Xəbər lentİ

Orucun insan orqanizminə təsiri və Ramazanda düzgün qidalanma

02:33, 01.06.19
Oxunub: 1 264
SƏHİYYƏ
Orucun insan orqanizminə təsiri və Ramazanda düzgün qidalanma


Rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə Xırdalan Məscidində “ Orucun insan orqanizminə təsiri və Ramazanda düzgün qidalanma ” mövzusunda marifləndirici tədbir keçirilib.

Marifləndirici tədbirdə çıxış edənlərdən həkim infeksionist Əminə İsmixanova, sahə həkimi-terapevt Sevic Qaragözova və həkim-laborant Şəfa Süleymanova bildiriblər ki, Ramazan ayının yay fəslinə təsadüf etməsi, orucun təxminən 17 saata yaxın olması aclıq və susuzluğu daha çox hiss etdirmiş olur. Oruc tutanların özlərini daha gümrah hiss etmələri üçün iftar süfrələrininin dəyərli qidalarla zəngin olması vacibdir. Ramazan ayında yeterli və keyfiyyətli qidalanmaq zəruridir. Təbii ki, bunun üçün düzgün qidalanmaq şərtdir. Ramazan ayında da orqanizmin ehtiyacı olan vitamin, mineral, karbohidrat, protein və yağları yetərli miqdarda alınmalıdır. Orucu ilıq su ilə açmaq lazımdır. İlıq su ilə mədə yumşalmalıdır ki, qidanı qəbul etməyə hazır olsun. Birbaşa quru qidanın qəbulu həzm problemləri yarada bilər. Təbii ki, əvvəlcə ən yüngül qidaların, yəni meyvə-tərəvəzin qəbulu daha yaxşı olar.

Qeyd edilib ki, oruc tutmaq nəticəsində bağırsağın selikli qişasındakı bəzi köhnə hüceyrələr məhv olur, yenilər yaranır. Selikli qişa təzələndiyi üçün həzm prosesi də yaxşılaşır. Oruc qanyaradıcı orqanlara da müsbət təsir edir. Belə ki, bu orqanlar gün ərzində normadan artıq qida qəbul edəndə yüklənir, ona görə də funksiyaları pozulur. Ancaq bədən az qida qəbul edəndə qanyaradıcı orqanlar da öz fəaliyyətini təzələyir. Orucluğun bir ay davam etməsində də qanunauyğunluq var. Rəsmi təbabətdə, xüsusilə, mədə-bağırsaq xəstəliklərində pəhriz 24-28 gün təyin olunur.

Məlumat velib ki, oruc dalaq, ürək, qan-damar sisteminin yeniləşməsinə, ifrazat sisteminə də müsbət təsir göstərir. İfrazatla bağlı əsas orqan olan böyrəklər çox qida qəbul edərkən yüklənir və "yorulur". Oruc tutmaq nəticəsində böyrəklər dincəlir və norma fəaliyyətini bərpa edir. Oruc tutmaq maddələr mübadiləsi zamanı orqanizmdə toplanmış zərərli maddələrin bədəndən asanlıqla çıxmasına şərait yaradır; nəticədə orqanizm tullantılardan və toksik maddələrdən təmizlənir.

Orucun insan orqanizminə təsiri və Ramazanda düzgün qidalanma
Orucun insan orqanizminə təsiri və Ramazanda düzgün qidalanma
Orucun insan orqanizminə təsiri və Ramazanda düzgün qidalanma
Orucun insan orqanizminə təsiri və Ramazanda düzgün qidalanma
Orucun insan orqanizminə təsiri və Ramazanda düzgün qidalanma
Orucun insan orqanizminə təsiri və Ramazanda düzgün qidalanma
Orucun insan orqanizminə təsiri və Ramazanda düzgün qidalanma

Fikirlər

 Oxşar xəbərlər: