dosenti, uşaq nefroloqu Rauf Bəylərov, pediatr Sveta Rəfiyeva, pediatr-endokrinoloq Ləman Sultanova, pediatr Mədinə Hacıyeva və pediatr Zərifə Məmmədova tərəfindən ödənişsiz müayinə olunacaqlar.

Aksiya saat 09.00-dan 16.00-dək davam edəcək.

Fikirlər

 Oxşar xəbərlər: