Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeronlu şəhid ailələri və qazilər Naftalana müalicə və reabilitasiyaya göndərildi.

Tarix:10-08-2022, 08:51

Abşeronlu şəhid ailələri və qazilər Naftalana müalicə və reabilitasiyaya göndərildi.

Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə yüksələn Abşeronlu igidlərimizin ailələrinin və qazilərimizin diqqət mərkəzində saxlanılması, onların qayğılarının öyrənilməsi, qarşılaşdıqları problemlərin aradan qaldırılması və eləcə də onların müalicəsinin və istirahətlərinin təşkil olunması istiqamətində Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən layihələr davam etdirilir. Abşeron RİH-nin və Naftalan ŞİH-nin birgə təşkilatçılığı ilə şəhid ailələrindən və qazilərimizdən ibarət növbəti 14 ailə (15 nəfər) ölkəmizin dilbər guşələrindən olan Naftalan şəhərinə yola salınıb. Onlar Naftalandakı istirahət mərkəzlərindən birində müalicə kursu qəbul edəcək və istirahətləri təmin olunacaqdır.

Bu münasibətlə Abşeron Rayon İcra Hakimiyyətində şəhid ailələri və qazilərlə görüş keçirilib. Görüşdə ümummilli lider Heydər Əliyevin və ölkəmizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

RİH başçısı Abdin Fərzəliyev bildirib ki, rayon icra hakimiyyətinin müvafiq şöbəsinin hazırladığı plana uyğun olaraq Abşeronlu şəhid ailələrinin və qazilərin hissə-hissə ölkəmizin səfalı yerlərində istirahəti təşkil olunacaqdır. Bu göndərişin artıq ənənə xarakter daşıdığını, bundan sonra da layihənin davam etdiriləcəyini vurğulayan RİH başçısı qeyd edib ki, bu gün cəmiyyətimiz şəhidlərimizlə, şəhid ailələrimizlə və qazilərimizlə fəxr edir, onlar hamımızın qürur yeri, vətənpərvərlik nümunəmizdir.
Bildirilib ki, Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin “Dəmir yumruq”u ətrafında birləşən, xalqımızın 30 illik vətən həsrətinə son qoyan şəhidlərimizin xatirəsi daima əziz tutulacaq və onların adlarının yaşadılması, əbədiləşdirilməsi istiqamətində addımlar atılır və bundan sonra da lazimi işlər görüləcəkdir. Hazırda işğaldan azad olunan dədə-baba yurdlarımızda böyük və surətli yenidənqurma, abadlıq-quruculuq işlərinin həyata keçirildiyini, şəhərlərimizin, kəndlərimizin yenidən qurulduğunu qeyd edən başçı şəhid ailələrinin Kəlbəcər və Laçında istirahətlərinin təşkil olunacağı günün çox yaxında olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Daha sonra çıxış edən şəhid ailələri və qazilər onlara dövlət səviyyəsində böyük diqqət və qayğının göstərildiyini qeyd edib və buna görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

Tədbirdən sonra xatirə şəkili çəkilib və şəhid ailələri və qazilər yola salınıb.

Abşeronlu şəhid ailələri və qazilər Naftalana müalicə və reabilitasiyaya göndərildi.
Abşeronlu şəhid ailələri və qazilər Naftalana müalicə və reabilitasiyaya göndərildi.
Abşeronlu şəhid ailələri və qazilər Naftalana müalicə və reabilitasiyaya göndərildi.
Abşeronlu şəhid ailələri və qazilər Naftalana müalicə və reabilitasiyaya göndərildi.
Abşeronlu şəhid ailələri və qazilər Naftalana müalicə və reabilitasiyaya göndərildi.

Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa
Azad Füzuli -17 oktyabr Zəfər tarixindən Böyük Qayıdışa
Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası
Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası
Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir
Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir
Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda
Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda
Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası
Azərbaycan-Kamboca münasibətlərində yeni mərhələ və onun geosiyasi mənası
Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır
Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır
Orta Dəhlizdə Azərbaycanın artan rolu...
Orta Dəhlizdə Azərbaycanın artan rolu...
Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir
Azərbaycan Mərkəzi Asiya ilə əlaqələri sürətlə genişləndirir
YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb
YAP-ın VIII Qurultayında Azərbaycanın əsas hədəfləri açıqlanıb
Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı
Prezident İlham Əliyev qarşıdakı illər üçün əsas prioritetləri açıqladı
Müəllim yalnız dərs demir, gələcək yetişdirir
Müəllim yalnız dərs demir, gələcək yetişdirir
Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir
Abşeron müəllimləri gələcəyin qurucularını yetişdirir
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının  əsasını qoydu
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu
Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və dövlətçilik yolu
Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu
Cəbrayılın 4 oktyabr tarixindən başlayan böyük qayıdış yolu
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir
Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır
Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır
Suverenliyimizin tam bərpa olunduğu tarixi gün
Suverenliyimizin tam bərpa olunduğu tarixi gün