Xəbər lentİ

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Abşeronda seminar-müşavirəsi keçirilib

16:59, 11.06.19
Oxunub: 2 928
SƏHİYYƏ
 Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Abşeronda seminar-müşavirəsi keçirilib

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən bir sıra Dövlət Proqramlarının həyata keçirilməsi və icrası ilə bağlı Abşeron rayonunda seminar-müşavirə keçirilib

Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində təşkil olunan maarifləndirmə tədbirində Abşeron rayon icra hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin UYGB-nin müdiri İqbal Səfərova, ümumtəhsil orta məktəblərinin və məktəbəqədər uşaq müəssisələrinin rəhbərləri, tibb işçiləri, KİV nümayəndələri iştirak ediblər.

Tədbiri Abşeron RİHB-nın müavini Fuad Cəbrayılov açaraq qonaqları salamlayıb, ölkə rəhbəri tərəfindən uşaqların və yeniyetmələrin sağlamlığının mühafizəsi ilə bağlı verilən qanunların icrası, Abşeron rayonunda keçirilən maarifləndirici tədbirlər barədə ətraflı məlumat verib.

Sonra Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin UYGB-nin müdiri İqbal Səfərova çıxış edərək uşaq və yeniyetmələrdə profilaktik tibbi müayinələrin yaxşılaşdırılması,təhsil müəssisələrində su təminatın yaxşılaşdırılması , məktəblilər arasında sağlam mühit və sağlam həyat tərzi, tütün çəkmənin, spirtli içkilərin və narkomaniyanın zərərləri barədə məlumat verib.

Respublika GEM-in həkim-gigiyenisti Narınc Orucova qida məhsullarının istifadəsi, təhsil müəssisələrində qidalanmaya nəzarət edilməsi, sanitariya-gigiyena qaydalarının və əksepidemik rejimin gözlənilməsi barədə çıxış edib.

Abşeron Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin müdiri Müslimə Cəfərova rayonda bu sahədə aparılan işlər, müəssisələrdə, xüsusən təhsil ocaqlarında həyata keçirilən tədbirlər barədə danışıb.

Sonda iştirakçıların sualları cavablandırılıb, onlara maarifləndirici kitabçalar paylanılıb.

Şamo Əliyev

Fikirlər

 Oxşar xəbərlər: