Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeron rayonunda "Şuşa İli"nə həsr olunmuş rəsm sərgi-tədbiri keçirilib

Tarix:4-06-2022, 21:49

Abşeron rayonunda "Şuşa İli"nə həsr olunmuş rəsm sərgi-tədbiri keçirilib

Abşeron rayon İcra Hakimiyyəti, Milli Məclisin Mədəniyyət Komitəsi, Azərbaycan Respublikasının Rəssamlar İttifaqı və İcra Hakimiyyəti yanında İctimai Şuranın təşkilatçılığı ilə Xırdalan şəhər Heydər Əliyev Mərkəzində "Şuşa İli"nə həsr olunmuş rəsm sərgi- tədbiri keçirilib. Tədbirdə Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva, Azərbaycan Respublikasının Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, icra hakimiyyətinin və İctimai Şuranın əməkdaşları, Şuşanın azadlığı uğrundə döyüşərək şəhidlik zirvəsinə yüksələn igidlərimizin ailələri və könüllülər iştirak edib.

İştirakçılar əvvəlcə Ümumilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Daha sonra Abşeron məktəblərinin istedadlı şagirdlərinin, sağlamlıq imkanları məhdud şəxslərin çəkdikləri və “Şuşa ili”nə həsr olunan, Şuşanın təbiətini, tarixi abidələrini, gözəlliklərini əks etdirən rəsmlər sərgilənib.

Akt zalında baş tutan tədbirdə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin ruhu bir dəqiqəlik sükut ilə yad edilib.

Tədbirdə millət vəkili Qənirə Paşayeva çıxış edərək ölkəmizdə mədəni sahənin inkişaf etdirilməsinin dövlətin prioritetlərindən olduğunu bildirib. Qeyd edilib ki, Ümummilli Lider Heydər Əliyev respublikamızda mədəni sahənin surətli inkişafı istiqamətində çox mühüm addımlar atıb. Bu siyasət hazırda da cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkənin mədəni həyatının dünya içtimaiyyətinə çatdırılmasında, təbliğində və daha da inkişaf etdirilməsində Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlərin əhəmiyyətindən danışan millət vəkili əlavə edib ki, hər birimiz bu səhəni daha da irəli aparmaq üçün əlimizdən gələni etməliyik.

Tədbirdə RİH başçısı Abdin Fərzəliyev çıxış edərək Şuşanın Azərbaycan xalqının tarixində tutduğu yeri, onun rolunu vurğulayıb və müqəddəs şəhərimizin Şanlı Ordumuz tərəfindən düşmən işğalından azad edilməsinin əhəmiyyətindən danışıb. Ölkəmizdə dövlət tərəfindən şəhid ailələrinə və qazilərə böyük diqqət və qayğının götərildiyini, sağlamlıq imkanları məhdud olan gənclərin dəstəkləndiyini qeyd edən Abdin Fərzəliyev Abşeron rayonunda da bu səpkili layihələrin uğurla icra olunduğunu bildirib. Rayon ərazisində keçirilən bütün tədbirlərdə şəhid ailələrinin, qazilərin iştirak etdiyini, onların bir çoxunun işlə təmin edildiyini, sağlamlıq imkanları məhdud olan istedadlı insanlara lazimi dəstəyin göstərildiyini vurğulayan başçı Abşeron rayonunda qısa zamanda görülən işlər barəsində məlumat verib.

Sonra Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov və şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova çıxış edərək tədbirin keçirilməsində əsas məqsədin milli-mənəvi dəyərlərimizi özündə yaşadan, tarixi əhəmiyyəti ilə xalqımız üçün müstəsna dəyərə malik olan Qarabağın, o cümlədən Şuşanın zəngin mədəniyyətini, tarixini, təbiətini tanıtmaq, təbliğ etmək, yetişməkdə olan gənc nəslə çatdırmaq olduğunu qeyd ediblər. Şanlı Azərbaycan Ordusu 30 il düşmən tapdağı altında qalan doğma torpaqlarımızı 44 günlük uğurlu hərbi əməliyyatlar nəticəsində azad etdi. Bu əməliyyatlar sayəsində yaşayış məntəqələrimiz bir-birinin ardınca ermənilərdən təmizləndi.

Daha sonra Ceyranbatan qəsəbə 1 saylı tam orta məktəbin şagirdlərinin hazırladığı səhnəciklər nümayiş olunub.

Sonda şəhid ailələri, qazilər və sağlamlıq imkanları məhdud olan istedadlı gənclərlə birgə xatirə fotosu çəkilib, onların hər birinə hədiyyələr verilib.
Abşeron rayonunda "Şuşa İli"nə həsr olunmuş rəsm sərgi-tədbiri keçirilib
Abşeron rayonunda "Şuşa İli"nə həsr olunmuş rəsm sərgi-tədbiri keçirilib
Abşeron rayonunda "Şuşa İli"nə həsr olunmuş rəsm sərgi-tədbiri keçirilib
Abşeron rayonunda "Şuşa İli"nə həsr olunmuş rəsm sərgi-tədbiri keçirilib
Abşeron rayonunda "Şuşa İli"nə həsr olunmuş rəsm sərgi-tədbiri keçirilib
Abşeron rayonunda "Şuşa İli"nə həsr olunmuş rəsm sərgi-tədbiri keçirilib

Xocalı soyqırımı heç vaxt unudulmayacaq
Xocalı soyqırımı heç vaxt unudulmayacaq
Xocalı həqiqətləri və tarixi zəfər
Xocalı həqiqətləri və tarixi zəfər
Azərbaycan-Serbiya münasibətləri yeni strateji mərhələdə
Azərbaycan-Serbiya münasibətləri yeni strateji mərhələdə
Dövlət idarəçiliyində süni intellektin tətbiqi və xidmətlərin vahid mərkəzdən göstərilməsi strateji zərurətdir
Dövlət idarəçiliyində süni intellektin tətbiqi və xidmətlərin vahid mərkəzdən göstərilməsi strateji zərurətdir
Regionda sülh sahəsində əldə olunmuş nəticələr gücləndirilir
Regionda sülh sahəsində əldə olunmuş nəticələr gücləndirilir
Azərbaycan regionda yeni siyasi reallıq formalaşdırır
Azərbaycan regionda yeni siyasi reallıq formalaşdırır
Gənclərə etimad göstərən dövlət modeli
Gənclərə etimad göstərən dövlət modeli
Gənclik amili Azərbaycanın milli inkişaf modelinin əsas sütunudur
Gənclik amili Azərbaycanın milli inkişaf modelinin əsas sütunudur
Prezident İlham Əliyevin gənclər strategiyası uğurlu gələcəyə aparır
Prezident İlham Əliyevin gənclər strategiyası uğurlu gələcəyə aparır
Yeni dünya reallıqları və Azərbaycanın strateji mövqeyi
Yeni dünya reallıqları və Azərbaycanın strateji mövqeyi
Davosdan verilən mesajlar Azərbaycanın strateji xəttini ortaya qoydu
Davosdan verilən mesajlar Azərbaycanın strateji xəttini ortaya qoydu
20 Yanvar faciəsi - öz şəhadətləri ilə xalqına azadlıq, müstəqillik gətirən şəhidlərimiz mübarizliyin, zülmə etirazın sinvoluna çevrildilər...
20 Yanvar faciəsi - öz şəhadətləri ilə xalqına azadlıq, müstəqillik gətirən şəhidlərimiz mübarizliyin, zülmə etirazın sinvoluna çevrildilər...
Yeni Dövlət Proqramı Xırdalanın su təhlükəsizliyini strateji səviyyədə təmin edəcək
Yeni Dövlət Proqramı Xırdalanın su təhlükəsizliyini strateji səviyyədə təmin edəcək
Bu layihə bizə imkan verəcək ki, ...
Bu layihə bizə imkan verəcək ki, ...
Abşeron Ağsaqqalları dövlətçilik və vətənpərvərlik dəyərlərinin təbliğini davam etdirir
Abşeron Ağsaqqalları dövlətçilik və vətənpərvərlik dəyərlərinin təbliğini davam etdirir
Azərbaycana qoyulan sərmayə mənfəət gətirəcək...
Azərbaycana qoyulan sərmayə mənfəət gətirəcək...
Sülh, inkişaf və güc balansı Prezidentin geniş müsahibəsində
Sülh, inkişaf və güc balansı Prezidentin geniş müsahibəsində
Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı müəyyən etdiyi siyasi-strateji hədəf artıq real nəticələrlə müşayiət olunur
Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı müəyyən etdiyi siyasi-strateji hədəf artıq real nəticələrlə müşayiət olunur
Milli həmrəylik Azərbaycan xalqının ən böyük gücüdür
Milli həmrəylik Azərbaycan xalqının ən böyük gücüdür