Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Uşaqlar Tanrının bizə əmanətləridir.

Tarix:30-05-2019, 13:26

Uşaqlar Tanrının bizə əmanətləridir. Uşaqlar Tanrının bizə əmanətləridir. Elimizin gözəl deyimi var “Əmanətə xəyanət olmaz” məsum mələklərimizin hərtərəfli böyüməsinin keşiyində duran, əmanətlərə gözü kimi baxan, şərəfli müəllim adını daşıyan hər kəsə bu çətin, məsuliyyətli, eyni zamanda şərəfli işdə uğurlar diləyərək, onları da Uca Tanrıya əmanət edirik...

Bütün ölkələrdə olduğu kimi respublikamızda da uşaqların hüquqlarının qorunmasına, onların fiziki cəhətdən sağlam, təhsilli inkişafına böyük diqqət verilir. Ümummilli Liderimiz, müstəqil Azərbaycanın memarı, qurucusu eydər Əliyevn bilavasitə təşəbbüsü ilə 1998-ci ildə “Uşaq hüquqları” haqqında, 1999-cu ildə isə “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olunmuş uşaqların sosial müdafiəsi” haqqında Azərbaycan Respublikasının qanunları qəbul edilmişdir. Bilavasitə uşaqların hüquqlarının müdafiəsinə yönəlmiş, həmin qanunlarla yanaşı ölkəmizin qanunverici orqanı tərəfindən qəbul olunmuş digər qanunlarda və qanunvericilik aktlarında, xüsusən də təhsil, nikah, gənlər-səhiyyə, ədalət məhkəməsi, mədəniyyət sahəsində ki, və başqa qanunlarda uşaqların hüquqlarını müdafiə edən çoxlu maddələr vardır. Nazirlər kabineti tərəfindən təsdiq edilmiş Azərbaycan Respublikasında uşaq Hüquqları Konvensiyasının həyata keçirilməsinə dair tədbirlər planı (milli fəaliyyət planı), uşaqların təlim-tərbiyəsinin yaxşılaşdırılması və hüquqlarının qorunması haqqında dövlət proqramı da bu sahədə sistemli işlərin aparılmasını təmin edir.

Qyed etmək lazımdır ki, ölkəmizdə uşaq hüquqlarının müdafiəsi dövlətimiz müstəqillik əldə etdikdən sonra Ümummilli Lider, Əbədi yaşar liderimiz Heydər Əliyevin rəhbərliyi ilə bütün dövlət qrumlarının - Milli Məclisin, NAzrlər Kabinetinin, habelə qeyri-hökümət təşkilatlarının, bütövlükdə cəmiyyətin diqqət mərkəzində olmuşdur. Uşaq hüquqları konvensiyasının 28-ci maddəsinə əsasən “Uşaq təhsil almaq hüququna malikdir. Buna görə də dövlətin vəzifəsi pulsuz və icbari ibtidai təhsili təmin etməkdən, hər bir uşağın ala biləcəyi orta təhsilin verilməsini həvəsləndirməkdən, bilik əsasında hamının alı təhsil almaq imkanını təmin etməkdən ibarətdir...”. Həmin maddə bütün təhsil işçilərinin qarşısına təhsilin humanizm prinsiplərinə riayət etməklə həyata keçirilməsi kimi bir vəzifə qoyur. Məhz buna görədir ki, təhsilin humanistləşdirilməsi hazırda təhsilin əsas prinsiplərindən hesab olunur. Ölkədə aparılan təhsil islahatının bir məqsədidə həmin prinsipin tam həyata keçirilməsini təmin etməkdir. Təhsilin humanistləşdirilməsi isə ilk növbədə uşağa şəxsiyyət kimi yanaşılması tələb edir. Bu prinsipin məzmununa habelə uşaqların şəxsiyyətinə, mənliyinə, ləyaqətinə hörmət edilməsi, istək və arzularına meyl, maraq və təlabatına xüsusi diqqət göstərilməsi, fərdi xüsusiyyətlərinin prisoloji baxımdan hər tərəfli öyrənilməsi və əsasda onlara fərdi yanaşılması, uşağa inam bəslənilməsi, onda öz qüvvəsinə, təbii imkanlarına, bilik və bacarığına, cəmiyyət üçün gərəkli olduğuna inam hissi aşılanması və.s daxildir. Uşaq Hüquqları Konvensiyası uşaqlara fiziki cəza verilməsini qadağan edir. Uşağa öz fikrini sərbəst ifadə etmək azadlığı verir.

Böyük fərəhlə qeyd etmək istəyirəm ki, Abşeron rayonunun bütün kənd və qəsəbələrində, Xırdalan şəhərində fəaliyyət göstərən körpələr-evi uşaq bağçalarında uşaqların təlim-tərbiyəsi üçün hər cür şərait yaradılmışdır. Rəhbərlik etdiyim körpələr evi-uşaq bağçasında da yaradılan şərait uşaqların tam şəkildə sağlam həyatını, savadlı, tərbiyəli şəxsiyyət kimi böyüməsini təmin edir. Kollektivimiz uşaqlara yüksək səviyyədə təlim-tərbiyə vermək üçün var qüvvəsi ilə çalışır. Tərbiyəçilərimiz pedoqoji ustalıqlarının artırılmasının qayğısına qalır, qabaqcıl texnologiyalardan bacarıqla istifadə edirlər. Hər bir uşağın öznəməxsus dünyası, dünya görüşü, emosional aləmi, meyli, bacarığı və qabiliyyəti öyrənilir. Məlumdur ki, hər bir Azərbaycanlının mühüm keyfiyyətlərindən biri vətənpərvərlikdir. Böyüməkdə olan gənc nəsli kiçik yaşlarında bu ruhda tərbiyə olunmasında uşaq bağçalarının üzərinə böyük məsuliyyət düşür. Çünki ümumbəşər hiss olan vətənpərvərlik uşaqlara erkən yaşlardan aşılanmalıdır. Uzun müddətli təcrübə göstərir ki, vətənpərvərlik hissini uşaqlar o vaxt yaxşı qavrayırlar ki, o başqa hisslərin tərbiyəsi ilə sıx bağlı olur. Bu isə uşaqlarda insanlarda məhəbbət, onlara qayğı göstərmək, xeyirxah olmaq, adamların əməyinə hörmətlə yanaşmaq, doğma təbiəti, xalqı sevmək kimi yüksək hisslərlə əlaqələndirilir. Uşaqların müşahidə etdikləri gündəlik hadisələr onlarda vətənə məhəbbət hissini gückləndirir, yoldaşa və dosta qayğıkeşlik, xeyirxahlıq, cəsurluq, yaşlı nəsli ehtiram kimi əxlaqi keyfiyyətlər, habelə başladığı işi sona çatdırmaq üçün səy, iradə və.s yüksək keyfiyyətləri də formalaşdırır.

Məşğələlərdə uşaqların bilik səviyyəsinə uyğun bədii nümunələrdən istifadə edilir. Vətənin şəhid övladlarının qəhrəmanlıqlarından söz açılır. Təlim-tərbiyə prosesində elə mövzular seçilir ki, onlar mühüm əhəmiyyət kəsb edir, uşaqların bilik, yaş səviyyəsinə uyğun gəlir. Bu mövzular Azərbaycan xalqının mərdliyinin, igidliyini, onların vətəni necə sevdiklərini özündə əks etdirir. Tərbiyəçilərimiz uşaqlarda öz vətəninə məhəbbət hissi yaşatmaq məqsədi ilə Azərbaycan ədəbiyyatı nümunələrindən məşğələlərdə bacarıqla istifadə edirlər. Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin fəaliyyətini, xidmətlərini əks etdirən foto-stendlər yaradılıb. Milli bayramlarımız, tarixi günlər, tanınmış şəxsiyyətlər barədə tərbiyəçilərimiz uşaqların yaşlarına müvafiq məlumatlar verir, maraqlı dialoqlar qururlar. Uşaqlara münasibətdı ayrı-seçkiliyə yol verilmir.

Biz məktəbəqədər təlim-tərbiyə müəssisələrinin işçiləri unutmamalıyıq ki, gənc nəsli gələcək hədyata hazırlayırıq. Azərbaycanın gələcəyi onlardan asılıdır. Möhkəm təməllər üzərində qurulan, bilik və bacarıqlara yiyələnən gənclər ölkəmizi xöşbəxt gələcəyə aparacaqdır. Biz yalnız bu məqsəd uğrunda çalışırıq.
Bağçamızda Uşaq Hüquqları Konvensiyasının öyrənilməsinə, tərbiyəçilərin bu sənəddə təsbsit olunmuş hüquqlara hörmətlə yanaşmasına xüsusi diqqət yetirirlir və bu istiqamətdə sistemli, məqsədyönlü işdə aparırırq.

Leyla Bayramova, Abşeron rayonu, Xırdalan şəhər 24 nömrəli körpələr evi-uşaq bağçasının müdiri.

Zəngilanı Naxçıvan və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti nailiyyəti olacaqdır
Zəngilanı Naxçıvan və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti nailiyyəti olacaqdır
Zəfər missiyamız Füzuli rayonundan başlanıb
Zəfər missiyamız Füzuli rayonundan başlanıb
Xankəndi şəhərində qaldırılan üçrəngli bayrağımız əbədi dalğalanacaq
Xankəndi şəhərində qaldırılan üçrəngli bayrağımız əbədi dalğalanacaq
Azərbaycana qarşı olan sanksiyalar ikili standartlardan xəbər verir
Azərbaycana qarşı olan sanksiyalar ikili standartlardan xəbər verir
Azərbaycan öz təhlükəsizliyini,gələcək inkişafını təmin edib və edəcək
Azərbaycan öz təhlükəsizliyini,gələcək  inkişafını təmin edib və edəcək
Cəbrayıllılar doğma yurdlarına qayıdırlar
Cəbrayıllılar doğma yurdlarına qayıdırlar
Ümummilli Lider Heydər Əliyev Azərbaycanda yeni inkişaf dövrünün əsasını qoymuşdur
Ümummilli Lider Heydər Əliyev Azərbaycanda yeni inkişaf dövrünün əsasını qoymuşdur
Aşıq sənətinə dövlət qayğısının bariz nümunəsi
Aşıq sənətinə dövlət qayğısının bariz nümunəsi
Azərbaycan həm güclü iqtisadiyyata, həm də güclü siyasətə malik bir dövlətdir
Azərbaycan həm güclü iqtisadiyyata, həm də güclü siyasətə malik bir dövlətdir
Bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu
Bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu
Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir
Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir
Qarabağ Universitetinin yaradılması tarixi hadisədir
Qarabağ Universitetinin yaradılması tarixi hadisədir
Azərbaycan bir gün ərzində öz suverenliyini bərpa etdi
Azərbaycan bir gün ərzində öz suverenliyini bərpa etdi
Erkən nikahların və qohum evliliklərinin qarşısı belə alınacaq
Erkən nikahların və qohum evliliklərinin qarşısı belə alınacaq
İtaliyada Avropanın Azərbaycana qarşı ikili standartına vurulan ölümcül zərbə...
İtaliyada Avropanın Azərbaycana qarşı ikili standartına vurulan ölümcül zərbə...
Heydər Əliyev Naxçıvanda Azərbaycanın müstəqilliyinin təməlini qoydu
Heydər Əliyev Naxçıvanda Azərbaycanın müstəqilliyinin təməlini qoydu
Qardaş Özbəkistanla yolumuz, amalımız birdir
Qardaş Özbəkistanla yolumuz, amalımız birdir
Laçın rayonu cənnətə çevrilir
Laçın rayonu cənnətə çevrilir
Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır
Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır