Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeron rayonunda Ramazan bayramında şəhidlərimiz ziyarət edilmişdir

Tarix:21-04-2023, 16:25

Abşeron rayonunda Ramazan bayramında şəhidlərimiz ziyarət edilmişdir

Müqəddəs Ramazan bayramında şəhidlərimizin məzarları və şəhid ailələri ziyarət olunmuşdur. Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birgə I Qarabağ və Vətən müharibələri şəhidlərinin, o cümlədən müxtəlif vaxtlarda düşmənin hərbi təxribatlarının qarşısını alarkən qəhrəmanlıq göstərmiş şəhidlərimizin məzarlarını ziyarət etmiş, əziz xatirələrini hörmətlə yad etmişlər. Daha sonra şəhid ailələrinin və Vətən Müharibəsi qazilərinin evlərinə gedərək onlara baş çəkən Abşeron RİH başçısı ailələrin qayğıları və problemləri ilə maraqlanmışdır.

Ziyarət və görüşlərdə bildirilmişdir ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu döyüş meydanında qazandığı qələbədən sonra işğaldan azad edilən ərazilərimizə soydaşlarımız qayıtmaqdadır. Bu ilin yay aylarında növbəti böyük sayda vətəndaşımızın Laçın rayonunda yerləşdiriləcəyi qeyd olunaraq vurğulanıb ki, tarixi torpaqlarımızda sürətli şəkildə quruculuq-abadlıq işləri həyata keçirilir və çox yaxın zamanda bütün söydaşlarımız dədə-baba yurdlarına geri dönəcəklər.

Şəhid ailələri də öz növbələrində dövlət tərəfindən onlara daima diqqət və qayğının göstərildiyini və buna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.

Qeyd edək ki, eyni zamanda Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşları, o cümlədən İcra Hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və yerli özünüidarəetmə orqanlarının üvzləri tərəfindən Abşeron rayonunun kənd və qəsəbələrində şəhidlərimizin məzarları ziyarət olunmuş, şəhid ailələrinə baş çəkilərək onların qayğıları ilə maraqlanılmışdır. Həmçinin aprel ayında Şəhidlərimiz Veysəl Müsibov, Ayaz İmamzadə, Ruslan İsmayılov, Asif Ataşov, Azad Yolçiyev, Eliyar Vəliyev, Rəşid Baxşəliyev, Vidadi Zalov, Əsəd Həsənov, Rəşad Mehdiyev, Səxavət Abbasov, Rüfət Şabanov, Səbuhi Məcidov, Azər Salmanov, və Fərid Məmmədovun, eləcə də ailə üzvlərinin doğum günləri qeyd edilmişdir.

Azərbaycan qlobal enerji bazarında mövqeyini gücləndirir

Saray məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib

Uşaqlara göstərilən qayğı sağlam gələcəyin təminatıdır

Kənd təsərrüfatında yeni inkişaf modeli tətbiq olunacaq

Üçrəngli bayraqdan Zəfərə uzanan müstəqillik yolu

Azərbaycan şəhərsalma sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Azərbaycan və İtaliya münasibətləri yeni mərhələyə qədəm qoyur

Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub

Abşeronda xalçaçılıq ənənəsi yaşadılır: Qobulu ustaların sənət yolu

Prezident Azərbaycan güləşçilərinin tarixi uğurunu yüksək qiymətləndirdi

Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır

Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir

Şəhərsalma ili ölkədə davamlı inkişaf modelini gücləndirir

Azərbaycan-Latviya əlaqələrində yeni siyasi xətt

Müasir məktəblər gələcəyin güclü cəmiyyətini formalaşdırır

Şəhərsalma və memarlıq ili təhsildə yeni mərhələnin başlanğıcıdır

Zərifə Əliyeva Azərbaycan tibb tarixində silinməz iz qoyub

Azərbaycan-Gürcüstan münasibətləri çoxşaxəli və dayanıqlı xarakter daşıyır

Tarixin qanlı səhifələri yaddaşlarda yaşayır