Absheron Media
Haqqımızda Bizimlə əlaqə

“Basqal” Dövlət Tarix-Memarlıq Qoruğuna dövlət qayğısı...

Tarix:16-08-2022, 15:12

“Basqal” Dövlət Tarix-Memarlıq Qoruğuna dövlət qayğısı...


Azərbaycanın zəngin tarixə və əsrarəngiz təbiətə malik qədim yaşayış yerlərindən biri də İsmayıllı rayonunun 2500-3000 illik tarixi olan Basqal qəsəbəsidir. Belə ki, Basqal qəsəbəsinin qədim hissəsini əhatə edən Basqal Dövlət Tarix-Mədəniyyət Qoruğu 1989-cu ildə yaranmışdır. Basqal dedikdə ilk ağıla gələn məşhur Basqal ipəyi və ondan hazırlanan Kələğayı olsa da, bu qoruğun ərazisində bir-birindən qədim və zəngin tarixə malik Qalabaşı orta əsrlər qalası, Qoşabulaq, Dəmirçibazar, Dərə-məhəllə, Xarabiyan, Kələküçə, Qəlibgah, Çayqırağı kimi tarixi küçələri, Bazar meydanı, bulaqları, kürəbəndləri, 40-dan çox tarixi yaşayış evi və sənətkar karxanası, Düzən qəbiristanlığı, Pir çinar, Şeyx Məhəmməd məscidi, Hacı Bədəl məscidi, tarixi hamam və digər abidələri vardır. Basqal qəsəbəsi nadir memarlığı, qədim ipəkçilik, dəmirçilik kimi xalq sənətkarlıq ənənələri və orta əsr şəhərsalma mədəniyyəti ilə Azərbaycanın mədəniyyət tarixində xüsusi əhəmiyyətə malikdir.

Basqalın Qalaları antik və ilk orta əsrlər yaşayış yeri arxeoloji baxımdan çox zəngindir. Bunu nəzərə alan Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi 2019-cu ildən başlayaraq AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun professoru Qafar Cəbiyevin başçılığı ilə arxeoloji qazıntı işləri başlamışdır. Ərazidə aparılan arxeoloji tədqiqatlar nəticəsində 121 ədəd maddi mədəniyyət nümunəsi aşkarlanıb. Oradan aşkar olunan maddi-mədəniyyət nümunələri, o cümlədən saxsı məmulatı Basqal Qoruğunda nümayiş olunur.

Belə ki, son illər bu qəsəbədə dövlət qayğısı nəticəsində gedən inkişaf göz önündədir. Basqal qəsəbəsinin inkişafı, Basqalın tarixi irsinin qorunması ilə bağlı bir neçə il bundan əvvəl ölkə başçısı tərəfindən xüsusi Sərəncam verilmişdir. Bu Sərəncam əsasında Dövlət Turizm Agentliyi burada artıq bir müddətdir ki, işlər aparır. Dövlət Turizm Agentliyi tərəfindən tarixən Basqalın mərkəzi hesab olunan orta əsrlər yol mədəniyyətinə xas olan pilləkənvari və daş döşəməli yolların, ənənəvi hasarların və qədim taxta qapı-darvazaların qorunub saxlanıldığı 8 tarixi məhəllənin birləşdiyi Bazar meydanının abadlaşdırılmasına xüsusi diqqət yetirilib.

Bu işlərin nəticəsi olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın 12 avqust tarixində Basqal qoruğuna səfər etmişlər. Səfər zamanı ölkə başçısına məlumat verildi ki, qoruğun mühüm tarixi abidələrindən biri hesab olunan Basqal hamamı maddi-mədəniyyət nümunələrimizin qorunması məqsədilə dövlət nəzarətinə götürülüb, Bazar meydanında Hamam Muzeyi olaraq əsaslı şəkildə bərpa edilib. Muzeydə Azərbaycanda hamam mədəniyyətinin özəllikləri, inkişafı haqqında, eləcə də hamamla bağlı xalq adət və ənənələri, onun külxana adlanan döşəməaltı istilik sistemi haqqında maraqlı məlumatlar təqdim olunur.

Aparılan tədqiqatlar nəticəsində 1854-cü ildə tikilən tarixi-memarlıq abidələrindən biri olan Hacı Bədəl məscidi, nəhəng gövdəsi və iri koğuşu ilə seçilən, dünyada əkilmə tarixi dəqiq bilinən yeganə ağac, 1563-cü ilə aid edilən və keçmişdə Basqal camaatı tərəfindən “Pir Çinar” adlandırılaraq müqəddəs hesab edilən çinar ağacı, XV əsrə aid olunan, 2020-ci ildə arxeoloji qazıntılar nəticəsində aşkara çıxarılıb tarixi üslubda yenidən təmir edilmiş “Pir çinar bulağı” və onlarla digər tarixi abidələr haqqında müfəssəl məlumatlar əldə edilib.

Bundan əlavə, 7 sənətkar emalatxanası təmir olunub, magistral yoldan qoruğa qədər olan yol yenidən qurulub. Qoruq ərazisində 2 küçədə qaz xətləri yerin altına salınıb, ərazidə olan rabitə xətləri yenilənib. Həmçinin Basqal qəsəbəsinin elektrik təchizatı sisteminin yenidən qurulması işləri aparılıb, su və kanalizasiya şəbəkəsinin bərpası üzrə işlər başa çatdırılıb. Bazar meydanı ərazisində köhnə yarımçıq tikililər sökülüb, qəsəbənin girişində avtomobil dayanacağı, turizm məlumat mərkəzi tikilib. Ərazidə abadlıq işləri aparılaraq yol və səkilər düzəldilib, Bazar meydanında qoruq üçün inzibati bina inşa olunub. Küçələr boyunca divarlar, döşəmələr, qapı və darvazalar bərpa edilərək tarixi mühitə uyğunlaşdırılıb və işıqlandırma işləri görülüb.

Azәrbaycanın әn qәdim yaşayış mәskәnlәrindәn olan Basqalda turizmin inkişaf etdirilmәsi üçün lazım olan hәr bir şәrait mövcuddur. Belәliklә, keçmişimizdәn süzülüb gәlәn mәnәvi-әxlaqi vә dini dәyәrlәr, әnәnәyә vә adәtlәrimizә söykәnәn tәlim-tәrbiyә üsulları vә davranış normaları istәr basqallı ailәsindә, istәrsә dә qәsәbәnin ictimai hәyatında bütün qabarıqlığı ilә özünü göstәrir. Buranın insanlarının da müxtәlif dövrlәrdә yaranmış xeyirxah әmәllәri, söz sәnәti incilәri xalqın mәdәniyyәt abidәsi kimi maddi dәyәrlәrimizdәn heç dә az qorunmur.

Elvin Orucov
“Yanar dağ” Dövlət Tarix Mədəniyyət və Təbiət Qoruğunun direktoru

Azərbaycan həmişə öz öhdəliklərinə maksimum dərəcədə məsuliyyətlə yanaşıb
Azərbaycan həmişə öz öhdəliklərinə maksimum dərəcədə məsuliyyətlə yanaşıb
Əhalinin müxtəlif təbəqələri üçün fiziki aktivliyə dair maarifləndirici materiallar paylanılıb
Əhalinin müxtəlif təbəqələri üçün fiziki aktivliyə dair maarifləndirici materiallar paylanılıb
Abşeronda “Sağlam həyat tərzi və davarnış risk amilləri” mövzusunda maarifləndirici aksiya keçirilib
Abşeronda “Sağlam həyat tərzi və davarnış risk amilləri” mövzusunda maarifləndirici aksiya keçirilib
25 noyabr Kəlbəcər Şəhəri Günüdür
25 noyabr Kəlbəcər Şəhəri Günüdür
Tariximizin 20 noyabr günü
Tariximizin 20 noyabr günü
Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir
Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir
COP29-un Bakıda keçirilməsi Azərbaycanın nüfuzunun daha da artmasını göstərir
COP29-un Bakıda keçirilməsi Azərbaycanın nüfuzunun daha da artmasını göstərir
Prezident İlham Əliyevdən Türk Dövlətləri Təşkilatının inkişafina növbəti dəstək
Prezident İlham Əliyevdən Türk Dövlətləri Təşkilatının inkişafina növbəti dəstək
Zəfər tağı - Zəfərimizi əks etdirən yeni simvolumuz
Zəfər tağı - Zəfərimizi əks etdirən yeni simvolumuz
Konstitusiya dövlətin hüquq sisteminin əsasını təşkil edir
Konstitusiya dövlətin hüquq sisteminin əsasını təşkil edir
Azərbaycan həm döyüş meydanında, həm də danışıq masası arxasında istədiyinə nail olub
Azərbaycan həm döyüş meydanında, həm də danışıq masası arxasında istədiyinə nail olub
Bayrağımız azad olunmuş ərazilərimizdə qürurla dalğalanır
Bayrağımız azad olunmuş ərazilərimizdə qürurla dalğalanır
8 noyabr Şuşa şəhəri günüdür
8 noyabr Şuşa şəhəri günüdür
Azərbaycan hərbi qüdrətini 44 gün ərzində bütün dünyaya nümayiş etdirdi
Azərbaycan hərbi qüdrətini 44 gün ərzində bütün dünyaya nümayiş etdirdi
Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır
Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır
25 oktyabr Qubadlı şəhəri günüdür
25 oktyabr Qubadlı şəhəri günüdür
Zəngilanı Naxçıvan və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti nailiyyəti olacaqdır
Zəngilanı Naxçıvan və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti nailiyyəti olacaqdır
Zəfər missiyamız Füzuli rayonundan başlanıb
Zəfər missiyamız Füzuli rayonundan başlanıb
Xankəndi şəhərində qaldırılan üçrəngli bayrağımız əbədi dalğalanacaq
Xankəndi şəhərində qaldırılan üçrəngli bayrağımız əbədi dalğalanacaq