YAP Abşeron rayon təşkilatınının Saray qəsəbəsi təhsil ocaqlarında ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncaqları keçirilib.
Yığıncaqda Saray qəsəbə 1 saylı orta məktəbi ərazi ilk partiya təşkilatının hesabat dövrü olan 2013-2017-ci illər ərzindəki fəaliyyəti barədə geniş şəkildə təhlillər aparılıb, gələcəkdə görüləcək işlər barədə qərarlar qəbul edilib.
Sonda keçirilən yığıncaqlarda YAP Abşeron rayon təşkilatının 10-cu konfransına 1 nəfər nümayəndə seçilib.