Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Azərbaycan bölgədə sülh təşəbbüslərinin müəllifidir

Tarix:12-10-2023, 15:23

Azərbaycan bölgədə sülh təşəbbüslərinin müəllifidir


1964-cü ildə yaradılan və 1985-ci ildən etibarən İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) adlandırılan bu beynəlxalq platformanın məqsədi davamlı iqtisadi artıma nail olmaq və iqtisadi inkişafı sürətləndirmək, ticarəti liberallaşdırmaq, yerli iqtisadiyyatı dünya iqtisadiyyatına inteqrasiya etdirmək, nəqliyyat və kommunikasiya sistemini inkişaf etdirmək, təbii sərvətlərin səmərəli istifadəsini təşkil etmək kimi mühüm məsələlərdir.

Prezident İlham Əliyevin 10 oktyabr 2023-ü ildə İƏT-in Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanlanmış məktubu regionda gələcək əməkdaşlığa, adıçəkilən quruma üzv olan və region ətrafındakı dövlətlərin iqtisadi tərəqqisinə və Azərbaycanın gücünü göstərən siyasi reallıqlara işıq salan mühüm məqamlardan ibarətdir.

İƏT kimi mühüm və nüfuzlu regional təşkilatın Nazirlər Şurasının toplantısının Şuşa şəhərində keçirilməsi ölkəmizin davamlı artan beynəlxalq nüfuzundan və yüksələn statusundan xəbər verir. İƏT Nazirlər Şurasının 27-ci iclasının Şuşa şəhərində keçirilməsi qarşıya qoyulan iqtisadi hədəflərə çatılması ilə yanaşı eyni zamanda Azərbaycanın Qarabağda əldə etdiyi böyük zəfərin beynəlxalq aləm üçün əhəmiyyətinin praktik olaraq təqdimatı baxımından da önənli hadisədir.

İqtisadi Əməkdaşlıq Təşkilatı regionumuzun nəhəng iqtisadi potensialından daha səmərəli istifadə və üzv ölkələr arasında ticarət əlaqələrin inkişaf etdirilməsi baxımından əlverişli imkanlara malikdir. Azərbaycanın bu imkanlardan qarşılıqlı şəkildə faydalanmaq üçün platformanın işinə verdiyi töhfələr onun fəal üzv kimi fəallığını daha da artırmış olur.

Azərbaycan əməkdaşlığa hər zaman açıq dövlətdir. Bu cəhətdən dövlətimiz təşkilat çərçivəsində əməkdaşlığın bütün sahələr üzrə genişlənməsində maraqlıdır. 2026-cı il üçün İƏT-in turizm paytaxtı elan edilən Şuşanın təşkilata üzv ölkələrlə münasibətlərin inkişafında xüsusi rol oynayacağı gözlənilir. İƏT-in Şuşa ilə bağlı qərarı eyni zamanda bu nüfuzlu təşkilatın Azərbaycanın haqq işinə mənəvi dəstəyinin ifadəsidir.

Prezident İlham Əliyev iclas iştirakçılarına müraciətində bu məqama da toxunaraq otuz ildən sonra qədim tarixə malik ərazilərimizdə mövcud olan “boz” zonanın aradan qaldırılması, separatizmə birmənalı şəkildə son qoyulmasını beynəlxalq hüququn və ədalətin təntənəsi adlandırıb.

Azərbaycan bütün dövrlərdə sülhün tərəfdarı olmaqla yanaşı həm də bölgədə sülh təşəbbüslərinin ana müəllifi olub. Regionda mövcud olan məsələlərin bilavasitə bu regiona aid olan ölkələrin iştirakı ilə həll edilməsi prinsipindən çıxış edən Azərbaycan 3+3 əməkdaşlıq formatını irəli sürüb. Oktyabrın 8-ə Gürcüstana işgüzar səfər edən cənab Prezident Tbilisidə bir daha Cənubi Qafqazda olan problemlərin elə bu regiondaca həll olunmasının vacibliyini bəyan etdi. İlham Əliyev Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, sülh müqaviləsinin imzalanması üçün danışıqlar prosesində Gürcüstanın vasitəçi qismində iştirakının daha arzuolunanlığını və tarixi əsasa malik olduğunu ifadə etdi. Azərbaycan dövləti regiondakı bütün ölkələrin, o cümlədən Ermənistanın da iqtisadi inkişafın və sülhün bir hissəsi olmasına razıdır. Dövlət başçımızın dediyi kimi sadəcə bunun üçün hazırda mövcud olan tarixi fürsətdən yararlanmaq və iki dövlət arasında sülh müqaviləsinin imzalanmasına ehtiyac var. Sülh müqaviləsinin imzalanması yalnız Azərbaycan və Ermənistan üçün müsbət əhəmiyyətə malik olmayacaq, eyni zamanda bütövlükdə uzun illər münaqişələrin hökm sürdüyü Cənubi Qafqaz regionunun sülh, təhlükəsizlik və əməkdaşlıq məkanına çevrilməsi üçün son dərəcə mühüm tarixi fürsət verir.

Biliyimiz kimi 2020-ci ildə əzəli və əbədi Azərbaycan torpaqları olan Qarabağ və Şərqi Zəngəzurun Ermənistanın işğalından azad olunmasından dərhal sonra bütün sahələr üzrə irimiqyaslı bərpa-quruculuq işlərinə başlanılıb. Ötən 3 il ərzində möcüzəvi sürətlə işğaldan azad olunmuş ərazilərimizdə yüzlərlə vacib infrastruktur layihələr həyata keçirilib, o cümlədən iki beynəlxalq hava limanı tikilib istifadəyə verilib. Üçüncü hava limanının inşası isə hazırda Laçında davam etdirilir.

Qardaş türk dövlətlərinin təşəbbüsü ilə Füzuli şəhərində aparılan quruculuq işlərinə verilən dəstəyi Azərbaycan mühüm qiymətləndirir. Özbəkistan dövləti Füzuli şəhərində orta məktəb tikdirib və istifadəyə verib. Qazağıstan dövlətinin inşa etdirdiyi yaradıcılıq mərkəzində isə tamamlama işləri aparılır. Bunlar ölkələrimiz arasında qardaşlığın, həmrəyliyin, dostluğun və münasibətlərdəki müsbət dinamikanın növbəti bariz təzahürü və mühüm qardaşlıq jestidir.
İşğaldan azad edilmiş ərazilərimizdə davamlı şəkildə həyata keçirilən “Böyük Qayıdış” proqramı milli prioritetlərimiz sırasındadır. Uğurla icra olunan proqram çərçivəsində bu günə qədər Laçın, Füzuli şəhərlərinə, Ağalı, Zabux və Talış kəndlərinə keçmiş məcburi köçkünlərin qayıtması təmin olunub. Qarşıdakı 3 ildə 100 minə qədər məcburi köçkünün doğma yurdlarına dönməsi planlaşdırılır. Bu, Azərbaycanın regionda sülh və iqtisadi inkişafın bərqərar edilməsi ilə bağlı məqsədyönlü siyasətinin bir daha təsdiqidir.

Əsasən dövlətimizin daxili imkanları hesabına həyata keçirilən layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına xidmət edir. Eyni zamanda bu ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün davamlılığını təmin edir və əlverişli şərait yaradır.

30 illik erməni işğalının xalqımız üçün ən ağır fəsadlarından biri də bəşəri əhəmiyyətə malik mədəni irsimizə, o cümlədən dini abidələrərimizə məqsədli şəkildə vurulmuş böyük ziyandır. Bu dövrdə 67 məsciddən 65-i yerlə-yeksan edilib, qalan məscidlərə qarşı isə təhqiramiz (heyvanların saxlanılması üçün tövlə kimi istifadə edilməsi) hərəkətlər edilib. Bu günlərdə Qarabağdakı daha bir məscidin - Malıbəyli məscidinin dağıdılması və onan tövlə kimi istifadə olunması aşkarlanıb. Bunlar Ermənistanın yalnız azərbaycanlıların deyil, bütün dünya müsəlmanlarının inanclarının və dini hisslərinin təhqir etməsidir.

Azərbaycanın İƏT-də sədrlik mövzusunun “Yaşıl keçid və qarşılıqlı bağlantılar” kimi müəyyən edilməsi hazırkı dövrdə xüsusi aktuallıq kəsb edir. Dekarbonlaşma, “yaşıl enerji” növlərinin artırılması kimi məsələlər ölkəmizin dayanıqlı inkişaf gündəliyinin əsasını təşkil edir. Eyni zamanda “yaşıl enerji” zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı yenidənqurma və bərpa işləri “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasına uyğun olaraq həyata keçirilir.

Azərbaycan etibarlı tranzit ölkədir və bizim nəqliyyat-logistika infrastrukturumuz bütün İƏT ölkələri üçün açıqdır. Şərq-Qərb marşrutu üzrə yükdaşımalara tələbatın artdığını nəzərə alaraq Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan yüklərin həcminin 1 milyon tondan 5 milyon tona çatdırmağı hədəfləyir. Həmçinin, İran ərazisi vasitəsilə şərqdəki ərazilərimizdən Naxçıvan Muxtar Respublikasına çıxış imkanı yaradacaq avtomobil və dəmir yolunun çəkilməsi barədə bu ölkə ilə razılıq əldə olunub və artıq bu istiqamətdə Zəngilan rayonuna praktik addımlar atılır. Azərbaycan, həmçinin, Şimal-Cənub Nəqliyyat Dəhlizinin ötürücülük qabiliyyətinin daha da genişləndirilməsi üzərində də çalışır.

İƏT Nazirlər Şurasının 27-ci iclası üzv dövlətlərin və bütövlükdə regionun davamlı inkişafı və rifahı naminə yeni və faydalı əməkaşlıq xarakterli müzakirələr aparmaq və fəaliyyəti əlaqələndirmək üçün səmərəli platformadır. Açıq və səmərəli dialoq üçün beynəlxalq platforma olan İƏT-in inkiaşfı üçün bütün üzv ölkələrin imkanlarını birləşdirməsi zəruridir. Bunun ən mühüm nümunəsini isə cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan dövləti göstərir.

Orxan Musayev
Xırdalan bələdiyyəsinin sədri

Xocalı soyqırımı heç vaxt unudulmayacaq
Xocalı soyqırımı heç vaxt unudulmayacaq
Xocalı həqiqətləri və tarixi zəfər
Xocalı həqiqətləri və tarixi zəfər
Azərbaycan-Serbiya münasibətləri yeni strateji mərhələdə
Azərbaycan-Serbiya münasibətləri yeni strateji mərhələdə
Dövlət idarəçiliyində süni intellektin tətbiqi və xidmətlərin vahid mərkəzdən göstərilməsi strateji zərurətdir
Dövlət idarəçiliyində süni intellektin tətbiqi və xidmətlərin vahid mərkəzdən göstərilməsi strateji zərurətdir
Regionda sülh sahəsində əldə olunmuş nəticələr gücləndirilir
Regionda sülh sahəsində əldə olunmuş nəticələr gücləndirilir
Azərbaycan regionda yeni siyasi reallıq formalaşdırır
Azərbaycan regionda yeni siyasi reallıq formalaşdırır
Gənclərə etimad göstərən dövlət modeli
Gənclərə etimad göstərən dövlət modeli
Gənclik amili Azərbaycanın milli inkişaf modelinin əsas sütunudur
Gənclik amili Azərbaycanın milli inkişaf modelinin əsas sütunudur
Prezident İlham Əliyevin gənclər strategiyası uğurlu gələcəyə aparır
Prezident İlham Əliyevin gənclər strategiyası uğurlu gələcəyə aparır
Yeni dünya reallıqları və Azərbaycanın strateji mövqeyi
Yeni dünya reallıqları və Azərbaycanın strateji mövqeyi
Davosdan verilən mesajlar Azərbaycanın strateji xəttini ortaya qoydu
Davosdan verilən mesajlar Azərbaycanın strateji xəttini ortaya qoydu
20 Yanvar faciəsi - öz şəhadətləri ilə xalqına azadlıq, müstəqillik gətirən şəhidlərimiz mübarizliyin, zülmə etirazın sinvoluna çevrildilər...
20 Yanvar faciəsi - öz şəhadətləri ilə xalqına azadlıq, müstəqillik gətirən şəhidlərimiz mübarizliyin, zülmə etirazın sinvoluna çevrildilər...
Yeni Dövlət Proqramı Xırdalanın su təhlükəsizliyini strateji səviyyədə təmin edəcək
Yeni Dövlət Proqramı Xırdalanın su təhlükəsizliyini strateji səviyyədə təmin edəcək
Bu layihə bizə imkan verəcək ki, ...
Bu layihə bizə imkan verəcək ki, ...
Abşeron Ağsaqqalları dövlətçilik və vətənpərvərlik dəyərlərinin təbliğini davam etdirir
Abşeron Ağsaqqalları dövlətçilik və vətənpərvərlik dəyərlərinin təbliğini davam etdirir
Azərbaycana qoyulan sərmayə mənfəət gətirəcək...
Azərbaycana qoyulan sərmayə mənfəət gətirəcək...
Sülh, inkişaf və güc balansı Prezidentin geniş müsahibəsində
Sülh, inkişaf və güc balansı Prezidentin geniş müsahibəsində
Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı müəyyən etdiyi siyasi-strateji hədəf artıq real nəticələrlə müşayiət olunur
Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı müəyyən etdiyi siyasi-strateji hədəf artıq real nəticələrlə müşayiət olunur
Milli həmrəylik Azərbaycan xalqının ən böyük gücüdür
Milli həmrəylik Azərbaycan xalqının ən böyük gücüdür