Absheron Media
Haqqımızda Bizimlə əlaqə

26 İyun - Şərəf tariximiz!

Tarix:22-06-2022, 20:00

26 İyun  - Şərəf tariximiz!


104 il öncə - 1918-ci ilin may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal Bəyannaməsində yazılırdı ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Cümhuriyyət hökumətinin önündə dayanan prioritet vəzifələrindən biri, bəlkə də birincisi ölkənin istiqlalının və təhlükəsizliyinin təminatçısı olan ordu yaratmaq idi. Çünki ordusu olmayan dövlətin müstəqilliyindən danışmaq mümkün deyil. AXC-nin ordu quruculuğu haqqında tədbirlər planına görə 1919-cu il noyabrın 1-nə qədər ordunun əsas struktur bölmələri yaradılıb başa çatdırılmalı idi. Azərbaycan Cümhuriyyəti yaradıldığı ilk dövrdə onun hərbi qüvvəsi 600 nəfərlik könüllü dəstədən ibarət idi. Hökumət 1918-ci il iyunun 19-da ölkə ərazisində hərbi vəziyyət elan etdi. 1918-ci il iyunun 26-da isə AXC mühüm bir tarixi qərar verdi. Cümhuriyyətin Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə Çar Rusiyası dövründə Vəhşi diviziya (Дикая дивизия) adlanan keçmiş Tatar süvari alayının əsgərlərindən formalaşdırılmış və general Əliağa Şıxlinskinin rəhbərlik etdiyi Müsəlman korpusunun əsasında ilk ordu hissəsi - 5000 nəfər şəxsi heyəti olan Əlahiddə Azərbaycan korpusu yaradıldı. Sonra isə ölkədə orduya çağırış haqqında fərman imzalandı. Qısa müddətdə Azərbaycanda milli ordu quruculuğunda önəmli irəliləyişlərə nail olundu. İyulun 11-də hökumət fərmanı ilə hərbi səfərbərlik elan edildi. Azərbaycan Respublikasının 1894-1899-cu illərdə anadan olmuş bütün müsəlman vətəndaşları orduya hərbi qulluğa çağırıldılar. Ordu quruculuğu sahəsində aparılan işlər nəticəsində 23 ayda 30.000 əsgərdən ibarət nizami ordu quruldu. Ordumuz Qarabağ və Zəngəzurda suverenliyimizin müdafiəsi istiqamətində mühüm uğurlar qazandı. Lakin 1920-ci il aprel ayının 27-də bolşeviklərin Azərbaycanı işğal etməsi nəticəsində Milli Ordumuz dağıdıldı. Sovet hakimiyyəti dövründə də azərbaycanlılara qarşı hərbi siyasət aparılırdı, belə ki, azərbaycanlı gənclər orduda yalnız tikinti batalyonlarında işlədilirdilər. Bu siyasət ona görə idi ki, azərbaycanlılar arasında hərb elminə yiyələnən, müasir silahla rəftar etməyi bacaran hərbçi yetişməsin. Dahi Rəhbərimiz, böyük siyasətçi Heydər Əliyev bunu yaxşı bilirdi. Və bilirdi ki, Azərbaycana öz torpaqlarını gələcəkdə də qorumaq üçün mütləq güclü ordu lazımdır. Odur ki, 1971-ci ildə C.Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbin açılmasına qərar verdi. Torpaqlarımızın işğaldan azad edilməsində məhz bu məktəbin yetirmələrinin əsas rolu oldu.

Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsindən əvvəl çıxışlarında daim bildirirdi ki, nəyin bahasına olursa-olsun ərazi bütövlüyümüzü bərpa edəcəyik. Hər gün, hər ay bizim qələbəmizi yaxınlaşdırır. Hər ay, hər il Azərbaycan daha da güclənir, Ermənistan daha da zəifləyir. Bunu artıq bu məsələ ilə məşğul olan bütün maraqlı qurumlar, ölkələr də görür, bilir. Tarixin gedişatı aydın göstərir ki, işğalçı Ermənistan Azərbaycan ilə rəqabət aparmaq gücündə deyil. Onların əsas ümidi həmişə xarici qüvvələrə, erməni lobbisinə, onun havadarlarına olub. Azərbaycan isə öz gücünə arxalanıb. Haqqın, ədalətin qalib gələcəyinə inanıb.
Müasir tariximiz də bunu təsdiq etdi.

27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsi 30 ilə yaxın davam edən erməni işğalına son qoyulması ilə başa çatdı. 3000-dən artıq qəhrəman gəncimiz Vətən uğrunda canından keçərək adını
Azərbaycan tarixinə qızıl hərflərlə yazdı. Bu gün Azərbaycan Silahlı Qüvvələr Gününü torpaqlarımızın işğaldan azad olunmasının
sevincini yaşayaraq qeyd edirik.

26 İyun - Azərbaycan Silahlı Qüvvələr Günündə 104 yaşlı ordumuzun keçdiyi inkişaf yoluna, onun Vətən müharibəsindəki misilsiz qəhrəmanlıqlarına nəzər saldıqda bir daha Azərbaycan Ordusunun nələrə qadir olduğunu görürük. Bu gün Azərbaycan Ordusu gücünə görə Cənubi Qafqazda 1-ci, dünyada isə artıq 50-ci yerə qədər irəliləyib. Ordumuz 44 günlük İkinci Qarabağ müharibəsi ilə qəhrəmanlıq tarixi yazıb, mənfur erməni işğalına son qoyub, Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdışa yol açıb.

Silahlı Qüvvələrimiz 44 gün davam edən müqəddəs savaş nəticəsində Füzulinin, Ağdamın, Cəbrayılın, Kəlbəcərin, Qubadlının, Zəngilanın, Şuşanın, Hadrutun 300-ə yaxın kəndinim, strateji yüksəkliklərinin işğaldan azad olunması ilə bölgədə yeni geopolitik mənzərə yaratdı. Əlbəttə ki, Azərbaycan Ordusunun uğurları Prezident, Ali Baş Komandan İlham Əliyevin 17 illik gərgin siyasi-diplomatik səylərinin, dövlətçilik təcrübəsinin, torpağına bağlılığının, əsgər və zabitlərimizin ruh yüksəkliyinin, xalq-ordu birliyinin məntiqi nəticəsidir. “Şuşasız bizim işimiz yarımçıq olar”, söyləyən Ali Baş Komandan İlham Əliyev ulu babalarımızın əmanətini xalqımıza qaytarmaqla Ulu Öndər Heydər Əliyevin vəsiyyətini də yerinə yetirdi.

İlham Əliyev Ali Baş Komandan kimi hər zaman gənclərin döyüş ruhunu yüksək qiymətləndirir: “Mən çox şadam ki, gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə alırlar. Gənclərimiz bizim ümidimizdir. Gələcəkdə ölkəmizi onlar idarə edəcəklər. Mən çox şadam ki, orduda xidmət edən gənclər Vətənə bağlı olan insanlardır”.

Əminik ki, Ordumuz bundan sonra da Vətənimizi göz bəbəyi kimi qoruyacaq.

Eşq olsun Azərbaycan Ordusuna!

Bu gün bir daha bizə qələbə sevinci yaşadan, başımızı uca edən qəhrəman övladlarımızın - Şəhidlərimizin ruhunu böyük ehtiramla anırıq!
Vətən uğrunda döyüşən hər bir qəhrəmanımız unudulmazdır!

Xatirə İsmayılova,
Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medallarına layiq görülən şəhid Həsənli Elçin Vaqif oğlunun anası

Xocalı soyqırımı heç vaxt unudulmayacaq
Xocalı soyqırımı heç vaxt unudulmayacaq
Xocalı həqiqətləri və tarixi zəfər
Xocalı həqiqətləri və tarixi zəfər
Azərbaycan-Serbiya münasibətləri yeni strateji mərhələdə
Azərbaycan-Serbiya münasibətləri yeni strateji mərhələdə
Dövlət idarəçiliyində süni intellektin tətbiqi və xidmətlərin vahid mərkəzdən göstərilməsi strateji zərurətdir
Dövlət idarəçiliyində süni intellektin tətbiqi və xidmətlərin vahid mərkəzdən göstərilməsi strateji zərurətdir
Regionda sülh sahəsində əldə olunmuş nəticələr gücləndirilir
Regionda sülh sahəsində əldə olunmuş nəticələr gücləndirilir
Azərbaycan regionda yeni siyasi reallıq formalaşdırır
Azərbaycan regionda yeni siyasi reallıq formalaşdırır
Gənclərə etimad göstərən dövlət modeli
Gənclərə etimad göstərən dövlət modeli
Gənclik amili Azərbaycanın milli inkişaf modelinin əsas sütunudur
Gənclik amili Azərbaycanın milli inkişaf modelinin əsas sütunudur
Prezident İlham Əliyevin gənclər strategiyası uğurlu gələcəyə aparır
Prezident İlham Əliyevin gənclər strategiyası uğurlu gələcəyə aparır
Yeni dünya reallıqları və Azərbaycanın strateji mövqeyi
Yeni dünya reallıqları və Azərbaycanın strateji mövqeyi
Davosdan verilən mesajlar Azərbaycanın strateji xəttini ortaya qoydu
Davosdan verilən mesajlar Azərbaycanın strateji xəttini ortaya qoydu
20 Yanvar faciəsi - öz şəhadətləri ilə xalqına azadlıq, müstəqillik gətirən şəhidlərimiz mübarizliyin, zülmə etirazın sinvoluna çevrildilər...
20 Yanvar faciəsi - öz şəhadətləri ilə xalqına azadlıq, müstəqillik gətirən şəhidlərimiz mübarizliyin, zülmə etirazın sinvoluna çevrildilər...
Yeni Dövlət Proqramı Xırdalanın su təhlükəsizliyini strateji səviyyədə təmin edəcək
Yeni Dövlət Proqramı Xırdalanın su təhlükəsizliyini strateji səviyyədə təmin edəcək
Bu layihə bizə imkan verəcək ki, ...
Bu layihə bizə imkan verəcək ki, ...
Abşeron Ağsaqqalları dövlətçilik və vətənpərvərlik dəyərlərinin təbliğini davam etdirir
Abşeron Ağsaqqalları dövlətçilik və vətənpərvərlik dəyərlərinin təbliğini davam etdirir
Azərbaycana qoyulan sərmayə mənfəət gətirəcək...
Azərbaycana qoyulan sərmayə mənfəət gətirəcək...
Sülh, inkişaf və güc balansı Prezidentin geniş müsahibəsində
Sülh, inkişaf və güc balansı Prezidentin geniş müsahibəsində
Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı müəyyən etdiyi siyasi-strateji hədəf artıq real nəticələrlə müşayiət olunur
Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı müəyyən etdiyi siyasi-strateji hədəf artıq real nəticələrlə müşayiət olunur
Milli həmrəylik Azərbaycan xalqının ən böyük gücüdür
Milli həmrəylik Azərbaycan xalqının ən böyük gücüdür