Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Azərbaycan Ordusunun qurulmasında Heydər Əliyev fenomeni...

Tarix:10-04-2023, 14:40

Azərbaycan Ordusunun qurulmasında Heydər Əliyev fenomeni...


Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xalqının tarixində müstəsna rola malik və ən mürəkkəb şəraitdə xalqının xilaskarlıq missiyasını üzərinə götürmüş bənzərsiz dövlət xadimlərindən biridir. Onun istər sovet dövründə, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərliyi belə bir aydın və istisnasız qənaətə gəlməyə imkan verir. Hər iki rəhbərlik dövründə Heydər Əliyev Azərbaycanın inkişafını yüksək səviyyəyə qaldıra bildi.

Heydər Əliyev dövlət quruculuğunun bütün sahələrində olduğu kimi, ordu quruculuğu sahəsində də böyük işlər gördü. O, Bakıya dəvət olunanda Azərbaycan Ordusunda ağır böhran mövcud idi. Məhz belə bir şəraitdə xilaskarlıq missiyasını öz üzərinə götürdü və respublikanı addım-addım bu dərin böhrandan çıxarmağa başladı və tarix üçün kifayət qədər qısa bir zamandan sonra Azərbaycanın hərbi təhlükəsizliyinin təmin edilməsi üçün real qüvvələri formalaşdıra bildi.

Ulu Öndərin rəhbərliyi dövründə ordu quruculuğunda atılmış mühüm addımlardan biri də bu sahədə ölkəmizin xarici dövlətlər və beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlığının fromalaşdırılması olmuşdur. Bir çox dövlətlərlə hərbi sahədə strateji əməkdaşlıq haqqında sazişlər imzalanmışdır. 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına, bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə “Planlaşdırma və analiz prosesi” proqramına, 2001-ci ildə isə “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşulmuşdur. Azərbaycan hərbçiləri NATO proqramlarında və digər ikitərəfli əməkdaşlıq proqramlarında iştirak edərək ən son hərbi yeniliklərə yiyələnmiş və NATO standartlarına uyğunlaşdırılan Azərbaycan Ordusu modern orduya çevrilmişdir.

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu ilə bağlı başladığı işlər Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir. Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması, o cümlədən, hərbi qulluqçuların sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi bu siyasətin prioritet istiqamətləri kimi diqqəti çəkir.

44 günlük Vətən müharibəsi zamanı rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağı azad etdi. Xalqımızın 30 illik yurd həsrətinə, torpaq nisgilinə son qoyuldu. Biz doğma Qarabağımıza qovuşduq. Bu Zəfərə gedən yolun əsasında Azərbaycanın böyük oğlu, dünya şöhrətli siyasətçi, dahi Heydər Əliyevin ölməz ideyaları dayanır.

Məhz iqtisadi güc, rəşadətli ordumuz düşməni torpaqlarımızdan qovub çıxardı, üçrəngli bayrağımız yenidən Vətən torpaqlarında, Qarabağın döyünən ürəyi olan Şuşada qürurla dalğalanmağa başladı. Dəmir yumruqla beli qırılan, başı əzilən düşmən kapitulyasiya aktını imzalamağa məcbur oldu, ərazi bütövlüyümüz təmin edildi.

Ümummilli Liderin öz xalqı qarşısında ən böyük xidmətlərindən biri də Azərbaycanı dünyada tanıdan, Qarabağı azadlığına qovuşduraraq, ata vəsiyyətini yerinə yetirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev kimi oğul yetişdirməsidir.

Aytən Rüstəmova
Abşeron rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru

Azərbaycan və Özbəkistan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur
Azərbaycan və Özbəkistan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur
İşğaldan Zəfərə və Zəfərdən quruculuğa uzanan Laçın yolu
İşğaldan Zəfərə və Zəfərdən quruculuğa uzanan Laçın yolu
Qardaşlıqdan müttəfiqliyə uzanan yol
Qardaşlıqdan müttəfiqliyə uzanan yol
Prezident İlham Əliyevin Naxçıvan səfərindən mühüm mesajlar
Prezident İlham Əliyevin Naxçıvan səfərindən mühüm mesajlar
Azərbaycan–Qırğızıstan münasibətlərində yeni mərhələ başlayır
Azərbaycan–Qırğızıstan münasibətlərində yeni mərhələ başlayır
Azərbaycan dili milli irsimizin əbədi daşıyıcısıdır
Azərbaycan dili milli irsimizin əbədi daşıyıcısıdır
Qarabağ və Şərqi Zəngəzurda quruculuq salnaməsi
Qarabağ və Şərqi Zəngəzurda quruculuq salnaməsi
Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi
Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi
Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir
Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir
Milli Ordumuzun şərəfli inkişaf yolu
Milli Ordumuzun şərəfli inkişaf yolu
Azərbaycan və Türkmənistan münasibətlərində yeni inkişaf mərhələsi başlayır
Azərbaycan və Türkmənistan münasibətlərində yeni inkişaf mərhələsi başlayır
Bir imza ilə başlayan yeni strateji dövr
Bir imza ilə başlayan yeni strateji dövr
Müstəqillik tariximizin ən şanlı səhifəsi
Müstəqillik tariximizin ən şanlı səhifəsi
Qurtuluşdan Zəfərə uzanan yolun başlanğıcı
Qurtuluşdan Zəfərə uzanan yolun başlanğıcı
Azərbaycan qlobal enerji bazarında mövqeyini gücləndirir
Azərbaycan qlobal enerji bazarında mövqeyini gücləndirir
Saray məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib
Saray məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib
Uşaqlara göstərilən qayğı sağlam gələcəyin təminatıdır
Uşaqlara göstərilən qayğı sağlam gələcəyin təminatıdır
Kənd təsərrüfatında yeni inkişaf modeli tətbiq olunacaq
Kənd təsərrüfatında yeni inkişaf modeli tətbiq olunacaq
Üçrəngli bayraqdan Zəfərə uzanan müstəqillik yolu
Üçrəngli bayraqdan Zəfərə uzanan müstəqillik yolu