Xəbər lentİ

Abşeronun Uşaq Gənclər İnkişaf Mərkəzində Yeni il tədbiri keçirilib

09:57, 31.12.19
Oxunub: 712
TƏHSİL
Abşeronun Uşaq Gənclər İnkişaf Mərkəzində Yeni il tədbiri keçirilib

Abşeron rayon Uşaq Gənclər İnkişaf Mərkəzində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycana məhəbbət, milli mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirən “Xoş gəlmisən, Yeni il!” mövzusunda bayram tədbiri keçirilib.
Mərkəzin direktoru Aytən Rüstəmova əlamətdar günlər münasibətilə məktəbliləri təbrik edib və onlara gələcək təhsillərində uğurlar arzulayıb.
A.Rüstəmova Yeni ilin dünyanın müxtəlif xalqları üçün ənənəvi bayrama çevrildiyi kimi Azərbaycanda da insanların məişətinə daxil olduğunu bildirib. O, həmrəylik gününün ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaqda, onlar arasında birlik yaratmaqda mühüm rol oynadığını vurğulayıb.

Əvvəlcə əllərində Azərbaycan bayrağı dalğalandıran uşaqlar dövlət himnimizi səsləndiriblər. Sonra Abbas Səhhətin “Vətən” şeirinin səsləndirilməsi ilə davam edən şənlikdə milli geyimli uşaqlar rəqslərimizi və milli nağıllarımız əsasında hazırladıqları səhnəcikləri təqdim ediblər.

Sonda Şaxta baba uşaqlara hədiyyələr paylayıb.

Fikirlər

 Oxşar xəbərlər: