Qadınlar Günü münasibətilə "Qadın səadətdir” adlı tədbir keçirilib.
Tarix:8-03-2019, 23:50
Martın 7 -də Xırdalan şəhər 1 saylı körpələr evi-uşaq bağçasında 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə "Qadın səadətdir” adlı tədbir keçirilib.
Bağçanın tərbiyəçi müəllimi Mətanət Rzayeva tərəfindən hazırlanan tədbirdə bağçanın pedaqoji kollektivi və körpə fidanlar iştirak ediblər.
Bağçanın böyük qrupunun fidanları bayram münasibətilə müxtəlif səhnəciklər nümayiş etdirib, şeirlər və mahnılar səsləndiriblər. Sonda bağçanın müdiri Vüsalə Məşədiyeva 8 Mart Qadınlar bayramı münasibəti ilə bütün qadınları təbrik edərək onlara işlərində uğurlar və can sağlığı arzulayıb.