Absheron Media
Haqqımızda Bizimlə əlaqə

İşğaldan azad edilən torpaqlarımızda Novruz tonqalları qalanır

Tarix:25-03-2023, 10:47

İşğaldan azad edilən torpaqlarımızda Novruz tonqalları qalanır

Yurdumuza yenidən xoş müjdəli bahar gəldi. 30 il həsrətlə dilədiyimiz arzular artıq 3 ildir ki, çin olub. Üç idir ki, 30 il işğal altında qalan əzəli-əbədi yurd yerlərimizdə uca dağlar, sıldırım qayalar öz ana dilimizdə əks-səda verir. Vətən uğrunda canından keçən şəhidlərimizin ruhu şaddır. İşğaldan azad edilən torpaqlarımızda Novruz tonqalları qalanır, şənliklər keçirilir.

Böyük Qayıdışın ilk ünvanı olan Zəngilan rayonunun Ağalı kəndində, Tərtər rayonunun Talış kəndində sakinlər Novruz bayramını öz doğma yurdlarında böyük coşqu ilə qeyd edirlər. Bu böyük sevinci Azərbaycan xalqına yaşadan yenilməz Azərbaycan Ordusuna, qəhrəman şəhidlərimizə, qazilərimizə və Ali Baş Komandanımıza minnətdarıq.

Azərbaycan xalqı vətənpərvər, yurdsevər, milli ruhlu qəhrəman xalqdır. Biz bunun 44 günlük Vətən müharibəsində bir daha şahidi olduq. Xalq bir nəfər kimi “Dəmir yumruq” ətrafında birləşdi. Torpaqlarımızın geri qaytarılması üçün hər kəs əlindən gələni etdi. Analar cəbhədə vuruşan oğullarına ürək-dirək verdi, qələbəyə ruhlandırdı. Cəngavər vətən oğulları düşmənin bağrını yardı. Daim irəliləyən döyüşçülərimizin rəşadəti düşməni lərzəyə saldı. Pərən-pərən düşən işğalçı quldurlar silahını yerə atıb geri qaçmağa məcbur oldular. Baxmayaraq ki, 44 günlük müharibə dövründə Azərbaycana qarşı bir çox xarici təsirlər oldu. Ermənilərə isə hər cür kömək göstərildi.
Ermənilərin havadarları Azərbaycanın başını mənasız danışıqlarla, mənasız bəyanatlarla qataraq vaxt aparmağa, bizi işğalla barışdırmağa cəhd göstərirdilər. Bir neçə dövlət tərəfindən silah-sürsat, maddi yardım alan Ermənistan Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilmədi. Özləri, orduları haqqında bütün dünyada mif yaradan erməni ordusunun 11 min əsgəri fərari oldu.
Azərbaycan xalqı öz haqqını, öz hüquqlarını döyüş meydanında öz gücü ilə bərpa etdi. Üçrəngli Azərbaycan bayrağını igidlərimiz qanları bahasına azad etdikləri ərazilərimizdə ucaltdılar.
Lakin Azərbaycanın bu böyük qələbəsi Ermənistana hələ də dərs olmayıb. Yenidən Ermənistanda revanşist qüvvələr baş qaldırıb. Təxribat törətməyə can atırlar. Azərbaycana qarşı yenidən ərazi iddiasına qalxırlar.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Azərbaycan işğal dövründə dəfələrlə bəyan edirdi ki, əgər məsələ sülh yolu ilə həll olunmazsa, müharibə yolu ilə öz doğma torpaqlarımızı işğaldan azad edəcəyik. Ermənistan rəhbərliyi o qədər azğınlaşmışdı ki, “Qarabağ Ermənistandır və nöqtə” sözlərini deyərək, Azərbaycan xalqının haqlı hüququnu əlimizdən almaq istəyirdi. Ermənistanın arxasında dayanan qüvvələr, o cümlədən ovaxtkı Minsk qrupuna həmsədrlik edən ölkələr bu bəyanata heç bir reaksiya verməmişdilər.

Azərbaycan öz doğma torpaqlarını azad edəndən sonra yenə də bizə qarşı ədalətsiz addımlar atılır və çirkin əməllər törədilir. Erməni havadarları, Ermənistanın işğalçılıq siyasətinə şərik olan ölkələr bizə qarşı informasiya müharibəsi elan ediblər. Bəzi ölkələrdə Azərbaycanın daxili işləri ilə bağlı hansısa konfranslar, simpoziumlar təşkil edirlər. Bəzi ermənipərəst ölkələr dünya xəritəsində olmayan, Azərbaycanın ərazisində olmayan dırnaqarası “Dağlıq Qarabağın müstəqilliyini” tanıyırlar”.
Bütün bunlara baxmayaraq Azərbaycan xalqı öz dədə-baba yurdunu göz bəbəyi kimi qoruyub saxlamağa qadirdir. Belə ki, bizim öz torpağımızı qorumaq üçün güclü ordumuz, möhkəm iradəmiz, qəhrəman övladlarımız, yaxın, etibarlı dostlarımız və olduqca güclü, uzaqgörən siyasətçi Ali Baş Komandanımız var.

Qarabağ Azərbaycan ərazisi kimi beynəlxalq birliklər tərəfindən tanınır və biz öz torpaqlarımızı 30 illik danışıqlardan sonra, nəhayət güc tətbiq edərək işğaldan azad edərək, qanun çərçivəsində, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun şəkildə ərazi bütövlüyümüzü bərpa etmişik.
Lakin ermənilər işğal etdikləri ərazilərdə demək olar ki, yaşamayıblar. Bu 30 il ərzində onlar yalnız burada evləri sökmüş, daşlarını, taxtalarını, hətta mərmər qəbir daşlarını belə aparıb satmışlar. Qədim dini və mədəni abidələrimizi darmadağın etmişlər. Məscidlərimizi təhqir edərək orada donuz və başqa heyvanlar saxlamışlar.

Yeraltı və yerüstü sərvətlərimizi talan edərək başqa ölkələrə satmışlar. Bir sıra rayon və kəndlərimizi yer üzündən siliblər. Daşı daş üstündə qoymayıblar. İşğaldan azad edilmiş ərazilərə gələn xarici jurnalistlər bu mənzərələri öz gözləri ilə görərək dəhşətə gəlirlər. Onlar Ağdamı “Qafqazın Xirosiması” adlandırırlar.

Artıq üçüncü ildir ki, torpaqlarımızı düşmən tapdağından azad etmişik. Bu müddət ərzində doğma torpaqlarımızda bərpa quruculuq işləri görülür. Yollar, körpülər, tunellər çəkilir. İçtimai iaşə obyektləri, məktəb, uşaq baxçası və s. tikilib istifadəyə verilir.

Artıq bu torpağın əsil sahibləri böyük sevinc hissi ilə öz yurd-yuvalarına dönürlər. Bu yaxınlarda Tərtərin Talış kəndinə 20 ailə köçüb. Yaxın vaxtlarda isə buradan 30 il əvvəl didərgin düşmüş daha 180 ailə öz doğma ocağına dönəcək. Onlar üçün burada hər bir şərait yaradılıb.

30 il əvvəl bir milyona yaxın soydaşımız öz ev-eşiyindən, var-dövlətindən oldu. Onlar Bakıda və digər rayonlarda məskunlaşdılar. Ağır şəraitdə, vətən həsrəti ilə yaşadılar. Artıq bütün bu həsrətə son qoyuldu. Böyük Qayıdış başladı. Qaşqın və köçkünlərimiz artıq geri qayıtmağa hazırlaşırlar.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: “Rəsmi İrəvan indi özü üçün yeni ağa axtarışındadır. Bilmir kimin ayağının altına yıxılsın. Ermənistan bütün dünyaya öz satqınlığını, nankorluğunu bir daha göstərir.

Ermənistanın 29 min kvadratkilometr ərazidə rahat yaşaması üçün bir şərt var – bizim şərtimizi qəbul etməlidir, rəsmən Qarabağı Azərbaycan ərazisi kimi tanımalıdır, bizimlə sülh müqaviləsi imzalamalıdır, bizim şərtlərə əsasən delimitasiya işləri aparmalıdır.

Əgər Ermənistan bizim ərazi bütövlüyümüzü tanımasa, biz də onların ərazi bütövlüyünü tanımayacayıq. Bunun nəticəsi nə olacaq, bunu Ermənistan və onun arxasında duran riyakar ölkələr yaxşı bilməlidirlər. Yaxşı bilməlidirlər ki, bizə qarşı heç bir çirkin plan həyata keçməyəcək. Bizim həm gücümüz var, həm dostlarımız var, dünyada güclü mövqeyimiz var və güclü iradəmiz var”.

Bəli, bütün dünya bilməlidir ki, biz güclü, qürurlu, özünə inamlı, qəhrəman xalqıq. Heç kim bizim iradəmizi sındıra bilməz. Biz öz gücümüzlə doğma vətənimizi qorumağa qadirik.

Şəhla Ağbulud
Abşeron qəzetinin baş redaktoru

Sülh, inkişaf və güc balansı Prezidentin geniş müsahibəsində
Sülh, inkişaf və güc balansı Prezidentin geniş müsahibəsində
Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı müəyyən etdiyi siyasi-strateji hədəf artıq real nəticələrlə müşayiət olunur
Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı müəyyən etdiyi siyasi-strateji hədəf artıq real nəticələrlə müşayiət olunur
Milli həmrəylik Azərbaycan xalqının ən böyük gücüdür
Milli həmrəylik Azərbaycan xalqının ən böyük gücüdür
Qalib xalqın qalib idmançıları
Qalib xalqın qalib idmançıları
Azərbaycan şəhərləri yeni inkişaf mərhələsinə qədəm qoyur
Azərbaycan şəhərləri yeni inkişaf mərhələsinə qədəm qoyur
İlham Əliyevin liderliyi ilə Azərbaycanın yeni dövrü
İlham Əliyevin liderliyi ilə Azərbaycanın yeni dövrü
“Konstitusiya və Suverenlik ili”ndə Dövlət Başçısından humanist addım
“Konstitusiya və Suverenlik ili”ndə Dövlət Başçısından humanist addım
Ulu Öndər Heydər Əliyev və müasir Azərbaycanın formalaşması
Ulu Öndər Heydər Əliyev və müasir Azərbaycanın formalaşması
12 dekabr – Ulu Öndər Heydər Əliyevin anım günü: Azərbaycan xalqının dərin ehtiramını ifadə edən gün
12 dekabr – Ulu Öndər Heydər Əliyevin anım günü: Azərbaycan xalqının dərin ehtiramını ifadə edən gün
Heydər Əliyev Azərbaycanın xilaskarıdır
Heydər Əliyev Azərbaycanın xilaskarıdır
Ömrünü xalqına həsr edən Dahi Lider
Ömrünü xalqına həsr edən Dahi Lider
Azərbaycan-Slovakiya strateji tərəfdaşlığı uğurla inkişaf edir
Azərbaycan-Slovakiya strateji tərəfdaşlığı uğurla inkişaf edir
Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı möhkəmlənir
Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı möhkəmlənir
Şanlı zəfərin təcəssümü - 25 noyabrın Kəlbəcər şəhəri günü elan edilməsi
Şanlı zəfərin təcəssümü - 25 noyabrın Kəlbəcər şəhəri günü elan edilməsi
Abşeronda ekoloji məsuliyyətə töhfə verən növbəti təşəbbüs həyata keçirilib
Abşeronda ekoloji məsuliyyətə töhfə verən növbəti təşəbbüs həyata keçirilib
Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır
Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır
Ağdamın əvvəlki şöhrəti bərpa olunacaqdır
Ağdamın əvvəlki şöhrəti bərpa olunacaqdır
Azərbaycan-Özbəkistan münasibətləri möhkəm təməl üzərində qurulub
Azərbaycan-Özbəkistan münasibətləri möhkəm təməl üzərində qurulub
Son illər ərzində aparılmış işlər nəticəsində bölgələrin canlanmasını hər bir Azərbaycan vətəndaşı əyani şəkildə görür
Son illər ərzində aparılmış işlər nəticəsində bölgələrin canlanmasını hər bir Azərbaycan vətəndaşı əyani şəkildə görür