Absheron Media
Haqqımızda Bizimlə əlaqə

15 iyun müasir tariximizdə dönüş nöqtəsi xalqın qurtuluşudur

Tarix:15-06-2022, 13:11

15 iyun müasir tariximizdə dönüş nöqtəsi xalqın qurtuluşudur

Müasir Azərbaycan dövlətinin banisi, Heydər Əliyev fenomenal şəxsiyyət kimi dövlətçiliyimizin dirçəlməsində, Azərbaycan xalqı və dövlətçiliyi üçün misilsiz xidmətlər göstərmişdir. Azərbaycan Respublikasının ümummilli lideri öz həyat yolunu müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna qovuşmasına həsr etmişdir. Heydər Əliyevin öz xalqı və dövləti qarşısında atdığı hər bir addım, qəbul etdiyi bütün qərarlar yalnız Azərbaycan dövlətinin müstəqilliyinin əbədi və dönməz olmasına yönəlmişdir.

Azərbaycan xalqının çətin mübarizələrdən keçdiyi tarixi dönəmdə ümumxalq mənafeyini üstün tutan, xalq üçün çalışan, onun müstəqilliyini qoru­yan ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdışı ilə Azərbaycan xalqını bəlalardan xilas etdi. Heydər Əliyev həm sovet dövründə, həm də yeni qəbul edilmiş müstəqillik şəraitində Azərbaycanın siyasi həyatına böyük təsir göstərmiş dövlət xadimidir. Ümummilli lider Heydər Əliyev yeni müstəqillik əldə etmiş ölkədə böhranlı şəraitdə Azərbaycan Respublikasının daxildən silkələndiyi zaman xalqı birləşdirməyə, iqtisadi sabitlik yaratmağa və müstəqil dövlətin ərazisində siyasi vəziyyət yaratmağa müvəffəq olmuşdur.

Heydər Əliyev15 iyun 1993-cü ildə xilaskarlıq missiyasını öz üzərinə götürərək Azərbaycan parlamentinin sədri vəzifəsinə seçilməsi müasir tariximizdə dönüş nöqtəsi xalqın qurtuluşudur. Ulu öndər xalqın qəti iradəsi ilə, demokratik və qanuni yolla yenidən ölkə rəhbərliyinə qayıtdı və bununlada Azərbaycanın müstəqil dövlətçilik ənənələrinin inkişafında və dünya ölkələri arasında layiqli yer tutmasında yeni mərhələ başlanmışdır. Heydər Əliyev rəhbər seçildikdən sonra Azərbaycan xalqının öz taleyini ona etibar etməkdə yanılmadığını hakimiyyətə dönüşünün ilk günlərindən sübuta yetirdi. Ulu öndər Azərbaycan xalqının xilaskarı olmasını ölkəmizin müstəqilliyini qoruyub saxlamaqla və yeni inkişaf üfüqləri açmaqla sübut etdi. Səriştəsiz hökumət Azərbaycanın müstəqilliyini təhlükə altında qoysa da, Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində Azərbaycan bəlalardan xilas edildi və dövlət quruculuğu istiqamətində böyük işlər görüldü. Həmin illərdə bütün ölkənin həyatında hərtərəfli dönüş mərhələsi başlanmış, hər bir sahənin inkişafında böyük nailiyyətlər əldə edilmişdir. Heydər Əliyevin rəhbərliyi,cəsarətli addımları, təşəbbüsləri ilə həyata keçirilən uğurlu siyasət kursu nəticəsində Azərbaycan dünya miqyasında ən güclü, sabit, inkşaf etmiş nüfuzlu dövlətlərdən birinə çevrilmişdir. Heydər Əliyev müasir Azərbaycan dövlətinin təməlini,irəliyə doğru irimiqyaslı hərəkatının əsasını qoyub. Siyasətini xalqa xidmət məramı üzərində quran Heydər Əliyev, Azərbaycan xalqının xilaskarı bizim müasir dövlətimizin dünənini, bu günü və işıqlı gələcəyini təmin edən liderdir.

Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən siyasəti ilə ölkəni hərtərəfli inkişaf yoluna çıxararaq Azərbaycana müstəsna uğurlar gətirib. Azərbaycanın mürəkkəb və taleyüklü tarixi dövründə dövlətə rəhbərliyin ağır məsuliyyətini öz üzərinə götürmüş Heydər Əliyevin müstəqil dövlət təlimi və onun ayrılmaz tərkib hissəsi olan bu ideologiyanın həyata keçirilməsi müstəqil dövlətimizin bugünkü varlığının və gələcək inkişafının əsasını təşkil edir. Ulu öndərin respublikamıza rəhbərliyi dövründə bütün sahələrdə həyata keçirdiyi düşünülmüş, məqsədyönlü tədbirlər gələcəyə hesablanmış milli siyasətin parlaq ifadəsi idi.

Heydər Əliyev Azərbaycan xalqının qəlbində əbədi yer tutmuş, milyonlarla insanın rəğbətini qazanmış tarixə xilaskar, müasir Azərbaycan dövlətinin memarı və qurucusu kimi tarixdə silinməz iz buraxmışdır. Müstəqil Azərbaycan dövlətinin uğurlarının təməlində Heydər Əliyev ideyaları dayanır, və bu gün Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətini, Azərbaycanı gələcəyə inamla aparan Prezident İlham Əliyev uğurla davam etdirir. Qutuluş günü bizi böyük və şanlı Qələbəyə aparan yoldur. Ulu Öndərimizin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Heydər Əliyev yolunun layiqli davamçısı Ali Baş Komandan İlham Əliyev ulu öndərin ən böyük arzusunu gerçəkləşdirdi. Azərbaycanın ərazi bütövlüyü təmin etdi. 30 il işğal altında qalan əzəli torpaqlarımızı- Qarabağı mənfur erməni işğalından azad etdi. Bu gün Azərbaycan qələbəyə doğru inamla addımlayır. İlham Əliyevin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi əzmkar və yorulmaz fəaliyyəti nəticəsində ölkəmiz dünyada layiq olduğu mərtəbəyə yüksələ bilib. Azərbaycanın milli maraqlarının sadiq təminatçısı kimi çıxış edən Prezident İlham Əliyev beynəlxalq miqyasda da ölkəmizin alternativsiz lideri kimi qəbul edilir.

Abbas Əliyev

Yeni Azərbaycan Partiyası

Abşeron rayon təşkilatının sədri

Konstitusiyadan suverenliyə uzanan Azərbaycanın dövlətçilik yolu
Konstitusiyadan suverenliyə uzanan Azərbaycanın dövlətçilik yolu
Konstitusiyamız milli dövlətçilik ənənələrimizin və demokratik dəyərlərimizin təcəssümüdür
Konstitusiyamız milli dövlətçilik ənənələrimizin və demokratik dəyərlərimizin təcəssümüdür
Azərbaycan bayrağı xalqımızın birliyi və şəhidlərimizin əbədi yadigarıdır
Azərbaycan bayrağı xalqımızın birliyi və şəhidlərimizin əbədi yadigarıdır
9 Noyabr Dövlət Bayrağı Günü milli qürurumuzun və dövlətçilik iradəmizin rəmzidir
9 Noyabr Dövlət Bayrağı Günü milli qürurumuzun və dövlətçilik iradəmizin rəmzidir
Zəfərdən Böyük Qayıdışa uzanan tarixi yol
Zəfərdən Böyük Qayıdışa uzanan tarixi yol
Qələbəyə aparan yol və Böyük Qayıdış
Qələbəyə aparan yol və Böyük Qayıdış
Şuşa Zəfərdən sonra yeni inkişaf və quruculuq dövrünü yaşayır
Şuşa Zəfərdən sonra yeni inkişaf və quruculuq dövrünü yaşayır
Şuşa - Qarabağın tacı, Zəfərin zirvəsi
Şuşa - Qarabağın tacı, Zəfərin zirvəsi
Dialoqdan ədalətə və sülhə gedən Azərbaycan yolu
Dialoqdan ədalətə və sülhə gedən Azərbaycan yolu
Azərbaycan əsrlərdir Şərqlə Qərb arasında mədəniyyət körpüsü rolunu oynayır
Azərbaycan əsrlərdir Şərqlə Qərb arasında mədəniyyət körpüsü rolunu oynayır
Qubadlıya gedən Yol
Qubadlıya gedən Yol
Qubadlı Zəfərdən Böyük Qayıdışa doğru
Qubadlı Zəfərdən Böyük Qayıdışa doğru
Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa
Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa
Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası
Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası
Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir
Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir
Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda
Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda
Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası
Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası
Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır
Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır
Orta Dəhlizdə Azərbaycanın artan rolu...
Orta Dəhlizdə Azərbaycanın artan rolu...