Xəbər lentİ

1 və 23 saylı bağçaların fəaliyyətə başlaması üçün hazırlıq işləri görülüb

09:07, 18.09.20
Oxunub: 958
TƏHSİL
1 və 23 saylı bağçaların fəaliyyətə başlaması üçün hazırlıq işləri görülüb

Abşeron rayonunda körpələr evi-uşaq bağçalarının fəaliyyətə başlaması istiqamətində hazırlıq işləri görülür.
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, oktyabrın 1-dən uşaq bağçalarının tam açılması nəzərdə tutulur. Bununla əlaqədar olaraq rayon ərazisindəki dövlət məktəbəqədər təhsil müəssisələrində müvafiq sanitar-gigiyenik normalara və xüsusi karantin rejiminin tələblərinə əməl edilməklə dezinfeksiya işləri aparılıb.

Növbəti hazırlıq işləri Xırdalan şəhərində yerləşən 1 və 23 saylı bağçalarda aparılıb. Hər iki bağçanın tərbiyəçiləri və texniki işçiləri iş yerlərində geniş təmizlik, iməcilik, tibbi-profilaktik işlər görüb. İşçi heyət hazırkı şəraitdə işləmək qaydaları barədə təlimatlandırılıb. Məktəbəqədər təhsil müəssisələrinin həyətləri, yataq, oyun, mətbəxləri və digər otaqları təmizlənib. Otaqların havalandırılması və təlimata uyğun dezinfeksiyası üçün tədbirlər həyata keçirilib.

Bundan əlavə, bağçalar xüsusi dezinfeksiyaedici məhlullarla təmin olunub və məktəbəqədər müəssisələr fəaliyyətə başladığı zaman onlar bağçanın girişinə qoyulacaq. Bağçalar açıldıqdan sonra xüsusi karantin rejiminin tələblərinə uyğun şəkildə fəaliyyət göstərəcək.

Fikirlər

 Oxşar xəbərlər: