Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Akademik Zərifə xanım Əliyeva əsl Azərbaycan xanımının bütün mənəvi dəyərlərini özündə cəmləşdirmişdir

Tarix:10-04-2023, 07:06

Akademik Zərifə xanım Əliyeva əsl Azərbaycan xanımının bütün mənəvi dəyərlərini özündə cəmləşdirmişdir


Nəinki Azərbaycan qadınlarına, bütün dünya qadınlarına nümunə ola biləcək nurlu sima, böyük oftomoloq-alim, sədaqətli silahdaş, gözəl ana Zərifə xanım Əliyevanın anadan olmasının 100 ili tamam olur. Zərifə xanım o insanlardandır ki, onun ömrü kiçik zaman kəsiyinə sığmır, böyük ümmanlar kimi xalqın yaddaşında əbədi iz buraxır, mənalı həyatı zaman-zaman insanlar üçün örnək olur, əməlləri, gözəl insani keyfiyyətləri ilə insanların qəlbində işıqlı zərrələrə dönür.

Zərifə xanım Əliyeva uzaqgörən, müdrik siyasətçi, ictimai-siyasi xadim, görkəmli dövlət xadimi, elm fədaisi Əziz Əliyevin ailəsində dünyaya göz açıb. Ulu tanrı onun taleyinə dövlət xadiminin qızı, ümummilli lider səviyyəsinə yüksəlmiş dahi şəxsiyyətin həyat yoldaşı və müstəqil Azərbaycan dövlətinin Prezidentinin, müzəffər Ali Baş Komandanın anası olmağı yazmışdır.

O, özünün zərif, kövrək çiyinlərində böyük məsuliyyət və fədakar məhəbbət yükünü daşıdı. Azərbaycan ziyalısının ən gözəl nümunəsini özündə təcəssüm etdirən tibb elmləri doktoru, akademik, əməkdar elm xadimi Zərifə Əliyeva təbabətə inamla, ədalətlə xidmət etmişdir.

Həmkarları onun haqqında deyirlər ki, onun gənc yaşlarından əyninə geydiyi ağ xalat ömrünün sonuna kimi tərtəmiz qaldı, zərrə qədər ləkələnmədi.

Zərifə xanıma xas olan müdriklik, xeyirxahlıq, insanpərəstlik, ziyalılıq onu əfsanələşdirmişdir. Azərbaycan tibb elminə böyük töhfələr vermiş Zərifə Əliyeva Azərbaycanda traxomanın sosial xəstəlik kimi ləğvinə nail olmuşdur.

O, SSRİ dövründə ən mötəbər mükafat olan “Averbax” mükafatına layiq görülən ilk qadın idi. Zərifə xanımın fəxri adları, elmi titulları, mükafatları olduqca çoxdur, lakin bu adlardan ən şərəflisi onun ana adıdır. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev onun haqqında belə deyirdi: “Mənim üçün o, birinci növbədə böyük bir insan idi. Sədaqətli həyat yoldaşı, çox mehriban bir ana idi”.

Etiraf etmək lazımdır ki, Heydər Əliyev kimi böyük şəxsiyətin məhəbbətinə layiq olmaq təkcə böyük xoşbəxtlik yox, həm də böyük məsuliyyət idi. Ancaq seçilmiş insan belə məhəbbətə layiq ola bilərdi. O, Heydər Əliyevin təkcə həyat yoldaşı deyil, həm də silahdaşı, arxadaşı idi.

Biz bu gün milli-mənəvi dəyərlərimizin qorunması haqqında çox danışırıq, tariximizi, adət-ənənələrimizi təhlil edirik, düşünürük. Ancaq bu gün bizim üçün layiqli örnək Heydər Əliyev və Zərifə Əliyeva ailəsidir. Bu ailə böyük məhəbbət bünövrəsi üstündə qurulmuşdur. Bu ailə müqəddəs idi. Zərifə xanım heç vaxt Heydər Əliyev şəxsiyyətinin arxasında daldalanmamışdır. Əksinə, xarakterinin gücü, səyi, əməyi, ağlı, iradəsi və xeyirxahlığı sayəsində özünə canlı abidə ucaltmışdı.

Zərifə xanım əsl azərbaycanlı qadınının bütün mənəvi dəyərlərini özündə cəmləşdirmişdi. Zərifə xanım qeyri-adi bir ana idi və övladlarına olan münasibəti də xüsusi idi. Belə münasibətin bənzərini tapmaq çətindir. Onun övladlarına məhəbbəti heyrət ediləcək dərəcədə olmuşdur.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev öz müsahibələrinin birində anası haqqında belə deyir: “O mənim üçün ən əziz insan idi. Onun vəfatından sonra mənim həyatım, bütün ailəmizin həyatı dəyişdi. Mən o vaxtlardakı kimi gülə bilmirəm. Mənim həyatımda xoşbəxt hadisə olanda düşünürəm: o da bunun üçün sevinərdi. O vəfat edəndə mənim böyük qızımın bir yaşı vardı. Yəni mənim qızlarım öz nənələrini görməyib, bu onların tərbiyəsində böyük itkidir”.

Zərifə xanım az yaşadı. Lakin insan həyatının dəyəri heç də illər ilə ölçülmür. Onun işi ilə insanlara, cəmiyyətə verdiyi xeyirlə ölçülür. Zərifə xanım da bütün həyatını xalqına, vətəninə həsr etmişdir.

Zərifə xanımın yüksək vətənpərvərlik, humanizm, nəciblik rəmzi olan nurlu obrazı həmişə bizimlə qalacaq, qədirbilən xalqımızın qəlbində yaşayacaq və həmişə anılacaqdır.

Təyyubə Hüseynova
Saray qəsəbə 3 saylı tam orta məktəbin direktoru,
əməkdar müəllim

Azərbaycan qlobal enerji bazarında mövqeyini gücləndirir
Azərbaycan qlobal enerji bazarında mövqeyini gücləndirir
Saray məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib
Saray məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib
Uşaqlara göstərilən qayğı sağlam gələcəyin təminatıdır
Uşaqlara göstərilən qayğı sağlam gələcəyin təminatıdır
Kənd təsərrüfatında yeni inkişaf modeli tətbiq olunacaq
Kənd təsərrüfatında yeni inkişaf modeli tətbiq olunacaq
Üçrəngli bayraqdan Zəfərə uzanan müstəqillik yolu
Üçrəngli bayraqdan Zəfərə uzanan müstəqillik yolu
Azərbaycan şəhərsalma sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir
Azərbaycan şəhərsalma sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir
Azərbaycan və İtaliya münasibətləri yeni mərhələyə qədəm qoyur
Azərbaycan və İtaliya münasibətləri yeni mərhələyə qədəm qoyur
Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub
Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub
Abşeronda xalçaçılıq ənənəsi yaşadılır: Qobulu ustaların sənət yolu
Abşeronda xalçaçılıq ənənəsi yaşadılır: Qobulu ustaların sənət yolu
Prezident Azərbaycan güləşçilərinin tarixi uğurunu yüksək qiymətləndirdi
Prezident Azərbaycan güləşçilərinin tarixi uğurunu yüksək qiymətləndirdi
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır
Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir
Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir
Şəhərsalma ili ölkədə davamlı inkişaf modelini gücləndirir
Şəhərsalma ili ölkədə davamlı inkişaf modelini gücləndirir
Azərbaycan-Latviya əlaqələrində yeni siyasi xətt
Azərbaycan-Latviya əlaqələrində yeni siyasi xətt
Müasir məktəblər gələcəyin güclü cəmiyyətini formalaşdırır
Müasir məktəblər gələcəyin güclü cəmiyyətini formalaşdırır
Şəhərsalma və memarlıq ili təhsildə yeni mərhələnin başlanğıcıdır
Şəhərsalma və memarlıq ili təhsildə yeni mərhələnin başlanğıcıdır
Zərifə Əliyeva Azərbaycan tibb tarixində silinməz iz qoyub
Zərifə Əliyeva Azərbaycan tibb tarixində silinməz iz qoyub
Azərbaycan-Gürcüstan münasibətləri çoxşaxəli və dayanıqlı xarakter daşıyır
Azərbaycan-Gürcüstan münasibətləri çoxşaxəli və dayanıqlı xarakter daşıyır
Tarixin qanlı səhifələri yaddaşlarda yaşayır
Tarixin qanlı səhifələri yaddaşlarda yaşayır