Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Heydər Əliyevin anadan olmasının 100 illiyi Həştərxanda silsilə tədbirlərlə qeyd ediləcək

Tarix:15-02-2023, 14:25

Heydər Əliyevin anadan olmasının 100 illiyi Həştərxanda silsilə tədbirlərlə qeyd ediləcək


Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Rusiya Federasiyasının Həştərxan vilayətində silsilə tədbirlər keçiriləcək. Bu tədbirlərin hazırlanması və keçirilməsi üçün yaradılmış təşkilat komitəsinə vilayət hökumətinin üzvləri, bələdiyyələrin, tədris müəssisələrinin və ictimaiyyətin nümayəndələri daxildir. Regionun rəhbəri İqor Babuşkin müvafiq sənədləri imzalayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Həştərxan vilayəti Hökumətinin və Xarici Əlaqələr Nazirliyinin saytlarında yerləşdirilib.

Həştərxan vilayətinin xarici əlaqələr naziri Vladimir Qolovkov deyib: “Həştərxan vilayəti ilə Azərbaycan arasında əlaqələr sadəcə işgüzar tərəfdaşlıq münasibətləri deyil. Bizi zamanın sınağından çıxmış möhkəm dostluq telləri bağlayır. Heydər Əliyev Fondu bizim regionda sosial əhəmiyyətli bir sıra layihələr həyata keçirib. Həştərxanda Heydər Əliyevin abidəsi ucaldılıb, onun adını daşıyan park salınıb, Müqəddəs knyaz Vladimirə heykəl qoyulub. 11 nömrəli orta məktəbin binası yenidən qurulub, indi bu məktəb Heydər Əliyevin adını daşıyır. Fondun hesabına şəhərdə uşaq bağçası tikilib, Rusiya-Azərbaycan Dostluq Körpüsü inşa edilib”.

Nazir xatırladıb ki, Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin 2022-ci il dekabrın 7-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə qarşıdakı əlamətdar tarixə həsr olunmuş tədbirlər keçirilməsini təklif edib. Prezident İlham Əliyev Abşeron rayonunun icra hakimiyyətinin başçısı Abdin Fərzəliyevə birgə tədbirlərin hazırlanmasında və keçirilməsində iştirak etməyi tapşırıb. Ötən il dekabrın sonunda İqor Babuşkin həmin tədbirlərin formatını və məzmununu Abdin Fərzəliyevlə müzakirə edib. Nəticədə həm iqtisadi, həm də humanitar sahələrə aid tədbirlərin geniş dairəsi müəyyən olunub.

Bu əlamətdar tarix münasibətilə Həştərxan vilayətinin tədris müəssisələrində rəsm, fotoqrafiya, şeir, inşa və kompüter yaradıcılığı müsabiqələri, ədəbi gecələr keçiriləcək. Həştərxan və Azərbaycan məktəbliləri arasında telekörpü yaradılacaq. Baharda Həştərxanda keçirilən ənənəvi iməciliklər zamanı knyaz Vladimirin abidəsi ətrafında ağaclar əkiləcək.

Regionun ali təhsil müəssisələri də yubiley tədbirlərində fəal iştirak edəcəklər. Azərbaycan Dövlət Texniki Universitetində, habelə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Heydər Əliyev və onun irsi: energetika sahəsində Rusiya-Azərbaycan əməkdaşlığı” mövzusunda dəyirmi masa keçiriləcək. Həştərxan Dövlət Universitetində keçirilməsi nəzərdə tutulan analoji tədbir isə “Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında əməkdaşlığın inkişafına Heydər Əliyevin töhfəsi” mövzusuna həsr ediləcək. Xəzər Dəniz və Çay Nəqliyyatı İnstitutunda Azərbaycan Mədəniyyəti Günləri keçirilməsi planlaşdırılır.

Aprel ayında Həştərxan vilayətinin və Azərbaycanın gəncləri Abşeron rayonunda görüşəcəklər. Payızda keçiriləcək “Selias” Xəzər gənclər təhsil forumu çərçivəsində bu gənclər yenidən, bu dəfə Həştərxanda görüşəcəklər. May ayında Həştərxandakı Azərbaycan İşgüzar Mərkəzi və Bakıdakı Həştərxan İşgüzar Mərkəzi tərəfindən Həştərxan vilayətinin və Abşeron rayonunun sahibkarlarının işgüzar forumu keçiriləcək. Həştərxan vilayətinin Nərimanov rayonu Bakının Nərimanov rayonundan olan tərəfdaşları ilə birlikdə “Azərbaycan xalqının böyük övladları: tarix, yaddaş” mövzusunda elmi-praktiki konfrans keçirəcək. May ayında Həştərxanda Azərbaycan incəsənət xadimlərinin təntənəli konserti Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş tədbirlər çərçivəsində parlaq hadisə olacaq. İyun ayında isə Həştərxanın yaradıcı kollektivləri Bakıda təşkil olunacaq təntənəli konsertdə iştirak edəcəklər.

Həştərxan vilayətinin xarici əlaqələr naziri Vladimir Qolovkov vurğulayıb: “Bu cür genişmiqyaslı birgə tədbirlər keçirilməsi xalqlarımız arasında qarşılıqlı hörmətə və etimada əsaslanan dostluğun daha bir nümunəsi olacaq”.

Müasir məktəblər gələcəyin güclü cəmiyyətini formalaşdırır
Müasir məktəblər gələcəyin güclü cəmiyyətini formalaşdırır
Şəhərsalma və memarlıq ili təhsildə yeni mərhələnin başlanğıcıdır
Şəhərsalma və memarlıq ili təhsildə yeni mərhələnin başlanğıcıdır
Zərifə Əliyeva Azərbaycan tibb tarixində silinməz iz qoyub
Zərifə Əliyeva Azərbaycan tibb tarixində silinməz iz qoyub
Azərbaycan-Gürcüstan münasibətləri çoxşaxəli və dayanıqlı xarakter daşıyır
Azərbaycan-Gürcüstan münasibətləri çoxşaxəli və dayanıqlı xarakter daşıyır
Tarixin qanlı səhifələri yaddaşlarda yaşayır
Tarixin qanlı səhifələri yaddaşlarda yaşayır
Bakıdan dünyaya təhlükəsizlik və əməkdaşlıq mesajı
Bakıdan dünyaya təhlükəsizlik və əməkdaşlıq mesajı
Azərbaycan və Avropa İttifaqı münasibətlərində yeni mərhələ
Azərbaycan və Avropa İttifaqı münasibətlərində yeni mərhələ
Azərbaycan qadını cəmiyyətin inkişafının aparıcı qüvvəsidir
Azərbaycan qadını cəmiyyətin inkişafının aparıcı qüvvəsidir
Qadınların ictimai və sosial həyatda rolu getdikcə artır
Qadınların ictimai və sosial həyatda rolu getdikcə artır
Azərbaycan qadınlarının fədakarlığı və uğurları ölkənin inkişafına töhfə verir
Azərbaycan qadınlarının fədakarlığı və uğurları ölkənin inkişafına töhfə verir
Azərbaycan Avropa enerji bazarında mövqeyini gücləndirir
Azərbaycan Avropa enerji bazarında mövqeyini gücləndirir
Xocalı soyqırımı heç vaxt unudulmayacaq
Xocalı soyqırımı heç vaxt unudulmayacaq
Xocalı həqiqətləri və tarixi zəfər
Xocalı həqiqətləri və tarixi zəfər
Azərbaycan-Serbiya münasibətləri yeni strateji mərhələdə
Azərbaycan-Serbiya münasibətləri yeni strateji mərhələdə
Dövlət idarəçiliyində süni intellektin tətbiqi və xidmətlərin vahid mərkəzdən göstərilməsi strateji zərurətdir
Dövlət idarəçiliyində süni intellektin tətbiqi və xidmətlərin vahid mərkəzdən göstərilməsi strateji zərurətdir
Regionda sülh sahəsində əldə olunmuş nəticələr gücləndirilir
Regionda sülh sahəsində əldə olunmuş nəticələr gücləndirilir
Azərbaycan regionda yeni siyasi reallıq formalaşdırır
Azərbaycan regionda yeni siyasi reallıq formalaşdırır
Gənclərə etimad göstərən dövlət modeli
Gənclərə etimad göstərən dövlət modeli
Gənclik amili Azərbaycanın milli inkişaf modelinin əsas sütunudur
Gənclik amili Azərbaycanın milli inkişaf modelinin əsas sütunudur