Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Konstitusiya və Suverenlik İli: Müstəqilliyin hüquqi və milli təməli

Tarix:10-08-2025, 13:43

Konstitusiya və Suverenlik İli: Müstəqilliyin hüquqi və milli təməli


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi ölkəmizin dövlətçilik tarixində mühüm dönüş nöqtələrindən biri kimi qiymətləndirilir. Bu qərar yalnız hüquqi islahatların və milli dövlətçilik ideyasının davamlılığını deyil, həm də müstəqillik yolunda atılan bütün addımların siyasi və ideoloji cəhətdən tamamlanmasını simvolizə edir.

Azərbaycanın suverenliyi və konstitusiya əsasları Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə formalaşmışdır. 1993-cü ildə ölkəni vətəndaş qarşıdurmasından, xaosdan xilas edərək siyasi sabitlik yaradan Heydər Əliyev hüquqi dövlət quruculuğunu milli prioritetlərdən biri kimi müəyyənləşdirdi. Onun təşəbbüsü ilə hazırlanmış və 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkənin hüquqi sisteminin, vətəndaş cəmiyyətinin, iqtisadiyyatın və idarəetmənin əsasını təşkil etdi.

Ulu Öndər Heydər Əliyevin bu barədə söylədiyi fikirlər bu gün də öz aktuallığını qoruyur: “Konstitusiya hər bir xalqın milli sərvətidir. Biz elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan dövlətinin gələcəyini təmin etsin.”

Bu müdrik yanaşma Azərbaycanın hüquqi müstəqillik yolunda irəliləməsi üçün əsas baza oldu. Əsası Heydər Əliyev tərəfindən qoyulan bu hüquqi-siyasi xətt bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə ölkə Konstitusiyası müasir dövrün çağırışlarına uyğun təkmilləşdirilmiş, 2024-cü ildə keçirilən referendumla yeni hüquqi-siyasi mərhələyə qədəm qoyulmuşdur.

2025-ci ilin “Konstitusiya və Suverenlik İli” kimi elan olunması, məhz bu transformasiyanın davamlılığını və ictimai legitimliyini nümayiş etdirir. Bu, həm də suverenliyimizin artıq hüquqi cəhətdən də tam təmin olunmasının təsdiqidir. Çünki real suverenlik yalnız siyasi qərarlarla deyil, hüquqi mexanizmlərlə qorunur və möhkəmləndirilir.
Azərbaycan öz müstəqilliyini 1991-ci ildə bərpa etsə də, ölkənin real suverenliyi yalnız illər sonra, ardıcıl siyasi və hüquqi islahatlar nəticəsində təmin olundu. Ərazi bütövlüyü məsələsi bu prosesin ən mühüm mərhələsi idi. 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi nəticəsində işğal altında olan torpaqların azad olunması və 2023-cü ildə ölkənin bütün ərazisində suveren idarəçiliyin bərqərar olunması bu baxımdan tarixi əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev çıxışlarının birində bu reallığı bu sözlərlə ifadə edib: “Bu gün biz tam suveren dövlətik. Bütün torpaqlarda Azərbaycan qanunları işləyir, Azərbaycan bayrağı ucaldılıb və bu, bizim tarixi nailiyyətimizdir.”
Bu tarixi nailiyyət, həm hərbi gücün, həm diplomatik səylərin, həm də hüquqi əsasların möhkəmliyinin nəticəsi idi. “Konstitusiya və Suverenlik İli” bu baxımdan həm simvolik, həm də funksional anlam daşıyır. İl ərzində ölkənin hüquqi institutlarının fəaliyyəti, vətəndaşların hüquqi biliklərinin artırılması və konstitusiya dəyərlərinin təbliği istiqamətində geniş tədbirlər həyata keçirilir.

Azərbaycan cəmiyyəti üçün bu il, həm də vətəndaşların dövlətə olan inamının, hüquqa bağlılığının və qanunun aliliyinə hörmətin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Çünki suverenliyin qorunması yalnız dövlət orqanlarının işi deyil – bu, həm də vətəndaş məsuliyyəti, hüquqi savadlılıq və milli şüur məsələsidir.

Təhsil müəssisələrində, ictimai platformalarda konstitusiya dəyərlərinin təbliği, hüquqi maarifləndirmə proqramları bu prosesin mühüm tərkib hissələridir. Gənc nəslin hüquqi düşüncəsinin formalaşdırılması və vətəndaş məsuliyyətinin artırılması üçün bu istiqamətdə atılan addımlar gələcəkdə daha güclü hüquqi cəmiyyətin formalaşmasına zəmin yaradacaq.

Bütün bu tədbirlərin fonunda bir daha aydın görünür ki, “Konstitusiya və Suverenlik İli” təkcə təqvim ili deyil – bu, həm də Azərbaycan Respublikasının gələcəyinə doğru atdığı hüquqi və siyasi baxımdan möhkəm və düşünülmüş bir addımdır. Bu, dövlət idarəçiliyində yeni bir mərhələnin – hüquqa əsaslanan, qanunun aliliyini prioritet edən və milli dəyərlərə söykənən bir mərhələnin başlanğıcıdır.
Azərbaycan bu yolda inamla irəliləyir. Güclü konstitusiya, tam suverenlik və milli həmrəylik – müasir müstəqil dövlətimizin dayanıqlı inkişafının başlıca təminatıdır.

Əmrah Abdullayev,
Saray qəsəbə bələdiyəsinin sədr müavini

Azərbaycan və İtaliya münasibətləri yeni mərhələyə qədəm qoyur
Azərbaycan və İtaliya münasibətləri yeni mərhələyə qədəm qoyur
Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub
Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub
Abşeronda xalçaçılıq ənənəsi yaşadılır: Qobulu ustaların sənət yolu
Abşeronda xalçaçılıq ənənəsi yaşadılır: Qobulu ustaların sənət yolu
Prezident Azərbaycan güləşçilərinin tarixi uğurunu yüksək qiymətləndirdi
Prezident Azərbaycan güləşçilərinin tarixi uğurunu yüksək qiymətləndirdi
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır
Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir
Azərbaycan və Ukrayna arasında münasibətlər yeni mərhələdə inkişaf edir
Şəhərsalma ili ölkədə davamlı inkişaf modelini gücləndirir
Şəhərsalma ili ölkədə davamlı inkişaf modelini gücləndirir
Azərbaycan-Latviya əlaqələrində yeni siyasi xətt
Azərbaycan-Latviya əlaqələrində yeni siyasi xətt
Müasir məktəblər gələcəyin güclü cəmiyyətini formalaşdırır
Müasir məktəblər gələcəyin güclü cəmiyyətini formalaşdırır
Şəhərsalma və memarlıq ili təhsildə yeni mərhələnin başlanğıcıdır
Şəhərsalma və memarlıq ili təhsildə yeni mərhələnin başlanğıcıdır
Zərifə Əliyeva Azərbaycan tibb tarixində silinməz iz qoyub
Zərifə Əliyeva Azərbaycan tibb tarixində silinməz iz qoyub
Azərbaycan-Gürcüstan münasibətləri çoxşaxəli və dayanıqlı xarakter daşıyır
Azərbaycan-Gürcüstan münasibətləri çoxşaxəli və dayanıqlı xarakter daşıyır
Tarixin qanlı səhifələri yaddaşlarda yaşayır
Tarixin qanlı səhifələri yaddaşlarda yaşayır
Bakıdan dünyaya təhlükəsizlik və əməkdaşlıq mesajı
Bakıdan dünyaya təhlükəsizlik və əməkdaşlıq mesajı
Azərbaycan və Avropa İttifaqı münasibətlərində yeni mərhələ
Azərbaycan və Avropa İttifaqı münasibətlərində yeni mərhələ
Azərbaycan qadını cəmiyyətin inkişafının aparıcı qüvvəsidir
Azərbaycan qadını cəmiyyətin inkişafının aparıcı qüvvəsidir
Qadınların ictimai və sosial həyatda rolu getdikcə artır
Qadınların ictimai və sosial həyatda rolu getdikcə artır
Azərbaycan qadınlarının fədakarlığı və uğurları ölkənin inkişafına töhfə verir
Azərbaycan qadınlarının fədakarlığı və uğurları ölkənin inkişafına töhfə verir
Azərbaycan Avropa enerji bazarında mövqeyini gücləndirir
Azərbaycan Avropa enerji bazarında mövqeyini gücləndirir